Belarus cəbhəsi açılacaqmı?
23.12.2022 [10:51]
M.ABDULLAYEV
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi dünyada yeni düzən formalaşdırıb. Bu gün qlobal miqyasda qütbləşmə meyilləri daha qabarıq şəkildə hiss olunur. ABŞ başda olmaqla kollektiv Qərb Ukraynanı dəstəkləyən koalisiya formalaşdırıb. Buradan Rusiyaya qarşı geniş əhatə dairəsinə malik sanksiyalar tətbiq olunur. Artıq şimal qonşumuzun iqtisadi-maliyyə imkanlarının məhdudlaşdırılmasına hesablanan sanksiyaların doqquzuncu paketi də qüvvəyə minib.
Öz növbəsində Rusiya da malik olduğu təsir vasitələrindən istifadə etməklə Qərb koalisiyasını cəzalandırmağa çalışır. O cümlədən zəngin karbohidrogen resurslarına malik olan bu ölkə rəqiblərini enerji tədarükünü azaltmaqla imtahana çəkir.
Hərbi müttəfiqlik
Qərbin Rusiya planlarına Ukraynanın silah-sursat təminatının gücləndirilməsi də daxildir. Başlanğıcda bu, gizli şəkildə həyata keçirilirdisə, sonradan Ukraynaya silah tədarükü artdıqca cidanı çuvalda gizlətmək mümkün olmadı. Bu gün ABŞ-da və Avropa ölkələrində Ukraynaya müxtəlif növ silahların göndərilməsi açıq şəkildə müzakirə olunur və verilən qərarlar da mətbuatda yayımlanır.
Təbii ki, Rusiya da, necə deyərlər, gözləmə mövqeyində qalmır. Özü güclü silah istehsalçısı olan və böyük arsenal toplayan bu ölkə silahlı qüvvələrinin təchizatını həm də idxal hesabına həyata keçirməyə başlayıb. Məsələn, bu gün Rusiyanın silah-sursat təchizatında sıx əməkdaşlıq etdiyi ölkələrdən biri İrandır. Bu ölkənin “Rusiyaya silah satmırıq” açıqlamaları özünü doğrultmadı Ukrayna səmasında İrana məxsus pilotsuz uçuş aparatları vuruldu və yaxud hərbi qənimət kimi götürüldü. Təqdim olunan foto və video materiallar İrana təkzib üçün hər hansı bir şans yeri qoymadı. Ehtimal olunur ki, İran beynəlxalq təzyiqlərdən yayınmaq üçün Rusiyaya silahları üçüncü ölkə vasitəsi ilə çatdırır. Burada nəzərlər Ermənistana yönəlir. Çünki Ermənistanın həm İranla, həm də Rusiya ilə yaxşı münasibətləri var. Separat danışıqlarda da bu ölkə rəsmilərinin təcrübəsi böyükdür. Təbii ki, Ermənistan Rusiya ilə İran arasında silah sövdələşmələrində yer almaqla və öz vasitəçilik xidmətlərini təklif etməklə böyük həcmlərdə maliyyə vəsaiti qazanır. Bu vəsaitlər dalan ölkə olan, müharibədə bütün resurslarını itirən Ermənistan üçün hava və su kimi lazımdır.
Rusiya-Belarus ittifaqı
Getdikcə uzanan müharibənin fonunda Rusiya-Belarus müttəfiqliyi xüsusilə diqqət çəkir. Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko, “2021-2023-cü illərdə Belarusiya və Rusiya İttifaq Dövlətinin yaradılması haqqında Müqaviləsinin icrasının əsas istiqamətlərinə dair” sənədləri qarşılıqlı şəkildə imzalayıblar. Bu sənəd iki slavyan dövləti arasında müdafiə, xarici siyasət, energetika siyasəti, iqtisadiyyat da daxil olmaqla 28 sahə üzrə daha da sıx inteqrasiyanı nəzərdə tutur. Qeyd olunan istiqamətlər strateji önəmə malikdirlər. Sənədlərin icrası əslində müəyyən mənada iki dövlətin bir ittifaqda birləşməsini təmin edə bilər. Qeyd edək ki, Rusiya və Belarus arasında İttifaq Dövlətinin yaradılması barədə saziş 1999-cu il dekabrın 8-də imzalanıb. İki ölkə arasında həmçinin hərbi doktrina razılaşdırlıb.
