Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Aqil Xəlil budur
Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri, xanım Dora Bakoyanni dünən xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əməkdaşlıq, təhlükəsizlik, enerji layihələrinin gerçəkləşdirilməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv müzakirələr aparılıb. Söhbətdə Azərbaycan təbii qazının Yunanıstana satışının həcminin artırılması, Avropada təhlükəsizlik və digər məsələlər də müzakirə olunub, qarşılıqlı maraq doğuran problemlər ətrafında fikir mübadiləsi aparılıb.
ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri, xanım Dora Bakoyanni Azərbaycanın Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında isə deyib ki, təhlükəsizlik və dayanıqlı inkişaf bütün Avropa ölkələrinin maraq dairəsindədir. Azərbaycan təhlükəsizlik və inkişaf baxımından Cənubi Qafqazda mühüm rol oynayır. Biz bu və digər sahələrdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yunanıstanlı həmkarı ilə ikitərəfli əməkdaşlıq, təhlükəsizlik, enerji layihələrinin gerçəkləşdirilməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv danışıqlar apardığını bildirib. Nazir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin əvvəlində Afinaya səfərindən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlayıb. E.Məmmədyarov onu da bildirib ki, Azərbaycan təbii qazının Yunanıstana satışının həcminin artırılması istiqamətində danışıqlar davam edir.
Xanım Dora Bakoyanni bu günlərdə Yunanıstanda Avropada təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu, cari ilin sonunda Afinada bu məsələyə daha geniş formatda baxılacağını bildirib. Yunanıstanlı nazir Azərbaycanın təhlükəsizlik, enerji layihələrinin reallaşdırılmasında və digər məsələlərdə rolunu xüsusi qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana səfərindən sonra ölkələrimiz arasında əlaqələrin daha da genişləndiyini, əməkdaşlığımızın bütün sahələri əhatə etməsi üçün geniş imkanlar yarandığını bildirib.
Sonda nazirlər jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Siyasət