Diqqət İstanbula!!!
17.05.2025 [09:57]
Ukrayna-Rusiya müharibəsi: ya tamam, ya davam...
Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində dönüş nöqtəsi sayılan İstanbul görüşləri baş tutdu. Düzdür, görüşlər gözlənildiyi kimi mayın 15-də deyil, 16-da reallaşdı. Qeyd edək ki, görüşdən bir neçə gün öncə yayılan məlumatlarda bildirilirdi ki, Ukrayna ilə Rusiya arasında 2022-ci ildən sonra ilk dəfə üz-üzə danışıqlar keçiriləcək.
24 saat sonraya qaldı...
Məsələdən belə bəlli oldu ki, görüşün vaxtının uzanması Ukrayna nümayəndə heyəti ilə bağlı olub. Xatırladaq ki, İstanbulda nəzərdə tutulan görüşdən öncə Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskini Ankarada qəbul edib. Türkiyənin “Milliyyət” qəzeti xəbər verir ki, mətbuata qapalı keçirilən görüşdə milli müdafiə naziri Yaşar Gülər, MİT direktoru İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib. Prezident Ərdoğan və Zelenski arasında baş tutan ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında iş yeməyi verilib.
Mayın 15-də saat 5 radələrində isə Türkiyə KİV-i nəzərdə tutulan görüşlə bağlı daha bir məlumat yaydı - adı çəkilməyən yüsək rütbəli Ukrayna rəsmisinə istinad bildirildi ki, Kiyevi təmsil edən nümayəndə heyəti prezident Zelenskidən təlimatlar gözləyir. “Prezident qərar verərsə, nümayəndə heyəti orada olacaq” deyə rəsmi AFP-yə bildirib. O əlavə edib ki, cümə axşamı danışıqların keçirilməsi “real deyil”, lakin qərar Zelenski tərəfindən prezident Rəcəb Tayyib Ərdoğanla aparılan danışıqlardan sonra veriləcək.
Beləliklə, İstanbul görüşlərinə mayın 16-da start verildi. Qeyd edək ki, görüşlərin formatları da dəyişmiş kimi görsənirdi - gözlənildiyi kimi, Ukrayna və Rusiya nümayəndə heyətləri üz-üzə müzakirə aparmadılar. Bunun əksinə, iki mərhələdə üçtərəfli görüş baş tutdu. Birinci mərhələdə ABŞ-Türkiyə-Ukrayna görüşü nəzərdə tutulmuşdu.
Yeni və köhnə şərtlər...
Xatırladaq ki, görüşdən öncə verilən bəyanatlardan bəlli olurdu ki, müzakirələr heç də sakit tonda getməyəcək - Türkiyə mətbuatı yazdı ki, Kiyev təhlükəsizlik təminatları, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpası tələblərinə üstünlük verir. Ukraynanın NATO-ya dəvət edilməsini və ya təhlükəsizlik zəmanətləri çərçivəsində NATO-nun himayəsi altına alınmasını gözləyən Kiyev ölkəsində Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsini də arzulayır. Hətta yayılan informasiyalara görə, Kiyevin şərtlərinə Ukraynanı nüvə silahı ilə təmin etmək kimi bir növ çəkindirmə paketi də daxil olub. Bundan başqa, Ukrayna Krım, Donetsk, Luqansk, Zaporojye və Xersonun Rusiyanın nəzarətindən çıxmasını, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmasını tələb edirdi.
Rəsmi Moskvanın ən əsas şərtləri arasında isə Ukraynanın bloklara qoşulmaması, nüvə silahının verilməsi məsələsinin müzakirə edilməməsi, tərksilah olunması, denazifikasiyası, Ukraynada rusdilli vətəndaşların hüquq, azadlıq və mənafelərinə tam təminat verilməsi, ilhaq edilmiş Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya əraziləri kimi tanınması” daxil idi. Şərtlərə əsasən, Moskva böhran aradan qaldırıldıqdan sonra Ukrayna və Avropa ilə tədricən mehriban qonşuluq münasibətləri qurmağa başlamağı və bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, Qərb və Avropa dövlətlərinin, qitədəki bütün dövlətlərin maraqlarını nəzərə alan “Avrasiya təhlükəsizlik sistemi” yaratmağı təklif edir.
Qeyd edək ki, Rusiya 2022-ci ildə İstanbulda keçirilən danışıqların mətninin Ukrayna ilə danışıqlarda əsas götürülməsini istəyir. Moskva münaqişəni dondurmaq deyil, ona birdəfəlik son qoymaq niyyətini vurğulayaraq, Ukrayna qoşunlarının ilhaq edilmiş Donetsk, Luqansk, Zaporojye və Xerson əyalətlərinin inzibati sərhədlərindən çıxarılmasını tələb edir.
Ciddi və peşəkar iş...
