Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Əli Əhmədov: Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsirini göstərir
“Avropa İttifaqı Avropanın ən mötəbər təşkilatı olaraq bu məkanda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Azərbaycan da Avropanın bir hissəsidir. Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə, Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsirini göstərir”. Bu sözləri www.yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov Avropa İttifaqının Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcək rolunu şərh edərkən deyib.
Əli Əhmədov bildirib ki, Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bunun önəmi gündən-günə artmaqdadır. Ona görə də, bölgədə sabitliyin təmin olunması daha da aktuallaşmaqdadır.
“Bu mənada Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı olduğunu açıq şəkildə ifadə etməyə başlayıb. Xüsusilə, ötən illər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində üzə çıxan bir sıra problemlər Azərbaycanın bu baxımdan rolunu əhəmiyyətli dərəcədə artırıb. Hesab edirəm ki, Avropa İttifaqının Cənubi Qafqazda münaqişələrin nizama salınmasında təsir mexanizmləri var. Ancaq bu mexanizmlərdən hansı formada istifadə edilməsi üzərində düşünülməlidir. Bu günün reallığı odur ki, Dağlıq Qarabağ probleminin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. ATƏT-in Minsk qrupunun nümayəndələrinin əksəriyyəti Avropa İttifaqının üzvüdür. Belə olan halda isə Avropa İttifaqının prosesə təsir rıçaqlarının olması açıq şəkildə özünü göstərir. Amma söhbət ədalətin bərpa olunmasına dövlətlərin nə dərəcədə hazırlığından gedir. Hesab edirəm ki, təşkilata üzv dövlətlər buna maraqlı olsalar, münaqişənin həlli tez baş verə bilər” deyə YAP-ın Sədr müavini vurğulayıb.

Siyasət