Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir

Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir

20.04.2024 [16:20]

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinın (XİN) məlumatında bildirilib.

Qeyd olunub ki, rəsmi Ankara razılaşmanın nəticələrini, o cümlədən dörd kəndin Azərbaycana qaytarılmasını müsbət qiymətləndirir.

Həmçinin vurğulanıb ki, Türkiyə iki ölkə arasında müzakirələrin davam etdirilməsi ilə bağlı razılığı məmnunluqla qarşılayır.

Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30