Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

30.04.2024 [14:40]

Hazırda Avropanın bütün ərazisində böyüklərin himayəsindən kənarda qalan və sahibsiz sayılan 51 333 həddi-buluğa çatmamış qaçqın uşaq itkin düşmüşlər siyahısında yer alır. Onlar 2021-2023-cü illərdə Avropaya gəliblər və dövlətin himayəsi altında olublar. Bu gün hakimiyyət orqanları onların harada olduqları barədə məlumatlara malik deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropanın “Lost in Europe” jurnalist şəbəkəsinin apardığı tədqiqatların nəticələrində bildirilir. Belçikanın “De Standaard” nəşri, Niderlandın gündəlik NRC qəzeti, İtaliyanın ANSA agentliyi və Almaniyanın “rbb24 Research” televiziya xidməti bu şəbəkəyə daxildir. Cəmi üç il əvvəl itkin düşmüş uşaqların sayə təqribən 18 300 nəfər təşkil edirdi.

Tədqiqat itkin düşmüş qaçqın uşaqlar haqqında məlumatların toplanmasında əhəmiyyətli çatışmazlıqlar aşkar edib. Belə ki, 31 Avropa ölkəsindəki məsul orqanlardan yalnız 15-i tədqiqat şəbəkəsinin sorğularına cavab verib. İtaliya və Avstriya kimi bəzi ölkələr xüsusilə dramatik rəqəmlər bildirsə də, onların hər birində 20 mindən çox uşaq və gənc itkin düşüb. İspaniya və Yunanıstan böyüklər tərəfindən müşayiət olunmayan uşaqlar və gənclər haqqında heç bir məlumat toplamır.

Hazırda Avropada böyüklər tərəfindən müşayiət olunmayan azyaşlı qaçqınların taleyi ilə bağlı qeydiyyatdan keçmək və məlumat paylaşmaq üçün heç bir tələb yoxdur. Buna görə də Aİ-nin miqrasiya və daxili işlər üzrə komissarı İlva Yohansson “rbb24 Recherch”ə müsahibəsində Avropanın miqrasiya sistemini “şikəst” adlandırıb. Aİ-nin komissarı Yohansson da böyüklər tərəfindən müşayiət olunmayan və yetkinlik yaşına çatmamış qaçqınların insan alverçilərinin qurbanına çevrilməsi riskini görür və qeyd edir ki, bu kateqoriyadan olan azyaşlılar üçün vahid qeydiyyat sistemi tətbiq olunacaq. Lakin bu, hazırda itkin düşmüş uşaqların problemini həll etmir.

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31