Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
Və ya Barak Obamanın Moskvaya gözlənilən səfəri beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edir
Prezident B.Obamanın Moskvaya gözlənilən səfəri, həmçinin, ABŞ və Rusiya rəhbərləri arasında növbəti görüşün keçirilməsi əvvəllər olduğu kimi, bu gün də həm Ağ Ev, həm Kreml, həm də beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edir. İndiki dönəmdə adıçəkilən ölkələr arasında münasibətlər o qədər də ürəkaçan xarakter daşımasa da, bir çox vacib amillər bu cür görüşün keçirilməsi zərurətini yaradıb. Bu, eyni zamanda, indiki şəraitdə beynəlxalq aləmdə cərəyan edən proseslərin tənzimlənməsində və bəzi “qaynar nöqtələr”də vəziyyətin sabitləşməsi istiqamətində atılan addımlarla bağlı Rusiyanın ABŞ üçün vacib tərəfdaş olaraq qaldığını deməyə əsas yaradır. Daha dəqiq desək, müasir zaman kəsiyində Yaxın Şərq, Əfqanıstan, Pakistan, İran və Şimali Koreyanın nüvə-raket proqramları, eləcə də, terrorçuluğa qarşı birgə mübarizə, strateji hücum silahlarının məhdudlaşdırılması, nüvə silahının yayılmaması və s. məsələlərlə bağlı problemlərin həlli yolunda Rusiya ilə əməkdaşlıq ABŞ üçün xüsusi önəm kəsb edir. Moskvada B.Obama ilə prezident D.Medvedev arasında baş tutacaq görüş zamanı danışıqlarda adıçəkilən bu məsələlərlə yanaşı, aktual xarakter daşıyan digər beynəlxalq problemlər, o cümlədən ikitərəfli əlaqələr geniş müzakirə mövzusu olacaq.
Yayılan məlumatlara görə, beynəlxalq aləmdə təhlükəsizliyin təmin edilməsində müstəsna rol oynayan strateji hücum silahlarının məhdudlaşdırılması, Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsi və nüvə silahının yayılmaması problemləri iki lider arasındakı danışıqlarda xüsusi olaraq diqqət mərkəzində duracaq. Sözsüz ki, keçmiş sovet məkanında davam etməkdə olan münaqişələr və onların həlli yolları (Abxaziya, Cənubi Osetiya və Qarabağ problemləri), eləcə də Rusiyanın öz yaxın qonşuları ilə münasibətləri də müzakirə obyekti olacaq. Ötən ilin avqustunda baş vermiş məlum hadisələrdən sonra Rusiya-Gürcüstan əlaqələrinin faktiki müharibə vəziyyətində olması, hazırda da ABŞ başda olmaqla, Qərb ilə Rusiya arasındakı münasibətlərə mənfi təsir göstərən ən ağrılı problemlərdən biri olaraq qalır. Belə ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini, oyuncaq “separatçı qurumlara” qarşı olduğunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib və Rusiyanı da Gürcüstanın suverenliyinə hörmətlə yanaşmağa çağırıb. Bu, rəsmi Vaşinqtonun prinsipial mövqeyi olaraq qalmaqdadır.
Tərəflər arasında qarşılıqlı əməkdaşılıq sahəsində əldə edilən təcrübə onu göstərir ki, ABŞ ilə normal tərəfdaşlıq münasibətlərinin saxlanması Rusiya üçün də çox vacibdir. Uzun illərdən bəri Şimali Qafqazda müxtəlif terrorçu-ekstremist və separatçı qüvvələrə qarşı mübarizə aparan Rusiyanın mövqeyi Əfqanıstan məsələsində demək olar ki, rəsmi Vaşinqtonun mövqeyinə yaxındır. Yaxud, ABŞ ilə Rusiya Şimali Koreya və İranın nüvə proqramları ilə bağlı problemlərdə ümumi dil tapmağa çalışırlar. Lakin bütün bu müsbət tərəfdaşlıq meyillərinə baxmayaraq, Amerika-Rusiya münasibətlərində ziddiyyətli məqamlar və gərginliklə dolu bir ab-hava hökm sürməkdədir. Belə bir ab-hava artıq 7-8 ildir ki, ikitərəfli münasibətləri əhatə edir. Düzdür, 30-40 il öncə olduğu kimi, keçmiş SSRİ ilə ABŞ arasında o zaman gedən “soyuq müharibə”nin bu gün təzahür etməsindən söhbət belə gedə bilməz. Bunun üçün indiki şəraitdə tərəflər arasında fərqli ideoloji zəmin və kəskin qarşıdurmalara meyillilik də mövcud deyil. İstər ABŞ, istərsə də Rusiya rəsmiləri indiki durumda keçmiş “soyuq müharibə”yə qayıdışın qeyri-mümkün olduğunu dönə-dönə bəyan edirlər. Lakin bununla yanaşı, ABŞ-ın siyasi dairələrində Rusiyanın daxili və xarici siyasəti ilə bağlı Moskvanın ünvanına tez-tez ciddi tənqidi fikirlər də səslənməkdədir. Bu da onu göstərir ki, tərəflər arasında bəzi beynəlxalq problemlərə ciddi fərqli baxışlar hələ də qalmaqdadır. Bir sözlə, iki dövlət arasında “ritorik tənqidi fikirlərdən və qarşılıqlı ittihamlardan” ibarət “söz savaşı” son vaxtlar artıq ənənə şəklini almaqdadır. Bütün bunlara rəğmən siyasi müşahidəçilər iki ölkə rəhbərinin Moskvada keçiriləcək görüşünə və onun nəticələrinə müəyyən qədər ümidverici nəzərlərlə baxırlar. Onların fikrincə, ABŞ-Rusiya münasibətlərində son illər ərzində yığılıb qalan neqativ problemləri hərtərəfli şəkildə müzakirə etmək və ikitərəfli əlaqələri irəli aparmaq baxımından Moskva görüşü əlverişli ola bilər.
Elxan RZAYEV

Siyasət