Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Yaxud BMT də Ermənistanı aclıqdan əziyyət çəkən üçüncü dünya ölkələri ilə eyni sıraya qoydu
Məşhur Hollivud aktrisası Ancelina Colinin Ermənistandan bir uşağı övladlığa götürmək niyyəti ABŞ-dakı erməni diasporunda şok yaradıb. Daha doğrusu, aktrisanın Ermənistanı dolayısı ilə üçüncü dünya ölkəsi hesab etməsi erməniləri əsəbiləşdirib. Çünki, aktrisa bundan əvvəl üçüncü dünya ölkəsi hesab edilən Afrika dövlətləri, Kamboca və Vyetnamdan üç uşağı övladlığa götürüb.
Düzü, bu xəbəri oxuyanda xeyli təəccübləndim. Axı, ermənilərin hansı şəraitdə yaşadıqları hər kəsə bəllidir. Ermənistanda cərəyan edən prosesləri yaxından izləyənlər bilirlər ki, bu gün istənilən sadə erməni ailəsi dilənçi həyatı yaşayır. Çünki, ümumilikdə Ermənistan dövlətinin özü dilənçi və miskin bir durumdadır. Lakin ermənilər ayıblarına kor olmaqdansa, növbəti dəfə dünyanın gözünə kül üfürməyə cəhd göstərirlər. Və Ermənistanın üçüncü dünya ölkəsi hesab edilməsi guya onların qüruruna toxunub.
Soruşan lazımdır ki, əgər doğrudan da belə gözü və qarnıtox, qürurlusunuzsa, nə üçün ABŞ-ın “Minilliyin çağırışı” Korporasiyasının Ermənistana maliyyə yardımını dayandırması sizi təşvişə salıb? Məlumat üçün deyək ki, Korporasiyanın Direktorlar Şurasının belə qərar qəbul etməsinin əsas səbəbi Ermənistan hökumətinin atdığı addımların “Minilliyin çağırışı” Korporasiyasının demokratik idarəetmə standartlarına uyğun gəlməməsidir. “Korporasiya təəssüflə bildirir ki, Ermənistan yollarının tikintisini maliyyələşdirə bilməyəcək. Bu qərara görə Ermənistan hökuməti məsuliyyət daşıyır. Çünki, Ermənistan hökumətinin fəaliyyəti onun bu proqramda iştirakına imkan verən tələblərlə üst-üstə düşmür”, - deyə Korporasiyanın baş icraçı direktoru Rodni Bent bildirib. R.Bent qərara yenidən baxılmasının gözlənilmədiyini də deyib.
Xatırladaq ki, “Minilliyin çağırışı” Korporasiyası ilə Ermənistan arasında müqavilə 2006-cı ildə imzalanıb. Müqaviləyə əsasən, Korporasiya Ermənistana 5 il ərzində 235,6 milyon dollar əvəzsiz maliyyə yardımı ayırmalıdır. Bunun 160 milyon dolları irriqasiya sistemi üçün nəzərdə tutulur.
Yuxarıda da qeyd etdiyimiz kimi məlum qərar işğalçı ölkəni ciddi şəkildə narahat edir. Bu da səbəbsiz deyil. Erməni iqtisadçısı Tatul Manaseryanın sözlərinə görə, ölkədə dollara və xarici yardımlara daha çox ehtiyac duyulduğu bir vaxtda “Minilliyin çağırışı” Korporasiyasının qərarı yaranan problemləri daha da dərinləşdirəcək: “Heç kimə sirr deyil ki, Ermənistan indi xarici yardımlardan daha çox asılı vəziyyətə düşüb. Hətta hökumət büdcə gəlirlərinin formalaşmasında xarici yardımlara əvvəlki ilə müqayisədə daha böyük ümidlə baxır. Əks təqdirdə büdcəni doldurmaqda ciddi çətinliklər yaşayacağını yaxşı bilir. Məhz belə bir vaxtda “Minilliyin çağırışı” Korporasiyasının Ermənistana yardım ayırmaqdan imtina etməsi hökumət üçün yeni şok oldu”.
İqtisadçının sonrakı sözləri isə ermənilərin nə üçün təşviş keçirdiklərinə aydınlıq gətirib. Tatul Manaseryan deyib ki, korporasiya tərəfindən ayrılması nəzərdə tutulan yardım ölkənin ucqar rayonlarında yolların təmiri üçün planlaşdırılsa da, əvvəlki maliyyə yardımları kimi, hökumətin bu məbləğin böyük hissəsini büdcəni doldurmağa sərf edəcəyi şübhə doğurmurdu.