Son günlərdə Qərbdən Rusiyaya qarşı hərbi təzyiqlərin artırılması ilə bağlı daha sərt çağırışlar eşidilməkdədir. Qərb rəsmiləri vurğulayırlar ki, müharibənin beynəlxalq normaların pozulması hesabına başa çatması əsla mümkün deyil. Ağ Ev administrasiyasından bildirilib ki, ABŞ müharibənin diplomatiya yolu ilə başa çatması imkanlarını görmür. Bütün bunlar müharibənin uzadılmasına, Ukraynaya hərbi dəstəyin daha da gücləndirilməsinə açıq çağırışdır.
Rusiya ona qarşı duran koalisiya cəbhəsinin genişlənməsi fonunda Belarusla hərbi doktrinanın açdığı imkanlardan daha geniş şəkildə bəhrələnilməsi zərurətinin yarandığı qənaətini ifadə edir. Dekabrın 19-da Belarusun paytaxtı Minsk şəhərində prezidentlər Vladimir Putin və Aleksandr Lukaşenko “baş-başa” görüş keçiriblər. İndiki gərgin vəziyyətdə V.Putinin Minskə səfərə getməsi müzakirə olunan məsələlərin son dərəcə ciddi olmasından xəbər verir. Bu, ortada təxirəsalınmaz müzakirəyə zərurət yarandığı anlamına gəlir. Rusiya və Belarus silahlı qüvvələrinin koordinasiyalı fəaliyyət göstərmələri heç kəsə sirr deyil. Belə görünür ki, ölkələr daha sıx hərbi əməkdaşlığa keçmək niyyətindədirlər. Artıq analitiklər Ukraynaya qarşı əməliyyatların coğrafiyasının genişlənməsinin, başqa sözlə desək, Belarus cəbhəsinin də açılmasının an məsələsi olduğunu bildirirlər.
Əslində, belə bir qənaət hadisələrin axarından yaranır. Uzun müddət idi ki, Belarusda Ukraynadan və yaxud Qərb koalisiyasından gözlənilən hərbi təhlükə barədə məqsədyönlü təbliğat aparılırdı. Bunun davamı olaraq ötən həftə Belarus prezidenti ölkənin ətrafında vəziyyətin kritik səviyyədə gərginləşdiyini bildirib. Belə təbliğat insanları psixoloji cəhətdən müharibəyə hazırlamaq məqsədi daşıyır. Bu günlərdə isə bəyan edilib ki, Belarusun silahlı qüvvələri döyüş hazırlığı proqramı çərçivəsində bütün tədbirləri yekunlaşdırır. Prezidentlərə hesabat verilib ki, ordu əməliyyatlara tam hazırdır. Əlavə edək ki, bundan əvvəl Belarusun ərazisində iki müttəfiq ölkənin hərbi qüvvələrinin birgə qruplaşmaları yerləşdirilib. Həm də V.Putin Belarusa səfər edən yeganə Rusiya rəsmisi deyil. Ölkənin müdafiə naziri Sergey Şoyqu da Minskə təşrif gətirib. Onun iştirakı ilə ön mövqelərdə yerləşdirilən birgə hərbi qruplaşmaların monitorinqləri aparılıb.
Belarusun Ukrayna ilə həmsərhəd olan regionlarına gediş-gəlişin məhdudlaşdırilması da Rusiya-Ukrayna müharibəsində yeni cəbhənin açılması ehtimallarını gücləndirir. Bununla bağlı qərarı Belarusun baş naziri Roman Qolovçenko imzalayıb. Qərara əsasən, məhdudiyyət?ər Qomel vilayətinin Loevsk, Braqinsk və Xoyniksk rayonlarına aiddir. Dekabrın 19-da imzalanan bu qərar artıq qüvvəyə minib.
Bütün bunlardan hasil olan qənaət odur ki, Rusiya-Ukrayna müharibəsində Belarus cəbhəsinin açılması ilə bağlı müzakirələr artıq yekunlaşıb və düymənin basılması gözlənilir. Yeni cəbhənin açılmasının müharibənin gedişinə necə təsir edəcəyini isə zaman göstərəcək.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
05 Fevral 22:33

