Kişi şahmatçılar arasında respublika çempionatına start verilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Respublika Şahmat Mərkəzində keçirilən kişi şahmatçılar arasında ölkə çempionatında ilk turun oyunları olub. Dairəvi sistem üzrə keçirilən turnirdə beş qrossmeyster, üç beynəlxalq usta və iki FİDE ustası mübarizə aparır.
Birinci turdan sonra aşağıdakı nəticələr qeydə alınıb: Fərid Abbasov-Ülvi Bacarani 0,5:0,5, Rəsul İbrahimov-Nicat Abasov 0,5:0,5, Nicat Məmmədov-Azər Mirzəyev 1:0, Vüqar Rəsulov-Ayaz Məmmədov 0,5:0,5, Eltac Səfərli-Vasif Durarbəyli 0,5:0,5. Çempionatın ümumi mükafat fondu 10 min manat təşkil edir. Turnirin baş hakimi beynəlxalq hakim Lütfiyar Rüstəmov, baş katibi isə beynəlxalq hakim Nurəli Məmmədzadədir.
Qadınların şahmat üzrə respublika çempionatı isə başa çatıb. Turnirdə 13 mümkün xaldan 10 xal toplamış Gülnar Məmmədova ölkə çempionu adını qazanıb. Çempionla eyni miqdarda xal yığmış Türkan Məmmədyarova 2-ci, Xəyalə İsgəndərova isə (9,5 xal) 3-cü yeri tutub.
Qrossmeysterimiz Vüqar Həşimov (2759) isə martın 12-25-də Nitsada keçiriləcək sürətli və gözübağlı şahmat üzrə ənənəvi “Amber” turnirində iştirak edəcək. Həşimovun rəqibləri Maqnus Karslen (Norvec, 2810), Vladimir Kramnik (Rusiya, 2788), Levon Aronyan (Ermənistan, 2781), Boris Gelfannd (İsrail, 2761), Vasili İvançuk (Ukrayna, 2749), Pyotr Svidler (Rusiya, 2744), Ruslan Ponomaryov (Ukrayna, 2737), Aleksandr Morozeviç (Rusiya, 2732), Sergey Karyakin (Rusiya, 2720), Lenyer Dominges (Kuba, 2712) və Yan Smitsdir (Hollandiya, 2657) olacaq. Sürətli şahmat (rapid) fikirləşmək üçün qısa vaxt limiti (bütün partiya üçün 15 dəqiqə) olan şahmat oyunudur. Gözübağlı şahmat zamanı oyunçu lövhəyə baxmadan oynayır. Bu zaman oyunçular arasında vasitəçi iştirak edir və lövhədəki fiqurların yerini dəyişərək, gedişləri yazır. Dairəvi sistem üzrə keçirilən turnirdə rəqiblər hərəyə iki partiya (sürətli və gözübağlı) oynayacaqlar.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009