Azərbaycan Pekində daha bir medal qazandı

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
100 kq çəkidə yarışan cüdoçu Mövlud Mirəliyev bürünc medala sahib oldu
XXIX Pekin Yay Olimpiya Oyunlarında çıxış edən Azərbaycanın son cüdoçusu Mövlud Mirəliyev olimpiya bürüncü qazanıb. 100 kq dərəcəsində yarışan idmançımız ardıcıl üç qələbə qazanıb. O, öncə əlcəzairli Hasen Azzounu ippon fəndinə salıb. Növbəti görüşdə isə cüdoçumuz Levan Zorzolianini (Gürcüstan) məğlub edib. M.Mirəliyev bu görüşdə də ippon sayəsində qələbə qazanıb. Püşkə əsasən, həmyerlimiz 1/4 finalda rumıniyalı Daniel Brata ilə qüvvəsini sınayıb. Bu dəfə də M.Mirəliyev rəqibini açıq–aşkar üstələyib. Vazari və yuka fəndləri işlədən cüdoçumuz bununla da, yarımfinala vəsiqə əldə edib. Yarımfinalda təmsilçimizin rəqibi Monqolustan cüdoçusu Tuvşinbayar Naydan olub. Finalın bir addımlığında rəqibinə məğlub olan M.Mirəliyev 3–cü yer uğrunda görüşdə polşalı Prjemislav Matyasek ilə qarşılaşıb. Bu görüşdə qələbə qazanan idmançımız bürünc medal qazanıb.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009