Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Azərbaycan İpoteka Fondunun İcraçı direktoru Fəxri Kazımov bildirib ki, “Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları”na əsasən güzəştli ipoteka kreditləri yalnız dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir.
2009-cu ilin büdcəsindən ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 14 milyon manatın ayrılması nəzərdə tutulub. Bu vəsaitin Fond tərəfindən tam şəkildə güzəştli ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Hazırda qeyd olunan vəsaitin 2 milyon manatı Fondun hesabına köçürülüb və artıq güzəştli ipoteka kreditlərinin verilməsi bərpa edilib. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaxın vaxtlarda bu kreditlərdən faydalanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər. Güzəştli kreditlərlə bağlı qeyd etmək lazımdır ki, burada da şərtlər dəyişdirilmədən saxlanılıb. Vətəndaşlar güzəştli, həmçinin, adi ipoteka kreditləri ilə bağlı Fondun internet səhifəsindən daha ətraflı məlumat ala bilərlər.
İcraçı direktor əlavə edib ki, ölkədə hazırda Azərbaycan İpoteka Fondunun xətti ilə təklif edilən ipoteka kreditləri üzrə şərtlər çox əlverişlidir. Təkcə güzəştli deyil, hətta adi ipoteka kreditləri üzrə təklif olunan şərtlərin özü də məqbuldur və sosial xarakter daşıyır. Hazırda dünya maliyyə böhranı şəraitində əksər ölkələrdə ipoteka kreditləşməsində ciddi çətinliklərin yarandığı və bəzi hallarda isə dayandırıldığı bir vaxtda şərtlər dəyişdirilmədən ölkəmizdə ipoteka kreditləşməsi bərpa edilir.
O ki qaldı başqa ölkələrlə müqayisəyə, digər MDB ölkələri arasında bu sahədə ən güzəştli şərtlər məhz Azərbaycandadır. Belə ki, hazırda bizdə adi ipoteka kreditlərinin illik faiz dərəcəsi maksimum 8-dir. Bu rəqəm Rusiyada 12 faiz, Qazaxıstanda 13-14 faiz, Ukraynada isə 15-16 faizdir. Bu ölkələrdə güzəştli ipoteka kreditləri illik 10 faizlə verilir.