Bu dəfə Dohada...
30.06.2026 [09:16]
ABŞ ilə İran texniki görüşlərə başlayır
ABŞ ilə İran arasında 60 günlük atəşkəs razılaşması imzalansa da, ötən həftənin sonunda Yaxın Şərqdə yenidən silahlar hərəkətə gəlib. Qeyd edək ki, ABŞ İranın Hörmüz boğazından keçən bir tankerə dörd dron atdığını bəyan edərək yenidən İrana qarşı bir neçə hücum təşkil edib. Prezident Donald Tramp Tehranı atəşkəsi pozmaqda günahlandırıb. Amerika lideri “ABŞ tammiqyaslı hərbi əməliyyatlara başlasa, İranın mövcudluğuna son qoyula biləcəyini” irəli sürüb. “Artıq ağlabatan ola bilməyəcəyimiz və başladığımız işi hərbi yolla bitirməyə məcbur olacağımız bir nöqtə gələ bilər”, - deyə o, rəsmi Tehrana mesaj verib.
Bunun qarşılığında isə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ hücumlarına cavab olaraq Küveytdəki ABŞ-ın rəhbərlik etdiyi Əli əl-Salem hava bazasına və Bəhreynin Port Salman şəhərindəki Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasına hücum etdiyini bildirib.
İsveçrədən Qətərə...
Bununla belə yenidən atəşkəsin bərqərar olması istiqamətində addımlar atılmaqdadır. Belə ki, “Axios” ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir ki, ABŞ və İran hücumları dayandırmaq barədə razılığa gəliblər və Hörmüz boğazı ilə bağlı mübahisəni həll etmək üçün 30 iyun çərşənbə axşamı günü Qətərin paytaxtı Dohada görüşməyi planlaşdırırlar. Mənbə bildirib ki, “Bütün hərəkətləri dayandırmaq qərarına gəldik”.
Mənbənin sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı danışıqların əvvəlcə həmin gün İsveçrədə keçirilməsi planlaşdırılırdı, lakin gərginliyin artması səbəbindən yer dəyişdirilib və gündəm boğaz ətrafındakı vəziyyətin həllinə fokuslanıb. Nəşrin mənbələri bildirib ki, Amerika texniki qrupunun rəhbəri Nik Stüartın danışıqlarda iştirakı gözlənilir.
Amerika mediasının ABŞ administrasiyasının rəsmilərinə istinadən verdiyi məlumata görə, görüşdə gərginliyin azaldılması və gəmi təhlükəsizliyi ilə bağlı əvvəllər əldə edilmiş razılaşmanın qorunması nəzərdə tutulur.
Xatırladaq ki, 17 iyunda imzalanmış və münaqişəyə son qoymaq məqsədi daşıyan müvəqqəti “anlaşma memorandumu”na əsasən Tehran Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etməyi öhdəsinə götürüb və qarşılığında Vaşinqton İran limanlarının blokadasını ləğv etməyə razılaşıb.
Konqresdən 672 milyon dollar istənildi...
Vurğulandığı kimi, görüşdə Dövlət Departamentinin keçmiş lobbiçisi və ABŞ texniki qrupunun rəhbəri Nik Stüartın da iştirak edəcəyi gözlənilir. Daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts ABŞ-İran danışıqlarının texniki səviyyədə davam etdiyini bildirmişdi. O, tərəflərin beynəlxalq müfəttişlərə çıxış, uran zənginləşdirilməsinin azaldılması və “İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etmək” məqsədi daşıyan digər aspektlərin müzakirə mövzusu olduğunu söyləmişdi. Fox News-un Ağ Evdəki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası İranın nüvə silahı hazırlamaq və ya əldə etmək qabiliyyətini “tamamilə və təsdiqlənə bilən şəkildə aradan qaldırmaq” üçün tədbirlər üçün Konqresdən 672 milyon dollar istəyib. Maliyyələşdirmə uran heksaflüoridi, müxtəlif formalarda uran və tədqiqat reaktoru yanacağı da daxil olmaqla İran nüvə materiallarının çıxarılması və utilizasiyasını, eləcə də ABŞ-ın İrandakı yoxlamalarını, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) yoxlamalarına dəstək, nüvə qaçaqmalçılığı ilə mübarizə və Yaxın Şərqdə Nüvə Təcili Yardım Qrupu əməliyyatlarının genişləndirilməsini əhatə etmək üçün nəzərdə tutulub. Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vought-un Nümayəndələr Palatasının spikeri Mayk Consona ünvanladığı məktubda bildirilir ki, bu vəsaitlər ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) üçün nüvə silahının yayılmaması proqramları üçün tələb olunur. Maliyyələşdirmə İran nüvə proqramı ilə əlaqəli yayılmaya həssas materialların, texnologiyaların, avadanlıqların və infrastrukturun utilizasiyasını dəstəkləmək üçün nəzərdə tutulub. Ümumilikdə, administrasiya Konqresdən əlavə 87,6 milyard dollar maliyyələşdirmə istəyib. Məktubda qeyd olunub ki, sorğunun əksəriyyəti “Epik Qəzəb” əməliyyatı ilə bağlıdır. ABŞ Energetika Nazirliyindən nüvə və enerji təhlükəsizliyi, əsasən bu əməliyyatla bağlı NNSA fəaliyyətləri üçün ayrıca 768 milyon dollar tələb olunur.
Minaların təmizlənməsi aylar çəkəcək...
Bu arada media yazır ki, Hörmüz boğazından keçid hələ də təhlükəlidir. Boğazda dəniz nəqliyyatının müharibədən əvvəlki səviyyəyə qayıtması minaların təmizlənməsi zərurəti səbəbindən bir neçə ay çəkə bilər. Bu barədə “Financial Times” nəşrinin məlumatında qeyd olunub. Məlumata görə, Yaponiyanın “NYK Line” gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa nəşrə açıqlamasında bildirib ki, atəşkəsin qüvvədə olmasına baxmayaraq, bölgədə dəniz daşımalarının tam bərpası üçün uzun müddət tələb olunacaq.
Onun sözlərinə görə, hazırda gəmiçilik marşrutları ciddi şəkildə məhdudlaşıb və gəmilər yalnız İranın Larak adası yaxınlığından və Oman sahilləri boyunca hərəkət edə bilir. Bildirilir ki, Hörmüz boğazında 80-ə yaxın minanın qaldığı ehtimal olunur.
Şirkət rəhbəri əlavə edib ki, gəmilər boğaza sərbəst daxil olub-çıxa bilsələr belə, nəqliyyat həcmi bir müddət normal səviyyənin yarısından aşağı qalacaq.
İran öhdəliklərinə sadiq qalacaq...
İranın xarici işlər naziri Abbas Əraqçı isə bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində addımların atılmasının zəruriliyi haqda danışıb. O, Bağdadda keçirdiyi görüşlər zamanı bildirib ki, İran regionda təhlükəsizliyin təmin edilməsi məqsədilə Körfəz ölkələri ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan edib. Nazirin sözlərinə görə, Tehran xarici hərbi müdaxilədən uzaq, qarşılıqlı etimad və konsensus prinsiplərinə əsaslanan kollektiv təhlükəsizlik mexanizminin yaradılmasını dəstəkləyir. Əraqçi, həmçinin qeyd edib ki, İran Hörmüz boğazı ilə bağlı öhdəliklərinə sadiq qalacaq, Oman və digər region ölkələri ilə əməkdaşlığı və dialoqu davam etdirəcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

