Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Hansı telekanallara da çox baxırsınız?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Türkiyənin milli təhsil naziri Bakıdadır
- Prezident İlham Əliyev İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
- YAP Göyçay rayon təşkilatının yaradılmasının 17-ci ildönümü qeyd olunub
- Azərbaycan-Polşa münasibətlərinin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri var
- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi təntənəli surətdə qeyd olunub
- “Koroğlu” yenidən yazılıb
- “NABUCCO” - davam, yoxsa tamam?
Ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanni dünən Milli Məclisdə olub. Xanım nazir Milli Məclisin iclas zalına baxıb, parlamentdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olub. Sonra qonaq Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Milli Məclisin sədri bildirib ki, Azərbaycan ilə Yunanıstan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir: “Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin genişlənməsi üçün yaxşı zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Yunanıstana dövlət səfəri əlaqələrimizin hərtərəfli inkişafına böyük töhfələr verib”.
Sonra O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O deyib ki, ATƏT-in Minsk qrupu münaqişəsinin həlli istiqamətində 15 ildir ki, iş aparır: “Lakin problemin yoluna qoyulması ilə bağlı irəliləyişlər ATƏT-ə məhz sizin sədrlik etdiyiniz indiki dövrdə müşahidə edilməkdədir. İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı səylərinizi bundan sonra da əsirgəməyəcəksiniz”.
Səmimi görüş və qonaqpərvərliyə görə minnətdarlığını bildirən xanım Dora Bakoyanni Azərbaycan ilə Yunanıstan arasındakı əlaqələrin hazırkı səviyyəsindən razılığını ifadə edib. Qonaq, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Yunanıstana dövlət səfərini məmnunluq hissi ilə xatırladıb və bu səfərdən sonra əməkdaşlığımızın inkişafında yeni mərhələ yarandığını qeyd edib. Dora Bakoyanni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin yoluna qoyulması istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.