Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Əli Cəfərov: Prezident İlham Əliyevin idmana olan xüsusi qayğısı və diqqəti biz idmançıları yeni-yeni qələbələrə ruhlandırır
Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, sağlam böyüdülməsidir. Dövlətimiz bunun üçün çoxsaylı proqramlar həyata keçirir, idman kompleksləri inşa etdirir, idmançılara böyük diqqət ayırır və s. Bu isə öz müsbət nəticəsini verməkdədir. İdmançılarımızın beynəlxalq yarışlarda yüksək yerləri tutması, onların şərəfinə Azərbaycanın dövlət himninin səsləndirilməsi, bayrağımızı yüksəltməsi bu gün milli çempionatda iştirak edən, böyük potensiala malik digər idmançıları da ruhlandırır. Belə idmançılardan biri də Əli Cəfərovdur. O, 18-19 dekabr 2009-cu il tarixində Bakı şəhərində karate-do idman növü üzrə XVII böyüklər, yeniyetmələr və gənclər arasında keçirilən respublika çempionatında “Azərbaycan çempionu” adını qazanıb. Əli həm də Azərbaycan yığma komandasının üzvüdür.
Əli Cəfərov deyir ki, Prezident İlham Əliyevin idmana olan xüsusi qayğısı və diqqəti biz idmançıları yeni-yeni qələbələrə ruhlandırır: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Təbii olaraq, biz idmançılar da dövlətimizin və xalqımızın bizə olan ümidlərini doğrultmağa çalışırıq”.
Onun sözlərinə görə, inkişaf edən Azərbaycanda idmanın gələcəyi daha parlaq görünür.
RAMİL

Siyasət