Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Azərbaycanın bundan 40-50 il sonrakı vəziyyətini düşünür
- 2012-ci ildə sahibkarlara dövlət dəstəyi daha da gücləndiriləcək
- Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də yaşayacaq
- Yeni Azərbaycan Partiyası 2008-ci ilə dair hesabatını açıqlayıb
- “Xocalıya ədalət” kampaniyasının və onun internet saytının dünyanın 20-dək şəhərində təqdimatı keçiriləcək
- Rusiyada “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilib
- Xocalı soyqırımı Avropa Parlamentində anılıb
- 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Qırğızıstanda çap edilən və bir neçə gün əvvəl paytaxtda təqdimatı keçirilən kitablar - Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində çap edilmiş “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” əsəri, administrasiyanın sektor müdiri Qafar Əliyevin Ulu öndər Heydər Əliyev haqqında rus dilində buraxılmış “Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı” kitabı, tanınmış yazıçı və pedaqoq Mir Cəlal Paşayevin qırğız dilində işıq üzü görmüş “Bir gəncin manifesti” əsəri, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə institutun alimləri tərəfindən hazırlanaraq rus və ingilis dilində nəşr olunmuş “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabı, professor Aqil Hacıyevin “19-cu əsrin birinci yarısında rus ədəbiyyatında Qafqaz mövzusu” monoqrafiyası, həmçinin, Qırğızıstan Elmlər Akademiyası Manasşünaslıq Elmi Mərkəzinin nəşr etdirdiyi “Ədəbiyyat və incəsənət məsələləri” jurnalının Ümummilli lider Heydər Əliyevə, tanınmış Azərbaycan yazıçısı Mir Cəlala, dünya şöhrətli yazıçı Çingiz Aytmatova həsr olunmuş xüsusi nömrələri Qırğızıstan Milli Kitabxanasına təqdim edilib. Kitablar arasında Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun rəhbərliyi ilə müəlliflər qrupu tərəfindən yazılmış, Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Türk dünyasının yeni lideri” əsəri və xalqımızın mədəniyyəti, ədəbiyyatı və tarixindən bəhs edən digər nəşrlər də var. Qırğızıstan Elmlər Akademiyası Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev mərasimdə bildirib ki, mən Mir Cəlalın qırğız dilində çap edilən “Bir gəncin manifesti” kitabını birnəfəsə oxudum. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əsərin böyük əhəmiyyəti var. Bu əsərin dünya ədəbiyyatı seriyasından ölkəmizin ali və orta məktəblərində öyrənilməsi ilə bağlı Təhsil Nazirliyinə artıq məktub göndərilib.
Kitabxananın direktoru, professor Jıldız Bakaşova Fondun rəhbərliyinə minnətdarlığını bildirib, kitabların böyük əhəmiyyətindən söz açıb.
Kitabxananın direktoru, professor Jıldız Bakaşova Fondun rəhbərliyinə minnətdarlığını bildirib, kitabların böyük əhəmiyyətindən söz açıb.






Siyasət


