Ermənistanda yeni hökumət formalaşdı...
05.08.2026 [10:40]
Paşinyanın komandasında dəyişiklik yoxdur - bu nəyin anonsudur?
Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü protokol qaydası üzrə Ermənistan hökumətinin istefa verdiyini açıqlayıb. O bildirib ki, Ermənistan Konstitusiyasının 158-ci maddəsinə uyğun olaraq, hökumət yeni parlamentin ilk iclas günündə istefa verir. “Mən prezidentə ünvanlanmış müvafiq bəyanatı imzaladım və ondan hökumətin istefasını qəbul etməsini xahiş etdim”, - deyə Paşinyan video müraciətində bildirib.
O qeyd edib ki, yeni hökumət formalaşana qədər icra orqanının üzvləri öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Paşinyan həmçinin bildirib ki, Konstitusiyanın 149-cu maddəsinə əsasən, prezident parlament çoxluğu tərəfindən irəli sürülən namizədi dərhal baş nazir təyin etməlidir. O bildirib ki, hakim partiya həmin gün öz namizədini təqdim edəcək və bundan sonra təyinat baş tutacaq. Xatırladaq ki, iyunun 7-də baş tutan parlament seçkisinin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası səslərin 49,7 faizdən çoxunu toplayıb. Bu, ona müstəqil şəkildə yeni hökumət qurmağa imkan verir. Rusiyalı erməni milyarder Samvel Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” partiyası təxminən 23,3 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə seçicilərdən 9,9 faizdən bir az artıq səs alıb.
Köhnə-yeni kabinet: cəmi 1 nazir təzədir...
Avqustun 3-də isə Ermənistan prezidenti Vaaqn Xaçaturyan 7 iyun parlament seçkiləri nəticəsində formalaşdırılan hökumətə baş nazirin müavinləri və nazirlər təyin edən fərmanlar imzalayıb. Məlumata görə, Tiqran Xaçatryan və Mqer Qriqoryan yenidən Ermənistanın baş nazirinin müavinləri təyin ediliblər. Arsen Torosyan öz vəzifəsində qalıb - o bundan sonra da əmək və sosial məsələlər naziri kimi funksiyasını davam etdirəcək. Anahit Avanesyan səhiyyə naziri, Srbuhi Qalyan ədliyyə naziri, Ararat Mirzoyan xarici işlər naziri, Janna Andreasyan təhsil, elm, mədəniyyət və idman naziri, Arpin Sarkisyan daxili işlər naziri, Hambardzum Matevosyan ətraf mühit naziri, Suren Papikyan müdafiə naziri və David Xudatyan ərazi idarəetməsi və infrastruktur naziri vəzifələrində təsdiq olunublar. Bundan başqa, Vahe Ovannisyan yenidən maliyyə naziri, Gevorq Papoyan isə iqtisadiyyat naziri vəzifələrinə təyin ediliblər. Davit Tadevosyan isə Yüksək Texnologiyalar Sənayesi naziri kimi fəaliyyət göstərəcək. Ermənistan prezidentinin fərmanı ilə Nikol Paşinyan yenidən baş nazir təyin edilib.
Mirzoyan və Qriqoryan qaldı - regional danışıqlar davam edəcək
Siyasi ekspertlərin fikrincə, baş nazir Nikol Paşinyanın rəhbərlik edəcəyi yeni-köhnə kabinet əvvəlki siyasi xəttini davam etdirəcək. Ermənistan mətbuatının yazdığına görə, əksər əsas nazirlərin vəzifələrində saxlanılması bunu təsdiqləyir. Kabinetin yeganə yeni üzvü Yüksək Texnologiyalar Sənayesi naziri təyin olunmuş Davit Tadevosyandır. Bu siyasətçinin isə xarici siyasət kursuna aidiyyatı yoxdur.
Ararat Mirzoyanın və Mqer Qriqoryanın öz vəzifəsində saxlanılması isə Ermənistanın regional siyasətində dəyişikliyin baş verməməsinə işarədir. Belə ki, həm Mizoyan, həm də Qriqoryan bölgədə dövlətlərarası münasibətlərin tənzimlənməsi üçün irəliləyən prosesdə əsas simalar sayılırlar. Mirzoyan ümumilikdə Ermənistanın xarici siyasətinə cavabdehlik daşıyırsa da, Qriqoryan əsasən Azərbaycan ilə müvafiq delimitasiya və demarkasiya işlərini həyata keçirən komissiyaya rəhbərlik edir. Bu təyinatlar onu göstərir ki, Ermənistan hakimiyyəti prosesi davam etdirmək iradəsindən geri çəkilməyib.
