Tərtər niyə hədəf seçildi?
08.02.2022 [10:26]
Sülh gündəliyinin müzakirə olunduğu vaxt təxribatların törədilməsi hansı qüvvənin marağındadır?
Nardar BAYRAMLI
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-sı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. “Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur. Mövqelərimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib. Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib”,-deyə məlumatda qeyd edilib. Hadisə ilə bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Qarabağdakı separatçıların atəşkəsi pozması hansı məqsədi daşıya bilər? Fevralın 4-də Fransanın Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın videoformatda görüş keçirdiyini nəzərə alsaq, atəşkəsin pozulması təsadüfi sayılmamalıdır. Bölgədə sülhün təmin olunmasına xidmət edən belə irəliləyişlərə mane olmaq kimin maraqlarına xidmət edir?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövlətinin regionda davamlı sülhün təmin edilməsi üçün açıq və vahid siyasi xətti var. Onun sözlərinə görə, müharibənin bitməsindən sonra həm Rusiyanın, həm də Avropa İttifaqının nümayəndələri ilə keçirilən, demək olar ki, bütün görüşlər Azərbaycanın müəyyən etdiyi siyasi xətt üzrə aparılıb və bu, qəbul edilən bəyanat və razılaşmalarda öz əksini tapıb: “Fevralın 4-də keçirilən görüş zamanı da Azərbaycan Prezidentinin “Biz artıq gələcəyə baxırıq, müharibə bitib, status məsələsi gorbagor olub, Minsk qrupu pensiyaya göndərilib” tezisinin həm Ermənistan, həm beynəlxalq təşkilatlar, həm də Fransa tərəfindən qəbul edildiyinin bir daha şahidi olduq. Dövlətimiz tərəfindən bu istiqamətdə aparılan siyasət nəticəsində Azərbaycanla Ermənistan arasında sülh razılaşması, Zəngəzur dəhlizi, region və maraqlı ölkələrin birgə iştirakı ilə qurulacaq beynəlxalq əməkdaşlıq müzakirə gündəliyində yer aldı. Azərbaycanın sülhün təmin edilməsi, regionun potensialından istifadə olunaraq uzunmüddətli iqtisadi əməkdaşlığın qurulması istiqamətində təklif etdiyi və üzərində israrla dayandığı məqsədlər region ölkələri ilə yanaşı, Avropa İttifaqının üzvləri üçün də faydalıdır”.
Millət vəkili qeyd edib ki, bu görüşün keçirilməsi regionda maraqlı olan bəzi gücləri narahat edib: “Bu səbəbdən də, ola bilər ki, Qarabağdakı separatçılar həmin qüvvələrin tapşırığı ilə atəşkəsi pozub. Çünki separatçılar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücünə bələd oldular, onlar qəhrəman əsgərlərimizin qarşısından qaçdılar. Belə olan halda, separatçılar özbaşına ordumuzun mövqelərinə atəş açmağa cəsarət edə bilməzlər”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirib ki, Tərtər istiqamətində atəşkəsin pozulması bir daha göstərir ki, separatçı rejimin tör-töküntüləri hələ də təxribatları davam etdirməkdə maraqlıdırlar: “Burada məsələyə iki baxış ola bilər. Birincisi, erməni separatçılarının bu cür davranışları onların sülh istəmədiyini, birgəyaşayış qaydalarına gələcəkdə belə əməl etməyəcəyini sübut edir. İkincisi, sülhməramlıların məsuliyyətsizliyi, bu cür məsələlərə ciddi yanaşmaması problemlərə gətirir. Sülhməramlılar 10 noyabr sazişinin bəndlərinə uyğun olaraq, Qarabağa yerləşdiyi andan erməni separatçıları oradan çıxarılmalı, atəşkəs bərqərar olmalı, silahlı heç bir dəstənin fəaliyyətinə imkan verilməməli idi. Lakin biz görürük ki, nəinki erməni separatçılar oranı tərk etmədilər, əksinə, 2020-ci il noyabrın 26-dan sonra Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində 60-dan çox terrorçu zərərsizləşdirildi. Özləri etiraf etdilər ki, atəşkəsdən 15-16 gün sonra Ermənistan tərəfindən bölgəyə göndərilib, təxribat törətmək tapşırılmışdı. Eyni zamanda Qarabağda olan erməni separatçıları gah səngərlər qazır, gah istehkamlarını möhkəmləndirir, gah da texnikalarını nümayiş etdirirlər”.
Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan tərəfi Rusiya sülhməramlılarına baş verən hadisələrlə bağlı kifayət qədər ciddi mövqeyini bildirir, tələblərini ortaya qoyur: “İndiki məqamda daha çox Rusiya sülhməramlılarından razılaşmaya uyğun nəzarət həyata keçirməyi tələb etməliyik. Bu cür qanunsuzluqlardan istifadə edərək, atəşkəs rejimini pozanların tutulub cəzalandırılmasını istəməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07

