Moskvada böyük Müslüm Maqomayevin abidəsinin təməl daşının qoyulması mərasimi keçirilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Moskvanın mərkəzində, Yeliseyev və Voznesenski döngələrinin  kəsişməsindəki bağda, Nizami Gəncəvinin abidəsi yaxınlığında böyük Azərbaycan müğənnisi Müslüm Maqomayevin abidəsinin təməl daşının qoyulması münasibətilə təntənəli mərasim keçirilib. Abidənin müəllifləri Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, professor Aleksandr Rukavişnikov, Beynəlxalq Arxitektura Akademiyasının akademiki, arxitektor İqor Voskresenskidir.
Moskva Hökumətinin tapşırığı ilə mərasimdə çıxış edən paytaxt merinin birinci müavini Lyudmila Şvetsova  insanların böyük əksəriyyətinin fikirlərini ifadə edərək  bildirib ki, böyük Maqomayevin xatirəsi əbədidir, çünki ürəklərimizdə onun obrazı yaşayır, yalnız gözəl əhval-ruhiyyə doğuran nəğmələri səslənir: “O, doğma Azərbaycan torpağında dəfn olunmuşdur. Ancaq  Moskva torpağında da elə bir yer olmalıdır ki, onun çoxsaylı qədirbilən pərəstişkarları, doğma və yaxınları gəlib öz hisslərini izhar edib, böyük müğənninin xatirəsini ana bilsinlər”.
RF Dövlət Duması sədrinin müavini Lyubov Sliska deyib: “Bu, Müslüm Maqomayev yaradıcılığının pərəstişkarlarının, onun dostlarının və yaxınlarının həyatında  olduqca əhəmiyyətli bir gündür. Müğənninin həyatımıza gətirdiyi mahnılar təkcə Sovetlər İttifaqını deyil, həm də  konsert verdiyi bütün  ölkələri  fəth edib. Maqomayevin öz yaradıcılığı ilə nail olduğu bu birlik həyatda heç də hər kəsə müyəssər olmur. Abidələr susur, Müslüm Maqomayevin nəğmələri isə hələ uzun illər bizimlə olacaq”.
Mərasimdə Müslüm Maqomayevin xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya, Moskvanın Mədəniyyət departamentinin rəhbəri Sergey Xudyakov, Moskva Şəhər Dumasının komissiya sədri Yevgeni Gerasimov, böyük opera müğənnisi Yelena Obraztsova, Maqomayevin yaxın dostu, “Krokus-İnternəşnl” şirkətlər qrupunun prezidenti Araz Ağalarov, televiziya aparıcısı Svyatoslav Belza, ÜAK-ın prezidenti Məmməd Əliyev, Azərbaycan diasporunun, yaradıcı ziyalıların nümayəndələri və paytaxt sakinləri iştirak ediblər.
Təməlqoyma mərasimində çıxış edənlər xüsusi vurğulayıblar ki, Müslüm Maqomayevin abidəsi nəinki onun yaradıcılığını əbədiləşdirəcək, həm də Rusiya və Azərbaycan xalqları arasında dostluğun rəmzinə çevriləcək.
Rəsmi mərasimdən sonra böyük həmvətənimiz Müslüm Maqomayevin gələcək abidəsinin təməl daşına güllər qoyulub.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009