Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Bakı Metropoliteni iyulun 21–dən yay hərəkət cədvəlinə keçəcək
- Vaşinqton İsraildən İrana nəzarət edəcək
- "Qazprom"dan müttəfiqləri üçün sürpriz Ermənistan üçün eksklüziv vəziyyət dəyişə bilər
Ölkədə baş verən iğtişaşlarda, həmçinin, 800-dən çox insan yaralanıb, 1434 nəfər həbs olunub
Çinin Sincan-Uyğur Muxtar Vilayətinin inzibati mərkəzi Urumçu şəhərində kütləvi etiraz aksiyaları yenidən başlayıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, dünən səhər küçələrə çıxan insanlar kütləvi iğtişaşlar zamanı həbs olunmuş yaxınlarının buraxılmasını tələb ediblər. Rəsmi “Sinxua” agentliyi iyulun 5-də iğtişaşda iştirak edən 1434 nəfərin həbs edildiyini, azı 156 adamın öldüyünü və 800-dən çox adamın yaralandığını xəbər verib. Hakimiyyət orqanları iyulun 6-da Urumçidə durumun nəzarətə götürüldüyünü açıqlayıblar. Muxtar vilayətin Kaşqar, Aksu və Yılı şəhərlərində də uyğurların etiraz aksiyaları keçirilib.
Olaylara zorla Quan Donq vilayətindəki oyuncaq fabrikində çalışmağa aparılan uyğur qadınlara çinli gənclərin sataşması səbəb olub. Bunu “Hürriyet” qəzetinə açıqlamasında Türkiyədəki Şərqi Türküstan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Seyid Tümtürk deyib. O, bildirib ki, uygur gənclərinin etirazından sonra yaranan gərginlik səngiyib, ancaq iki gün sonra təxminən 5 min çinli uyğurlara hücum edib və 300 uyğur öldürülüb. Bundan sonra Urumçidə etiraz aksiyaları başlayıb. Hüquq-mühafizə orqanları aksiyaya çox sərt müdaxilə edib, nümayişçilər isə polisə daş, taxta və bıçaqlarla müqavimət göstərib. Bəzi dükanlar, evlər və polis avtomobilləri yandırılıb. Polis və hərbçilər aksiya iştirakçılarına odlu silahdan atəş açıb və onlarla adam ölüb. Urumçidə telefon xətləri kəsilib, internetə çıxış yoxdur. S.Tümtürk Çin hakimiyyətinin uyğur bölgəsinin demoqrafik vəziyyətini dəyişmək və xalqı başqa bölgələrdə çalışmağa məcbur etmək istədiyini söyləyib: “Aldığımız məlumata görə, ölənlərin sayı 500-dən çoxdur. Minlərlə yaralı var”.
Türkiyə Xarici İşlər Nazirliyi Çinin Sincan Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçi şəhərində baş vermiş və çoxlu sayda insanın həlak olması ilə nəticələnmiş qanlı hadisələrin səbəbkarlarının tez bir zamanda müəyyən edilməsi və məsuliyyətə cəlb olunmasının zəruriliyini bildirən bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, iyulun 5-də Urumçidə baş vermiş iğtişaşlarda 140-dan çox insanın ölümü və 800 nəfərin yaralanması Türkiyədə dərin hüznlə qarşılanıb. Sabit və tərəqqi edən ölkə olmaq yolunda sürətlə irəliləyən Çin Xalq Respublikasında bu cür hadisələrin gələcəkdə təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyinə inanırıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı, yaralananlara tezliklə şəfa tapmağı diləyirik.
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı bəyanatla çıxış edərək Sincan-Uyğur Muxtar Bölgəsindəki qətllərin prezident Abdullah Gülün Çinə səfərindən sonra baş verməsinin düşündürücü olduğunu bildirib. O, Türkiyəni və beynəlxalq ictimaiyyəti olaylara biganə qalmamağa çağırıb: “Türkiyə uyğur qardaşlarımıza hücumların dərhal dayandırılması üçün vaxt itirmədən qərarlı mövqe ortaya qoymalıdır. MHP hökumətin bu yöndə addımlarına tam dəstək verəcək”.
Avropa Parlamentinin sədri Hans-Gert Potterinq də Çində nümayişçilərin öldürülməsindən narahatlıq duyduğunu açıqlayıb. O, Çin hökumətindən insan ləyaqətinə hörmət göstərilməsini istəyib.
Qeyd edək ki, uyğur türkləri Çində əsrlər boyu müstəqillik uğrunda mübarizə aparıblar. Çin Xalq Respublikasının tərkibində Sincan-Uyğur Muxtar Vilayəti 1950-ci illərdə yaradılıb. Müstəqil uyğur islam dövlətinin yaradılması uğrunda mübarizə aparan Şərqi Türküstan İslam Hərəkatı Çində terrorçu təşkilat elan olunub.

Siyasət