Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ən çətin dillərdən biri...

Ən çətin dillərdən biri...

20.04.2024 [11:40]

Beynəlxalq Çin Dili Günüdür

Yeganə BAYRAMOVA

Dünyada kifayət qədər qədim tarixə malik dillər var. Ən qədim dillərindən biri olmaqla yanaşı, iqtisadi və mədəni təsirinə görə dünyanın ən təsiredici dillərindən biri kimi ilk ağla gələn məhz Çin dilidir. Bəzi mütəxəssislərin fikrincə, hətta uşaqların kiçik yaşda Çin dilini öyrənməsi sadəcə bir dil bacarığı olmaqla yanaşı, zehni, sosial və emosional bacarıqların inkişafına da mühüm təsir göstərir. Dünya əhalisinin təxminən beşdə biri Çin dilində danışır. Ancaq bu dili öyrənmək o qədər də asan deyil. Ona görə də yazısı və hərfləri çox fərqli olan Çin dili dünyanın ən çətin dili kimi məşhurdur.

Çin dilini öyrənmək niyə vacibdir?

Çin dünya iqtisadiyyatı üçün mühüm mərkəzdir. Təsadüfi deyil ki, Çin şirkətləri və çindilli toplumlar dünyada fəal rol oynayırlar. Bu vəziyyət Çin dilini öyrənməyin zəruriliyini bir daha ortaya qoyur. 

Yeri gəlmişkən, aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür. Bu gün BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilib. Məqsəd çoxdilliliyi və mədəni müxtəlifliyi qeyd etmək və BMT-də altı rəsmi dildən bərabər istifadəni təşviq etməkdir. Bu əlamətdar gün insanların Çin mədəniyyətini anlamaq üçün bir pəncərəyə çevrilib. Hər il Çin Dili Günü ərəfəsində BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında incəsənət sərgiləri, Çini öyrənmə forumları, xüsusi mühazirələr, moda və ənənəvi opera sərgiləri və s. əhatə edən bir sıra rəngarəng tədbirlər təşkil olunur. Bundan əlavə, BMT-nin müxtəlif ölkələrdəki ofisləri və agentlikləri də Çin dilinin və Çin mədəniyyətinin cazibəsini vurğulamaq üçün sərgilər, mühazirələr və maraqlı viktorinalar keçirirlər.

Çin heroqlifləri: Əlifba, yoxsa şəkil?

Çin mədəniyyətinin ayrılmaz bir hissəsini heroqliflər təşkil edir. Bir çoxumuz Çin heroqliflərinin mövcudluğundan xəbərdarıq, amma reallıqda onların məğzini dərindən bilmirik. Bəziləri düşünür ki, onlar şəkillərə bənzəyir, bəzilərinə görə isə heroqliflər “Çin əlifbası”dır. Bəs onları necə qəbul etməliyik?

İlk öncə qeyd etmək lazımdır ki, heroqliflər nə az, nə çox 5 min il tarixə malikdir, sayı on minlərlədir və hələ də artmaqda davam edir. Bəşər cəmiyyəti və yazının inkişafına paralel olaraq heroqliflərin yazı qaydası da müxtəlif dəyişikliyə uğrayıb.

Hazırda Çin dilində istifadə olunan hero?liflərin yazılışını iki qrupa bölmək olar: 1. Ənənəvi, hansı ki mürəkkəbdir və daha uzun tarixə malikdir; 2. Sadələşdirilmiş- Çin dilini öyrənmək prosesini asanlaşdırmaq məqsədilə ənənəvi heroqliflərin daha sadə forması. Hazırda Honq Konq və Tayvan kimi istisnalar olmaqla, Çinin əksər əyalətlərində sadələşmiş heroqliflərdən istifadə edilir.

Çin dilini öyrənmək istəyirsinizsə...

Çin heroqlifləri qədimdə daş üzərində həkk olunmuş insan rəs?lərindən götürülüb. Əslində müxtəlif yollarla heroqliflərin yazılış qaydasını yadda saxlamaq asandır, amma bu qayda həmişə sadə olmur. Bəzi heroqliflərin yazılışını yadda saxlamaq bilik və əzbərləmə tələb edir.

Bunu da bilmək lazımdır ki, bir söz bir və ya bir neçə heroqlifdən ibarət ola bilər. Çin dilini öyrənməyi çətinləşdirən və danışıqda çox önəmli sayılan spesifik tonlar da öyrənənlər üçün bir növ “baş ağrısı”dır. Ümumilikdə, 4 ton və neytral ton var. Lakin Çin dilini qeyri-adi edən digər bir cəhət odur ki, öyrə?dikcə heroqlifləri yadda saxlamaq asanlaşır, çünki müəyyən qədər təcrübə yığılmış olur.

Pinyin...

Pinyin Çin dili üçün Romanizasiya sistemidir. Sadə sözlə desək, bu, latın hərfləri ilə Çin hecalarının yazılması sistemidir. Çünki ?in dilində heroqlif hecadır, sonra pinyin köməyi ilə istənilən Çin sözü latın hərfləri ilə yazıla bilər. Pinyin Çin əlifbası ola bilməz. Avropa əlifbalarında olduğu kimi, pinyində də dəqiq sayda element var, onların hər biri ayrıca semantik məna daşımır və sözlərin tərkibinə daxildir. Ancaq pinyin yalnız Çin hecalarını latın hərfləri ilə yazmağın bir yoludur. Bundan başqa, pinyin əlifba kimi hərflərdən deyil, bütün hecalardan ibarətdir. Bir sözlə, binyin köməkçi alətdir və ona görə icad edilib ki, heroqlifi necə tələffüz etməyi bilməyən, lakin latın əlifbasını bilən şəxs bu heroqlifi tələffüz edə bilsin. 

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30