Danışıqlardan öncə Rusiya prezidentinin müşaviri və İstanbulda danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski verdiyi yazılı açıqlamada ölkə başçısının tapşırığı ilə İstanbula gəldiklərini bildirib və “İstanbulda ciddi və peşəkarcasına işləmək niyyətindəyik” deyib. Medinski Rusiya tərəfinin danışıqlardakı məqsədinə də toxunaraq, “Putinin təklif etdiyi birbaşa danışıqların məqsədi münaqişənin əsas səbəblərini aradan qaldıraraq uzunmüddətli və davamlı sülhə nail olmaqdır” kimi fikirlər səsləndirib. Vladimir Medinski daha sonra İstanbuldakı Rusiya Baş Konsulluğunun binası qarşısında mətbuata açıqlama verib: “Biz danışıqlara 2022-ci ildə İstanbulda Ukrayna tərəfindən pozulmuş sülh danışıqlarının davamı kimi baxırıq. Nümayəndə heyətimiz prezidentin fərmanı ilə təsdiqlənib və danışıqları davam etdirmək üçün tam səlahiyyətə malikdir. Nümayəndə heyətimiz konstruktiv iş aparmaq, mümkün həll yolları və ümumi zəmin tapmaq niyyətindədir. Birbaşa danışıqlarda məqsədimiz Ukrayna ilə böhranın kökündən həll etmək və uzunmüddətli sülhə tezliklə nail olmaqdır.”
Birinci görüş 1 saat çəkdi...
Vurğulandığı kimi, ilk raundda ABŞ, Ukrayna və Türkiyə nümayəndə heyətləri görüşüb. “Milliyyət”in məlumatına görə, Dolmabağça Sarayında baş tutan və 1 saat davam edən görüşdə ABŞ-ı ölkənin ?övlət katibi Marko Rubio, ABŞ-ın Ankaradakı səfiri Tom Barak və ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq təmsil edib. Ukrayna nümayəndə heyətinə isə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiqa və müdafiə naziri Rustem Umerov daxil olub. Birinci görüş başa çatdıqdan sonra Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak öz Telegram hesabında danışıqlarla bağlı məlumat paylaşıb. Görüşlə bağlı detalları bölüşməyən Yermak bildirib ki, Ukrayna nümayəndə heyəti İstanbulda ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell, Fransa prezidentinin müşaviri səfir Emmanuel Bonne və Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Günter Sautter ilə görüşüb: “Ukrayna daimi, qeyd-şərtsiz atəşkəsə və sülhə hazırdır. Biz də ən yüksək səviyyədə görüşlərə və danışıqlara hazırıq. Ukrayna nümayəndə heyəti bu gün qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün İstanbuldadır. Bu, bizim prioritetimizdir. Digər məsələ isə, Ukrayna prezidenti ilə müəyyən səbəblərdən Türkiyəyə gələ bilməyən Rusiya prezidentinin təkbətək görüşməsidir”.
İkinci görüş: vasitəçilər iş başında...
İstanbulda keçirilən ikinci görüş öncəsi yayılan məlumata görə, ABŞ-ı təmsil edənlər arasında Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Enton da olub. Görüşdən öncə Vladimir Medinski ABŞ nümayəndələri ilə görüşüb. Kremlin sözçüsü Dmitri Peskov isə İstanbuldakı danışıqları izlədiklərini söyləyib və prezidentə daimi hesabatlar verildiyini bildirib.
Görüşlərin ikinci raundu Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışı ilə başlayıb. Nazir Fidan bildirib ki, biz müharibəni bitirməyə çalışırıq”: “Türkiyə sülh yolunda bütün səylərinizi dəstəkləyəcək”.
“Milliyyət”in xəbərinə görə, nazir deyib ki, 2022-ci ilin mart ayından bu yana ilk dəfə belə bir görüş baş tutur və Türkiyə hər iki tərəfi eyni masada görməkdən məmnundur. O qeyd edib ki, qarşıda iki yol var - biri sülhə, digəri isə daha böyük dağıntılara aparır və tərəflər hansı yolu seçəcəklərinə özləri qərar verəcəklər. Fidan atəşkəsin tezliklə əldə edilməsinin zəruriliyini vurğulayıb və qeyd edib ki, Rusiya ilə Ukraynanın həm ABŞ Prezidenti Donald Trampın, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh çağırışlarına diqqət yetirməsi önəmli göstəricidir. Türkiyə XİN rəhbəri həmçinin əlavə edib ki, bu görüş gələcəkdə Rusiya və Ukrayna liderləri arasında baş tuta biləcək birbaşa görüşün əsasını qoya bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Gündəm
15 İyun 00:20