Qalyan postunu qorudu - Konstitusiya dəyişikliyi prosesi sürətlənə bilər
Təyanatları təsdiqlənən simalar arasında ən çox diqqət çəkən nazirlərdən biri isə ədliyyə naziri Srbuhi Qalyandır. 2024-cü ildə ədliyyə naziri təyin olunan Qalyan Ermənistanın hökumət kabinetində ən gənc kadrlardan sayılır. O daha çox auditoriyaya Ermənistanın yeni Konstitusiyasının işlənməsi məsələsi ilə tanışdır. Belə ki, Ermənistan ilə Azərbaycan arasında 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişi layihəsinin paraflanmasının ardından Ermənistanın əsas qanunlar toplusunda yer alan bəzi nüansların dəyişilməsi zərurəti meydana gəlmişdi. Azərbaycan tərəfi Konstitusiyanın preambulasında yer alan ərazi iddialarının sülh prosesinə kölgə saldığını bildirmişdi və bu kimi maddələrin Konstitusiyadan çıxarılması zərurətini irəli sürmüşdü. Bakı bu addımları sülh prosesinin əsas məqamlarından biri kimi ortaya qoymuşdu.
Ermənistan tərəfi isə Azərbaycanın bu haqlı mövqeyinin səslənməsinin ardından Konstitusiyanın dəyişdirilməsi və ya yenilənməsi istiqamətində müəyyən addımldar atır. Prosesə isə məhz Qalyan rəhbərlik edir. Bu ilin mayında ədliyyə naziri Srbuhi Qalyan Ədliyyə naziri yanında İctimai Şuranın ilk iclasında bildirmişdi ki, Ermənistanın yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır və hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin və eyni adlı parlament fraksiyasının iclasında müzakirəyə çıxarılması planlaşdırılır. Nazir qeyd etmişdi mətnin dərc olunma tarixi barədə məlumatı yoxdur. “Konstitusiya İslahatları Şurası çox fəal işləyir. Biz hər həftə iclaslar keçiririk. Və söz verdiyim kimi, mətn hazırdır. Lakin hələlik onun dərc olunması ilə bağlı heç bir xəbərim yoxdur, çünki mətni Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti və parlament fraksiyası ilə də müzakirə etmək qərara alınıb. Bundan sonra onun dərc olunması ilə bağlı qərar veriləcək”, - nazir bildirib.
Artıq parlamentin yeni tərkibdə ilk iclasının baş tutduğunu nəzərə alsaq, prosesin yaxın zamanda yenidən aktivləşməsinin şahidi ola bilərik. Qalyanın öz postunda saxlanılması isə köhnə-yeni hakimiyyətin, dolayısı ilə baş nazir Paşinyanın bu məsələyə razılığının işarəsi sayılır.
Rusiya-Ermənsitan münasibətləri dəyişəcəkmi?
Ermənistanda yeni hökumətin formalaşdırılması ölkənin xarici siyasətində ciddi dəyişiklik gözlənilmədiyini göstərir. Xüsusilə iqtisadiyyat, müdafiə və xarici işlər nazirlərinin vəzifələrini qoruması baş nazir Nikol Paşinyanın son illərdə müəyyənləşdirdiyi siyasi xəttə sadiq qaldığını nümayiş etdirir. Bu seçim təsadüfi deyil. Məhz həmin qurumlar Ermənistanın təhlükəsizlik, iqtisadi inteqrasiya və beynəlxalq tərəfdaşlıq siyasətini müəyyənləşdirən əsas institutlardır.
Sirr deyil ki, son illərdə İrəvanın Qərblə münasibətləri nəzərəçarpacaq dərəcədə genişlənib, Avropa İttifaqı və ABŞ-la daha isti təmaslar nəzərə çarpır. Bunun fonunda Rusiya ilə münasibətlərdə yaranan fikir ayrılıqları, KTMT çərçivəsində qarşılıqlı ittihamlar və təhlükəsizlik sahəsində yaşanan narazılıqlar daha da dərinləşib - Rusiya prezidenrti Putin ilə Paşinyan arasındakı son telefon danışığı da bu faktı təsdiqləyir. Məhz bu telefon zənginin ardından Paşinyanın yeni hökumətdə fundamental dəyişikliklər etməməsi göstərir ki, təzyiqlər hakimiyyəti seçdiyi kursdan çəkindirə bilməyib. Bununla belə, Rusiyanın regiondakı təsiri və Ermənistanın iqtisadi, enerji və logistika baxımından Moskvadan asılılığı İrəvanın tamamilə fərqli geosiyasi xətt seçməsini çətinləşdirir. Bu səbəbdən yeni kabinet dövründə də Ermənistan-Rusiya münasibətlərində ziddiyyətlər, qarşılıqlı etimadsızlıq və siyasi dilemmaların davam edəcəyi gözlənilir. Yəni hökumət dəyişsə də, Paşinyanın müəyyən etdiyi strateji kursun əsas konturları dəyişməz qalır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49

