Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Aqil Xəlil budur
Əhalini içməli su ilə fasiləsiz və keyfiyyətli şəkildə təmin etmək Azərbaycan hökumətinin başlıca prioritetlərindən hesab olunur. Respublikamızda su təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən irimiqyaslı layihələr infrastruktur bölməsində xüsusi yer tutur. Su sisteminin inkişafı və bu sahədə həyata keçirilən geniş quruculuq işləri, mühüm dövlət proqramlarının hazırlanması və icrası Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hakimiyyətinin birinci mərhələsi dövründə infrastrukturun əsas sahələrindən biri olan su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1971-ci ildə respublikamızda böyük həcmli su kəməri tikilib istifadəyə verilib və Kür çayının suyunun Bakıya çatdırılması nəticəsində paytaxt sakinlərinin içməli suya olan ehtiyacı təmin edilib. Bakı şəhərində aparılan sürətli yenidənqurma işləri paytaxt sakinlərinin sayının artmasına səbəb olduğundan yeni kəmərin tikintisinə ehtiyac yaranmışdı. Bunu nəzərə alan Ulu öndər 1970-ci illərin sonlarında ikinci kəmərin də tikilməsi üçün müvafiq orqanlara tapşırıqlar vermişdi. Yeni kəmərin bir neçə ildən sonra istifadəyə verilməsinin ardından şəhər əhalisinin su təchizatı daha da yaxşılaşdı. Lakin su təsərrüfatı ilə bağlı aparılan tədbirlər 1980-ci illərin sonunda və müstəqilliyin ilk illərində hakimiyyətdə olan rəhbərlərin yarıtmaz idarəçiliyi nəticəsində davam etdirilmədi və yarımçıq qaldı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu sahədə əhəmiyyətli dəyişikliklər baş verdi və su təminatının yaxşılaşdırılması üçün mühüm addımlar atıldı.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də içməli su ilə təminatın yaxşılaşdırılmasını başlıca vəzifələrdən hesab edirdi. Respublikamızın sosial-iqtisadi həyatında baş verən sürətli inkişaf, eyni zamanda, Bakı şəhərinin sənaye mərkəzinə çevrilərək böyüməsi, paytaxt əhalisinin sayının artması əhalinin və sənayenin suya olan tələbatının da yüksəlməsinə səbəb olurdu. Ulu öndər əlavə su kəmərlərinin çəkilməsi ilə bağlı müxtəlif layihələri nəzərdən keçirirdi. Heydər Əliyev ən keyfiyyətli və təmiz su mənbələrinin paytaxta çatdırılması üçün ən mükəmməl layihənin həyata keçirilməsini qərara aldı. Ulu öndər 2002-ci ilin dekabr ayında Oğuz və Qəbələ rayonları ərazisindən paytaxta su kəmərinin çəkilməsi ilə əlaqədar hazırlıq işlərinin görülməsi barədə müvafiq tapşırıq verdi və beləliklə, Oğuz-Qəbələ-Bakı su kəmərinin əsası qoyuldu.
2007-ci il martın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyuldu. Oğuz-Qəbələ-Bakı su kəmərinə böyük önəm verən Prezident İlham Əliyev kəmərin tikintisi ilə bağlı müvafiq işlərlə yaxından tanış olaraq tapşırıqlarını verib. Prezident kəmərin tikintisi aparıldığı ərazilərdə olaraq layihənin yüksək keyfiyyətlə başa çatdırılmasını tövsiyə edib. Ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Oğuz-Qəbələ-Bakı su kəməri ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır və tikiləndən sonra uzun illər Azərbaycan xalqına xidmət edəcək. Dövlət başçısının ikinci Bakı-Tbilisi-Ceyhan adlandırdığı bu layihə insanların dünyada ən keyfiyyətli içməli su ilə təmin olunmasına imkan verəcək. “Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları təmiz su içsinlər. İndi Oğuz-Qəbələ-Bakı su kəməri tikilir. Hesab edirəm ki, bu da tarixi bir layihədir. O da uzun illər ərzində müzakirə olunmuşdu, hətta Sovet İttifaqı zamanı müzakirə edilmişdi. Müxtəlif fərziyələr var idi: su ehtiyatları var, yoxdur, bunun qiyməti nə qədər olacaq, necə olacaq, maliyyə haradan olacaq? Biz özümüz etdik. Kredit istədik, alınmadı, heç kim kredit vermədi. Ondan sonra hansısa müştərək investisiya proqramını işləmək istədik, o da nəticəsiz qaldı. Nə etdik? Özümüz pul ayırdıq və artıq kəmər tikilir. Bu il istismara veriləcək və Bakı əhalisi təmiz içməli su ilə təmin olunacaqdır. Yenə də deyirəm, bu, mənim üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir və o, böyük rəmzi xarakter daşıyır”.
Hazırda tikinti işlərinin böyük bir hissəsi başa çatan Oğuz-Qəbələ-Bakı su kəmərinin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Uzunluğu 260 km olan kəmərlə su Bakıya öz axını ilə gəlib çatacaq. Yəni, marşrut boyu heç bir nasosun köməyi olmadan su daxili təzyiq hesabına kanalla ötürüləcək. Paytaxt sakinləri 2009-cu ildə bu kəmərdən axan sudan istifadə edə biləcəklər. Saniyədə 5 ton içməli su ötürəcək bu kəmər Bakını fasiləsiz və keyfiyyətli su ilə təmin edəcək. Bununla da Bakı şəhərinə və Abşeron yarımadasına verilən içməli suyun həcmi 35 faiz artırılacaq. Hətta Türkan, Zirə, Dübəndi və Pirallahı qəsəbəsinin sakinləri də bu kəmərin suyundan istifadə edə biləcək. Bu isə əhaliyə içməli suyun verilməsində yaranan problemləri aradan qaldıracaq. “Azərsu”nun məlumatına görə, kəmərlə sutkada 430 min kub metr su veriləcək ki, bu da 1 milyondan artıq əhalinin su ilə təmin olunması deməkdir. Ekspertlərin qənaətinə görə, bu kəmərə vurulan su Kür, Ceyranbatan, hətta Şollar suyundan da keyfiyyətli olacaq.
Suyun keyfiyyətinin qorunması üçün borular karroziyaya qarşı davamlı olan şüşə lifli poliestrdən hazırlanıb. Xatırladaq ki, kəmərin çəkilişində istifadə olunan həmin borular Sumqayıtdakı “Azkompozit” zavodunda istehsal olunur və dünyada ekoloji cəhətdən ən keyfiyyətli məhsul sayılır. Onu da qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı görülən işlər həm də ölkəmizdə sənayenin inkişafında mühüm rol oynamaqdadır. Kəmərin tikintisi nəticəsində Sumqayıtda böyük bir sənaye kompleksi yaradılıb. Bu müəssisədə yüzlərlə insan işlə təmin olunub. Bu sənaye obyekti həm yeni iş yerlərinin açılmasında, həm də Azərbaycanın sənaye məhsullarının xarici ölkələrə ixrac edilməsində xüsusi yer tutur.
ELBRUS CƏFƏRLİ

Siyasət