Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
“ABU Arena” İdman Kompleksində güləş üzrə idman ustası, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq güləş turniri keçirilib. Yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Rusiya, Fransa, Birləşmiş Ərəb Əmirliyi və İran pəhləvanları mübarizə aparıblar. Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə, eləcə də, idmanda böyük uğurlar əldə edildiyini bildirib. Artıq ənənə halını alan bu beynəlxalq yarış gənc Azərbaycan güləşçilərinin gələcək uğurlarının əsasını qoyub. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Müşfiq İsayevin qardaşı Xəzər İsayev bu yarışın qardaşının xatirəsinə layiqli töhfə olduğunu bildirib. Son illərdə güləşin inkişaf etdiyini və artıq üç ildir ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) təqviminə salındığını vurğulayıb. Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev idmançılarımızın son illər beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb. 7 ölkədən 98 güləşçinin iştirak etdiyi turnirin yekununda Azərbaycan pəhləvanlarından Fərid İsmayılov (42 kq), Pərviz İbrahimov (50 kq), Kənan Quliyev (54 kq), Elcan Usubzadə (85 kq) və Əli Məhəmməddabirov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalları müvafiq olaraq Ruslan Qasımov (42 kq), Mircəlal Həsənzadə (46 kq), Nurlan Hacıyev (63 kq) və Paxrudin Maxayev (85 kq) qazanıblar. Məsim Qədirli (42 kq), Məmmədhüseyn Həsənov (46 kq), Səfər Ativi (50 kq), Ruslan Şükürov (63 kq), Elmar İsmayılov (69 kq) və Kamran Yunusov (76 kq) müvafiq olaraq bürünc medallara sahib çıxıblar. Ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanan yığmamız komanda hesabında turniri birinci yerdə başa vurub. İkinci yeri İran (1 qızıl, 3 gümüş, 6 bürünc), üçüncü yeri isə Rusiya (3 qızıl, 2 gümüş, 2 bürünc) komandası tutub.






Siyasət


