Sülh müqaviləsinə açılan atəş: avropalı kəşfiyyatçıların Dığ və Burun müəmması
17.03.2025 [11:33]
Təəssüf ki, təxminlərimiz təsdiqləndi: davamlı şəkildə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edən Ermənistan növbəti dəfə təxribatlara əl atdı. Martın 16-da iki dəfə atəşkəs rejimi pozuldu, düşmənin döyüş postlarından yenə də tətik çəkildi, ordumuzun mövqeləri atəşə tutuldu. Şükürlər olsun ki, itki yoxdur. Amma...
Əslində hay mahiyyətinə az-çox bələd olanlar üçün təəccüblü deyil. Ötən yazılarımızda da qeyd etmişdik ki, təkcə son əsrdə başımıza gətirilənlərin xronologiyasına diqqət etsək, ermənilərin bizim humanizmimizdən, unutqanlığımızdan, qisasçılıq hissindən uzaq olmağımızdan məharətlə istifadə edərək hər dəfə fürsət düşən kimi, boynumuza ilan kimi dolanıblar, zəhərli dişlərini bədənimizə sancıblar. Son günlərin sərasər “sülh müqaviləsinin digər iki maddəsi də daxil, bütün maddələrini qəbul edirik və sənədi imzalamağa hazırıq”, bəyanatını verən erməni rəsmilərin hansısa planının olduğu ilk baxışda sezilirdi. Son həftənin ilk günləri Ermənistanın aprel təxribatlarının ifşası ilə başlamışdı axı. Etibarlı qaynaqları olan Caliber.az düşmənin Azərbaycana qarşı müharibəyə hazırlaşdığı və təxribatların aprel ayında törədiləcəyi haqda məlumat yaymışdı. Ermənistanın sürətlə silahlanması, şərti sərhədlər boyunca hərbi aktivliyin artması, ölkədə mülki şəxslərin orduya cəlb olunması barədə qərarın qəbulu və digər faktlar da təxribat xəbərlərinin ciddiliyini artırırdı. Belə bir məqamda rəsmi İrəvan “val”ı dəyişdi və “sülh göyərçini” libasını əyninə geyindi. Birdən-birə bunlara nə oldu? İlk baxışda belə görünə bilər ki, Ermənistan rəhbərliyi ifşa olunduğu üçün sülh bəyanatlarına sarılmağa başlayıb, həm də gözlənilən təxribatlarını ört-basdır etməkdən ötrü. Apreldə gözlənilirdi, amma bir az tələsdilər sanki...
Ardıcıllığa diqqət edin: Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ – yenə də Dığ, bu barədə digər xatırlatmalarımız da olacaq - yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin bu barədə məlumat yaymasından az sonra İran prezidenti Məsud Pezeşkian ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının baş tutduğu xəbəri yayıldı. Məlum olur ki, Paşinyan tez telefonu götürüb İran prezidentinə zəng edib, “sülhə hazır olduğunu” söyləyib.
Eyni gündə, martın 16-sı saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutulduğu barədə xəbər rəsmən elan olundu.
Paralel olaraq xəbər yayıldı ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə Fransa prezidenti Emmanuel Makrona zəng edərək “böyük bacısı”na Ermənistan və Azərbaycan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin razılaşdırılması və müzakirələrin başa çatması barədə məlumat verib.
İki telefon zəngi, iki təxribat. Paşinyan qaçaraq şəkildə “sülh müqaviləsini imzalamağa hazıram”, müjdəsini Pezeşkiana, yaxud Makrona verməkdə nəyə nail olmaq istəyir? Düzdür, o, bununla Ermənistanın müstəqil siyasət yürütmək iradəsindən kənar oyuncaq, “kukla” olduğunu təsdiqləyir. Eyni zamanda rəsmi İrəvanın “sülh göyərçini” obrazını qabartmağa çalışır. Bundan əvvəl də Paşinyan Rusiya prezidentinə zəng etmişdi. Bəs, Rusiya ilə düşmən idi, Avropa İttifaqına üzv olurdu, rus bazasını ərazisindən çıxarırdı, Moskvanın dəvətlərini geri çevirir, KTMT-də özünü “dondururdu”, nə oldu? Görünən budur ki, oyunbazlıqla məşğul olub. Eyni zamanda sülh imzalamağın icazəsini böyüklərindən alması da çox şey deyir. Amma bu, doğrudanmı sülhə aparacaq müqavilədir?
Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, Ermənistan rəhbərliyinə inanmır. Bəli, əgər indiki halda İrəvandan səslənən sülh bəyanatları həqiqətə söykənirsə, o halda Paşinyan Azərbaycan Prezidentinin ilk şərtinə əməl etməli, konstitusiyasını dəyişdirməlidir! Azərbaycana qarşı ərazi iddiası olan konstitusiyaya və normativ hüquqi aktlara malik Ermənistan necə sülh imzalaya bilər? Yaxud da imzalasa belə, bu sülh müqaviləsinin əhəmiyyəti olacaqmı? BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə bənzər bir sənəd olacaq. Hətta Ermənistan parlamenti və Konstitusiya Məhkəməsinin qəbul etməyəcəyi “antikonistusion sülh müqaviləsi” bir müddət sonra arxivə göndəriləcək. Bu qədər sadə!
Elə Dığ və Burun təxribatları da bunu deyir. Dığ kəndi istiqamətindən əvvəlki dövrlərdə dəfələrlər düşmən təxribatları olub. Xatırlayırsınız yəqin, 2023-cü ilin 11 aprelində (!) erməni təxribatı nəticəsində Azərbaycan ordusu 3 şəhid vermişdi, daha 4 hərbçimiz yaralanmışdı. Düşmənin 4 hərbçisi məhv edilmiş, 6-sı yaralanmışdı. Postlar bir-birinə o qədər yaxındır ki, burada hər an toqquşmalar baş verə bilər. Sülh imzalamağa hazır ölkənin rəhbərliyi hərbçilərinin açdığı atəşə biganə qalmamalıdır. Faktiki olaraq elan olunan sülh müqaviləsinə atəş açılıb. Paşinyan isə susur. Deməli, işin işində o da var. Əks halda “bu, mənə qarşı təxribatdır və 5-ci kolonun işidir”, bəyanatını verməli idi.
Avropa İttifaqının kəşfiyyatçıları da 16 mart təxribatını “eşitməyiblər” nədənsə... Hər gün Gorus istiqamətində Azərbaycan tərəfə boylanan kəşfiyyatçılar “təsadüfən” Dığ və Burun təxribatları baş verərkən “yatıbmışlar”. Elə 2023-cı ilin aprel toqquşması zamanı da onlar ərazidən itmişdilər, bunu hətta erməni ekspertlər də şübhə ilə qarşılayırdı. Bir neçə gün əvvəl Bakı ilə İrəvan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı verilən bəyanatları alqışlayan Avropa İttifaqı da Ermənistan tərəfdən açılan atəşlərə laqeyddir. Ən azı narahatlıq ifadə edə bilərdilər. Etmirlər. Çünki Ermənistanın üzərindən qurduqları oyunlar var. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirmişdi ki, Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Digər tərəfdən, dövlət başçısı bəyan etmişdi ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Sitat: “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.
Budur, göndərilən silahlarla sülhə atəş açıldı, özü də iki istiqamətdə. Üstəlik, göndərilən kəşfiyyatçılar da təxribatları görməzdən gəldilər...
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

