Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatının yaranmasından 17 il keçir. Bu məqsədlə keçirilmiş tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası müasir Azərbaycan tarixinin son dərəcə məsuliyyətli mərhələsində xaosun, hərc - mərcliyin, hakimiyyət uğrunda siyasi didişmələrin hökm sürdüyü vaxtda tarixi zərurətdən yaranıb: “İqtisadiyyatın tamamilə dağılıb viran qoyulduğu, aclığın, səfalətin hökm sürdüyü zaman xalqın son ümidinin, inamının ifadəsi kimi belə bir partiyanın yaranması və tarix səhnəsində öz sözünü deməsi zəruri idi. Məhz bu inam uğrunda mübarizə aparan, bütün xalqı bu inam, əqidə uğrunda səfərbər edən, təşkilatlandıran, bu yolda qurban getməyə belə həmişə hazır olan mütərəqqi insanlar, Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Partiyanın təməl daşlarını qoyaraq 1992-ci ilin 21 noyabrında Muxtar Respublikamızın paytaxtı Naxçıvan şəhərində, Azərbaycanın hər yerindən böyük çətinliklər bahasına axışıb gələn 550 nəfər nümayəndənin iştirak etdiyi təsis konfransında Yeni Azərbaycan Partiyasını yaratdılar”.
İsa Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman ölkə vətəndaşlarını Heydər Əliyev ideyaları ətrafında səfərbər edən və bu ideyaları təbliğ edən siyasi - ideoloji məktəb rolunu oynamış və indi də bu missiyanı şərəflə yerinə yetirməkdədir. Natiq bildirib ki, Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılan Babək rayonu da bu proseslərdən kənarda qalmayıb: “Partiyanın rayon təşkilatı üçün hər bir şəraiti olan, bütün standartlara cavab verən inzibati binanın tikilərək istifadəyə verilməsi partiya üzvlərinə edilən ən gözəl hədiyyədir. Bu gün Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatı öz sıralarında 5813 nəfər partiya üzvünü birləşdirir ki, bunun da 2964 nəfərini gənclər, 2175 nəfərini isə qadınlar təşkil edir. Bu gün Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatını əhatə edən 121 ilk partiya təşkilatı fəaliyyət göstərir. Bunların da çoxunun sədrləri gənclər və ziyalılardan ibarətdir”.
Yığıncaqda şura üzvləri, rayon təhsil şöbəsinin müdiri Kamil Kazımov, mədəniyyət və turizm şöbəsinin müdiri Aybəniz Babayeva, rayon Ziyalılar cəmiyyətinin sədri Vaqif Hüseynov, Nehrəm kənd ərazi təşkilatının sədri Tofiq Abutalıbov və YAP rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Nihal Məmmədov çıxış edərək partiyanın keçdiyi yoldan ətraflı danışıblar.
Sara ƏZİMOVA