Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Yeni Azərbaycan Partiyası “Nezavisimaya qazeta”nın baş redaktoru cənab Konstantin Remçukova bu qəzetdə dərc olunmuş “Xocalı: həqiqət və uydurma” adlı məqaləsi ilə əlaqədar etiraz məktubu göndərib. Məktubda deyilir: “Cənab Remçukov, rəhbəri olduğunuz “Nezavisimaya Qazeta”nın 05.03.2010-cu il tarixli sayında Sergey Zvyagin adlı müəllifin Xocalı soyqırımına həsr olunmuş “Xocalı: həqiqət və uydurma” adlı məqaləsi Azərbaycan cəmiyyətində anlaşmazlıq və etirazla qarşılanıb. Belə ki, müəllif yaxın keçmişin danılmaz faktlarını kobud şəkildə təhrif edərək Xocalı hadisələrində məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymağa çalışır və açıq-aşkar yüzlərlə günahsız insanları qətlə yetirən qatillərin mövqeyindən çıxış edir. Təəssüf doğuran məqam odur ki, S.Zvyagin məqaləni hazırlayarkən, obyektivlik prinsipini pozaraq, açıq-aşkar qərəzli davranıb, Azərbaycan tərəfinin mövqeyini qətiyyən nəzərə almayıb. Halbuki, 1992-ci il 26 fevralda ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdikləri soyqırım dünya birliyinə də, ermənilərə də, S.Zvyaginə də yaxşı məlumdur.
Məqalə müəllifinə, eləcə də Sizə, hörmətli cənab baş redaktor, o da məlumdur ki, Xocalı sakinlərinin, xoşbəxtlikdən, sağ qalanları da var və onlar bu qanlı cinayətin kimlər tərəfindən necə törədildiyinin canlı şahidləridir.
Görün insan nə qədər qərəzli, qeyri - obyektiv olmalıdır ki, minlərlə canlı şahidi olan hadisə barəsində utanmadan belə yalanı uydura bilsin. Bunu yalnız jurnalist vicdanını unudan edə bilər, əgər o varsa.
Əgər həqiqəti eşitmək istəyirsinizsə, faktları bir daha xatırlada bilərik.
Xocalı soyqırımı zamanı ermənilər tərəfindən 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Onların 106 nəfəri qadın, 83 nəfəri isə az yaşlı uşaqlardır. Həlak olanların 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. Qanlı faciə nəticəsində 1000 nəfər dinc sakin müxtəlif dərəcədə xəsarət alıb, bir çoxları şikəst olublar. 1275 nəfər dinc sakin əsir götürülüb. Təəssüf hissi ilə qeyd edilməlidir ki, onlardan 700 nəfərinin taleyi hələ də naməlumdur. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirib. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı erməni millətçi - şovinistlərinin vicdanında qanlı ləkə kimi qalacaqdır.
Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin hiddət və qəzəbini ifadə edərək, ümid edir ki, “Nezavisimaya qazeta” hadisələri işıqlandırarkən yol vermiş olduğu ehtiyatsızlığı və qeyri-obyektivliyi düzəldəcək və gələcəkdə öz səhifələrində qanlı müharibənin günahsız qurbanlarının xatirəsini, onların qohumlarının və yaxınlarının hisslərini təhqir edən məqalələrə yol verməyəcək”.