Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Aqil Xəlil budur
Prezident İlham Əliyev Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Dora Bakoyannini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Dora Bakoyannini qəbul edib.
Əvvəlcə dövlətimizin başçısının Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanni ilə görüşü olub. Xanım Dora Bakoyanni Yunanıstan Prezidenti Karolos Papulyasın və Baş nazir Kostas Karamanlisin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, ikitərəfli əlaqələrimizin perspektivləri müzakirə edilib. Dövlətimizin başçısı Yunanıstan Prezidenti Karolos Papulyasın və Baş nazir Kostas Karamanlisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Yunanıstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib. Sonra görüş geniş tərkibdə davam etdirilib. Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Siyasət