Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Hansı telekanallara daha çox baxırsınız?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Şahin İmranov ilk döyüşünü azərbaycanlıya qarşı keçirəcək
- Azərbaycan ilə YUNİSEF arasında əməkdaşlıq uğurla inkişaf edir
- Beynəlxalq Böhran Qrupu qərəzli dairələrin siyasi sifarişlərini həyata keçirir
- Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaqdır!
- Prezident İlham Əliyev: Mənim də Prezident kimi borcum Azərbaycan xalqına xidmət etməkdir
- Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlər dinamik olaraq inkişaf edir
- 155 yaşlı holland qadınının əqli keyfiyyətləri alimləri heyran edib
- YAP Xaçmaz rayon təşkilatının konfransı keçirilib
“Erməni lobbisi qondarma soyqırımın ABŞ Konqresi tərəfindən tanınması üçün bütün səylərini işə salıb”. Bu sözləri www.yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi tərəfindən mart ayında uydurma “erməni soyqırımı” məsələsini səsverməyə çıxarmağı nəzərdə tutmasına münasibət bildirərkən deyib. M.Qurbanlı xatırladıb ki, “erməni soyqırımı”nın tanınması haqqında qətnamə layihəsi 2007-ci ilin yanvarında Kaliforniyadan olan demokrat-konqresmen Adam Şif tərəfindən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edilib. Həmin dövrdə ermənipərəst konqresmenlər bu qətnaməni komitədən keçirməyə nail olsalar da, prezident tərəfindən veto qoyulması nəticəsində ABŞ Konqresində və Senatda bütövlükdə səsverməyə çıxarılmamışdı.
“ABŞ-da olan bədnam Erməni Milli Komitəsi bu istiqamətdə daha çox canfəşanlıq etməkdədir. Bütün bu hərəkətlərin başlıca məqsədi Türkiyəyə təzyiq etməklə, onu Ermənistanla sərhədləri açmağa sövq etməkdir. Lakin hadisələrin gedişi göstərir ki, uydurma “soyqırım” təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Siyasət