Xəbər lenti
05 Fevral 21:57

Xəbər lenti
05 Fevral 18:00

Xəbər lenti
05 Fevral 17:37

Xəbər lenti
05 Fevral 14:28

Dünya
05 Fevral 13:49

Xəbər lenti
05 Fevral 13:09

Dünya
05 Fevral 13:00

Xəbər lenti
05 Fevral 12:53

Xəbər lenti
05 Fevral 12:16

Dünya
05 Fevral 11:38

Xəbər lenti
05 Fevral 11:00

Xəbər lenti
05 Fevral 10:43

Xəbər lenti
04 Fevral 17:55

Xəbər lenti
04 Fevral 16:07

Xəbər lenti
04 Fevral 16:04

Xəbər lenti
04 Fevral 15:05

Xəbər lenti
04 Fevral 15:02

Xəbər lenti
04 Fevral 14:59

Xəbər lenti
04 Fevral 13:34

Xəbər lenti
04 Fevral 12:36

Xəbər lenti
04 Fevral 12:34

Xəbər lenti
04 Fevral 11:52

Xəbər lenti
04 Fevral 11:30

Xəbər lenti
04 Fevral 11:15

MEDİA
04 Fevral 11:00

Sosial
04 Fevral 10:51

Xəbər lenti
04 Fevral 10:46

Sosial
04 Fevral 10:44

Analitik
04 Fevral 10:40

Siyasət
04 Fevral 10:34

Siyasət
04 Fevral 10:24

Gündəm
04 Fevral 10:21

Siyasət
04 Fevral 10:17

Siyasət
04 Fevral 10:14

Xəbər lenti
03 Fevral 21:22

Xəbər lenti
03 Fevral 19:40

Xəbər lenti
03 Fevral 18:08

Xəbər lenti
03 Fevral 17:34

Xəbər lenti
03 Fevral 17:00

Maraqlı
03 Fevral 16:44

Xəbər lenti
03 Fevral 16:18

Siyasət
03 Fevral 15:31

Dünya
03 Fevral 15:22

Xəbər lenti
03 Fevral 15:09

Xəbər lenti
03 Fevral 14:55

İqtisadiyyat
03 Fevral 14:53

Xəbər lenti
03 Fevral 14:20

Maraqlı
03 Fevral 14:19

Xəbər lenti
03 Fevral 13:18

Xəbər lenti
03 Fevral 13:16

Xəbər lenti
03 Fevral 13:10

Xəbər lenti
03 Fevral 13:07

Xəbər lenti
03 Fevral 12:48

Xəbər lenti
03 Fevral 12:39

Xəbər lenti
03 Fevral 12:35

İqtisadiyyat
03 Fevral 12:04

Xəbər lenti
03 Fevral 12:03

Xəbər lenti
03 Fevral 12:01

Xəbər lenti
03 Fevral 12:00

Xəbər lenti
03 Fevral 11:57

Xəbər lenti
03 Fevral 11:50

Xəbər lenti
03 Fevral 11:47

İqtisadiyyat
03 Fevral 11:16

Xəbər lenti
03 Fevral 11:14

Xəbər lenti
03 Fevral 11:03

Xəbər lenti
03 Fevral 11:02

Sosial
03 Fevral 11:00

Xəbər lenti
03 Fevral 10:58

Ədəbiyyat
03 Fevral 10:56
