Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
Azərbaycanın milli valyutasının dəyərini qoruması iqtisadiyyatımızın və maliyyə sektorunun güclü olmasının nəticəsidir
Azərbaycanda iqtisadi inkişafın davamlılığı və respublikamızın dünya ölkələri içərisində ən sabit iqtisadiyyata malik olması bir sıra dairələrin həmişə dərin narahatçılığına səbəb olub və onlar müxtəlif böhtan kampaniyalarına rəvac verməklə öz çirkin məqsədlərini gizlədə bilməyiblər. Bir növ iqtisadi sabotaj xarakteri daşıyan bu cür çirkin oyunların iştirakçılarının qərəz və böhtan kampaniyası hər dəfə də fiaskoya uğrayıb. Həmin dairələrin son dövrlər ən çox istinad etdiyi mövzu isə milli valyuta ilə bağlıdır. Demək olar ki, hər ay sözügedən mövzu ətrafında spekulyasiya edən bu qüvvələr manatın dəyərdən düşərək devalvasiyaya uğramasına dair əsassız arqumentlər səsləndirirlər. Aylardır ki, bu mövzudan bəhs edən şəxslər guya milli valyutanın yaxın müddətdə bazarda real dəyərini itirəcəyini iddia edirlər. Amma hər dəfə də onların böhtanla məşğul olduqları üzə çıxır. Həmin şəxslərin dediklərinə inansaq, gərək manat hazırda dollarla nisbətdə 2 dəfəyə yaxın ucuzlaşmalıydı. Onlar ilin əvvəlindən manatın dollara qarşı 0,5 faiz ucuzlaşdığını iddia edirdilər və bu hesabla milli valyuta indi 1,2-1,4 dollara bərabər olmalıydı.
Göründüyü kimi, ağ yalan və iftira dolu bu mülahizələr heç bir arqumentə əsaslanmadığından həmin dairələrin formalaşdırmağa çalışdığı bu cür rəyləri heç kim ciddi qəbul etmir. Ümumiyyətlə, ölkəmizin valyuta bazarı ilə bağlı müxtəlif dezinformasiya xarakterli şərhlərə həmişə təsadüf olunur və Azərbaycanın milli valyutası olan manatın dəyərsizləşməsi barədə heç bir əsası olmayan, konkret arqumentlərə söykənməyən mülahizələr söylənilir. Bu dairələrin cəmiyyətdə ajiotaj yaratmaq niyyətləri, valyuta bazarında vəziyyəti gərginləşdirmək istəkləri, təbii ki, müxtəlif xarici qüvvələrin sifarişlərinə uyğun hazırlanmış ssenarilərin tərkib hissəsidir.
Bu gün dünyanın ən nəhəng iqtisadi tədqiqat institutlarının və nüfuzlu reytinq agentliklərinin ekspertləri, maliyyə qurumlarının nümayəndələri bildirirlər ki, Azərbaycan manatı bölgədə ən dəyərli və sabit valyutadır. Bütün dövlətlərin maliyyə sferası, pul-kredit bazarı, milli valyutası dünya iqtisadi böhranının təsirlərinə məruz qalaraq müəyyən fəsadlarla üzləşdiyi halda Azərbaycan böhranın hər bir fazasından itkisiz çıxdı. Avropa dövlətlərinin əksəriyyətinin maliyyə bazarına sarsıdıcı zərbə vuran böhran onların valyuta bazarına təsir etdi, amma respublikamızın maliyyə və pul bazarında heç bir mənfi tendensiya müşahidə olunmadı. Bir çox ölkələrdə baş verən valyuta böhranı Azərbaycanın maliyyə bazarının həddindən artıq sağlam və dözümlü olması səbəbindən respublikamıza təsir göstərmədi. Azərbaycanın milli valyutasının dəyərini qoruması isə iqtisadiyyatımızın və maliyyə sektorunun güclü olmasının nəticəsidir.
Azərbaycanda dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması, ən əsası isə Mərkəzi Bank tərəfindən həyata keçirilən pul-kredit siyasətinin səmərəliliyi milli valyutanın bazarda aktiv pul aləti kimi çəkisinin artırılmasına səbəb olub. Bütün dövlətlərin milli valyutası dəyərini itirdiyi halda Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində manatın məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənib. Manatın ən aktiv tədavül, eləcə də etibarlı valyuta aləti olmasının ən bariz ifadəsi həm valyuta mübadilələrində, həm əhalinin yığımlarında, həm də onların banklara yerləşdirdiyi əmanətlərin strukturunda meydana çıxır. Əhalinin depozit hesablarının statistikasına nəzər salsaq manatın böyük üstünlük təşkil etməsinin şahidi ola bilərik. Vətəndaşlar öz vəsaitlərini banklara yerləşdirərkən əsas valyuta növü kimi manatı seçirlər.
Azərbaycanın milli valyutası o qədər möhkəmlənib ki, hətta dolların real dəyəri yanvar ayından indiyədək MDB zonasında 20 faiz artsa da respublikamızda eyni tempdə qalıb, hətta 0, 4 faiz ucuzlaşıb. Rusiya rublu son beş ayda manatla nisbətdə 10 faizə yaxın dəyərini itirib. Digər ölkələrin valyutalarının da manat qarşısında dəyərsizləşməsinin şahidi olmaq mümkündür.
Azərbaycan yeganə ölkələrdəndir ki, denominasiyadan sonra milli valyutası pul aləti kimi dəyərini artırmaqda davam edir. Bütün bunların müqabilində bəzi gülünc fikirlər səsləndirənlər başa düşmürlər ki, Azərbaycanda real iqtisadiyyat və maliyyə bazarı həddindən artıq güclü olduğundan maliyyə bazarında dollarlaşmanın mənfi fəsadları mümkün deyil. Ölkəmizdə həyata keçirilən pul siyasətinin makro və mikroiqtisadi diaqnostikasının gücləndirilməsi, monetar siyasətin balanslaşdırılmış sistem üzrə aparılması manatın davamlılığını möhkəmləndirib.
Manat ən dəyərli pul aləti kimi möhkəmlənərək artıq dünyanın dönərli valyutaları sırasına daxil olub. Manatın möhkəmlənməsi milli valyutaya bölgədə pul aləti kimi tələbi artırıb, eyni zamanda, ticarət əməliyyatlarında daha çox istifadə olunmasına səbəb olub. Azərbaycan valyutası Avropa regionu dövlətlərinin valyutaları içərisində ingilis funt-sterlinqi və avrodan sonra əsas aparıcı yeri tutur. Azərbaycan manatı MDB məkanında ən sabit milli valyutalar sırasında birinci yerdə mövqeyini qoruyub saxlayır. Bir müddət əvvəl beynəlxalq iqtisadi tədqiqat mərkəzlərinin müəyyən etdiyi 117 ölkə üzrə dünya valyutalarının sabitlik reytinqində manat 28-ci yerdə qərar tutub. Rusiyanın “Finmarket” agentliyinin tərtib etdiyi reytinqdə isə Azərbaycan manatı sabitliyinə görə bölgədə ikinci yerdə dayanır. Rusiya rubluna qarşı məzənnəsi fevralda 21,88 faiz yüksələn milli valyuta MDB-də birinci, bölgədə isə İran rialından sonra ikinci sabit valyuta sayılır.

ELBRUS CƏFƏRLİ

Siyasət