Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
Azərbaycan iqtisadiyyatı əhəmiyyətli sıçrayış nümayiş etdirib. APA-nın məlumatına görə, bu barədə Ümumdünya İqtisadi Forumunun 2009-2010-cu illərdə Dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında Hesabatında (The Global Competitiveness Report 2009-2010) bildirilir.
Hesabata əsasən, builki nəticələrə görə Azərbaycan 18 pillə irəliləyib və 51-ci yerdə qərarlaşıb: “Azərbaycan makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisiti və dövlət borcunun azaldılması ilə səciyyələnir”.
Sənəddə, həmçinin, ölkədə bəzi problemlər yarada biləcək yüksək inflyasiya tempi, eləcə də bazarların (xüsusən əmək və əmtəə bazarlarının) səmərəliliyinin artırılması zərurəti qeyd olunur. Əmək bazarının göstəricilərinə görə, Azərbaycan ötən ilki 34-cü pillədən 13-cü pilləyə yüksəlib. Ölkəmizin əmtəə bazarı üzrə göstəricilərində isə 18 pillə sıçrayış qeydə alınıb - 89-cu pillədən 71-ci pilləyə.
İnkişaf göstəriciləri sırasında fərdi biznesin qeydiyyatı üçün müddətin 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının 13-dən 6-ya endirilməsi də müsbət faktor kimi qeyd olunub.
Rəqabət qabiliyyətli iqtisadiyyata malik lider ölkələrə gəlincə, İsveçrə ABŞ-ı birinci pillədən ikinci pilləyə endirib. Sinqapur, İsveç və Danimarka ilk beşliyi tamamlayır. Rusiya builki göstəricilərinə görə 12 pillə geriləyərək 63-cü yerə düşüb.

Siyasət