Dünya
14 İyun 23:11

İdman
14 İyun 22:35

Gündəm
14 İyun 21:09

Dünya
14 İyun 20:12

Siyasət
14 İyun 19:13

YAP xəbərləri
14 İyun 18:37

Dünya
14 İyun 18:28

Sosial
14 İyun 17:37

YAP xəbərləri
14 İyun 16:25

Xəbər lenti
14 İyun 16:23

YAP xəbərləri
14 İyun 15:43
YAP xəbərləri
14 İyun 14:21

YAP xəbərləri
14 İyun 13:59

YAP xəbərləri
14 İyun 13:17

Sosial
14 İyun 12:51

YAP xəbərləri
14 İyun 12:48

YAP xəbərləri
14 İyun 12:31

Mədəniyyət
14 İyun 12:27

MEDİA
14 İyun 12:15

Gündəm
14 İyun 12:10

Siyasət
14 İyun 12:05

Siyasət
14 İyun 11:52

MEDİA
14 İyun 11:38

Analitik
14 İyun 11:24

YAP xəbərləri
14 İyun 11:23

Analitik
14 İyun 11:00

YAP xəbərləri
14 İyun 10:55

Siyasət
14 İyun 10:26

Sosial
14 İyun 09:53

Elm
14 İyun 08:51

Ədəbiyyat
14 İyun 08:37

İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17

Dünya
13 İyun 21:53
YAP xəbərləri
13 İyun 21:29

İdman
13 İyun 21:14

Hadisə
13 İyun 20:53

YAP xəbərləri
13 İyun 20:38

Elm
13 İyun 20:36
YAP xəbərləri
13 İyun 20:12

Dünya
13 İyun 20:02

Dünya
13 İyun 19:50

YAP xəbərləri
13 İyun 19:37

YAP xəbərləri
13 İyun 19:13

Dünya
13 İyun 19:07

Siyasət
13 İyun 18:59

YAP xəbərləri
13 İyun 18:36

YAP xəbərləri
13 İyun 18:04

YAP xəbərləri
13 İyun 17:57

YAP xəbərləri
13 İyun 17:45

YAP xəbərləri
13 İyun 17:11

YAP xəbərləri
13 İyun 17:00

YAP xəbərləri
13 İyun 16:56

YAP xəbərləri
13 İyun 16:53

YAP xəbərləri
13 İyun 16:50

Dünya
13 İyun 16:41

YAP xəbərləri
13 İyun 16:37

Dünya
13 İyun 16:34

YAP xəbərləri
13 İyun 16:23

YAP xəbərləri
13 İyun 16:10

YAP xəbərləri
13 İyun 16:07

YAP xəbərləri
13 İyun 15:44

MEDİA
13 İyun 15:44

Dünya
13 İyun 15:36

Dünya
13 İyun 15:28

Dünya
13 İyun 15:28