İqtisadçı onu da əlavə edib ki, 2009-cu ilin ilk iki ayı ərzində Ermənistan Mərkəzi Bankı dramın məzənnəsinin saxlanması üçün 700 milyon dollar xərcləyib. Onun sözlərinə görə, bu, Ermənistanın gözlədiyi 3 iri kreditin hər birindən (Rusiya, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı - ümumilikdə 1,5 milyard dollar) daha çox pul xərclənməsi deməkdir. İqtisadçının fikrincə, xərclənən vəsaitin çoxluğu Mərkəzi Bankın valyuta ehtiyatlarının daha tez tükənməsinə gətirib çıxarıb.
Yeri gəlmişkən, ermənilərin real yaşayışına işıq salan daha bir fakt Parisdə fransız dilində nəşr olunan gündəlik “Ermənistan xəbərləri” (“Les Nouvelles d’Armenie”) qəzetində öz əksini tapıb. Qəzetin 17 iyun tarixli nömrəsində dərc edilən “BMT-nin Dünya Ərzaq Proqramı Ermənistandakı vəziyyətdən narahatdır” sərlövhəli məqalədə bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı (DƏP) maliyyə böhranının tüğyan etdiyi dünyanın beş ölkəsində yaranan ağır vəziyyət barədə açıqlama yayıb, bu dövlətlərdə əhalinin artıq aclıq təhlükəsi ilə üzləşdiyini bəyan edib.
DƏP-in icraçı direktoru Jozett Şeeran xatırladıb ki, rəhbərlik etdiyi qurumun apardığı araşdırmalar həmin beş ölkədə aclıq və yoxsulluqla üzləşən insanların sayının durmadan artmasının həddindən artıq təhlükəli vəziyyət yaratdığını göstərir. İcraçı direktor beş ölkə siyahısında Ermənistan, Banqladeş, Qana, Nikaraqua və Zambiyanın adlarını çəkib. Jozett Şeeran son illər yaranan xroniki aclığın Ermənistanı real təhlükə qarşısında qoyduğunu, bu vəziyyət davam edəcəyi təqdirdə aclar ordusunun sayının durmadan artmasından narahatlıq keçirdiyini söyləyib.
DƏP ekspertləri aclıq təhlükəsi ilə üzləşən bu ölkələrdə hər gün 2 dollarla yaşamağa məcbur olan insanların acınacaqlı taleyin ümidinə qaldıqlarını bildiriblər. Ekspertlər baş alıb gedən işsizliyin, korrupsiyanın, rüşvətxorluğun, özbaşınalığın, dövlət rəsmilərinin varlanma ehtirasının həmin ölkələrdə insanların aclıq keçirməsinə səbəb oduğunu qeyd ediblər. Ərzaq məhsullarının qiymətinin getdikcə bahalaşması onsuz da vəziyyəti ağır olan əhalini yoxsulluğun son həddində yaşamaq məcburiyyətində qoyub. Təşkilatın Ermənistana tövsiyəsində qeyd olunur ki, əgər yaxın vaxtlarda bu dövlətdə yaranan vəziyyət aradan qaldırılmasa, ölkədə acların sayı arta və qarşıdan gələn qışda insanların durumu daha da acınacaqlı vəziyyətə düşə bilər.
Beləliklə, sadalanan faktlar ermənilərin gerçək yaşam tərzini və Ermənistanın bir dövlət kimi hansı acınacaqlı durumda olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur. Bu, həm də Colinin insanlıq naminə atdığı addımı özlərinə xas bir şəkildə “dəyərləndirən” ermənilərə layiqli cavab sayıla bilər. Yəni, görünən odur ki, aktrisa Ermənistanı dolayısı ilə üçüncü dünya ölkəsi hesab etməklə heç də yanılmayıb. Ən azı ona görə ki, aclıq və yoxsulluqla üzləşən insanların sayının durmadan artmasına görə Ermənistan da daxil olmaqla adları BMT-nin Dünya Ərzaq Proqramının açıqlamasında öz əksini tapan beş dövlətin digər dördü- Banqladeş, Qana, Nikaraqua və Zambiya-məhz üçüncü dünya ölkələridir. Elə isə ermənilərin Ancelina Coliyə qəzəblənməsinin heç bir əsası yoxdur. Bəlkə də, məşhur aktrisa həmin qərarı verməmişdən öncə Ermənistanın durumu barədə yetərincə məlumat alıbmış...
Nadir AZƏRİ

Siyasət