Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Azərbaycanın bundan 40-50 il sonrakı vəziyyətini düşünür
- 2012-ci ildə sahibkarlara dövlət dəstəyi daha da gücləndiriləcək
- Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də yaşayacaq
- Yeni Azərbaycan Partiyası 2008-ci ilə dair hesabatını açıqlayıb
- “Xocalıya ədalət” kampaniyasının və onun internet saytının dünyanın 20-dək şəhərində təqdimatı keçiriləcək
- Rusiyada “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilib
- Xocalı soyqırımı Avropa Parlamentində anılıb
- 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Bakıda səfərdə olan Küveytin ən böyük gənclər təşkilatı “LoYAC-Lothan” gənclər mərkəzinin nümayəndə heyəti dünən Heydər Əliyev Fondunda olub.
Qonaqlara Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Fond Ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.
Qeyd olunub ki, Fonddakı bütün eksponatlar Ulu öndərin arxivindən götürülüb və onların arasında şəxsi əşyalar üstünlük təşkil edir.
Ümummilli lider Heydər Əliyevin təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təltif olunduğu müxtəlif ordenlər və medallar, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə çəkilən fotoşəkillər qonaqların marağına səbəb olub.
Ulu öndərin neft strategiyasını əks etdirən eksponatlara baxan nümayəndə heyətinə bu barədə də ətraflı məlumat verilib. Ümummilli liderin dünyanın böyük dövlətlərinin rəhbərləri, mədəniyyət, incəsənət xadimləri ilə keçirdiyi görüşlərdə çəkilmiş tarixi fotosənədlər də qonaqlarda maraq doğurub.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, Ulu öndərin adını daşıyan Fondun həyata keçirdiyi layihələr barədə küveytli qonaqların sualları ətraflı cavablandırılıb.

Siyasət