Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İlqar Vəlizadə: Milli Məclis seçkiləri Azərbaycanın yaratdığı yeni siyasi reallıqları bir daha təsdiqləyir

İlqar Vəlizadə: Milli Məclis seçkiləri Azərbaycanın yaratdığı yeni siyasi reallıqları bir daha təsdiqləyir

12.08.2024 [10:03]

“Bu il Azərbaycanda artıq bir tarixi seçki baş tutub. Fevral ayında keçirilmiş prezident seçkiləri ilk dəfə idi ki, işğaldan azad olunmuş əraziləri də əhatə edirdi. Bu, sanki müsbət bir ənənə halına alır. Çünki hazırda Milli Məclisə seçkilərlə bağlı proses də eyni əhvalda başlayıb. Seçicilər Şuşada, Laçında və digər azad olunmuş ərazilərdə öz deputatlarını seçəcəklər”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, deputatlığa namizədlərin ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə səs toplamaq imkanı qazanmaları tarixi hadisə sayılmalıdır: “Hətta ola bilər ki, bələdiyyə seçkiləri ilə bağlı da oxşar hadisələr baş versin. Bütün bunlar ondan xəbər verir ki, müharibədən sonra ölkəmizdə yeni siyasi vəziyyət formalaşıb. Nəinki ölkəmizdə, ümumilikdə regionda yeni reallıqlar yaranıb. Azad olunmuş ərazilərdə seçkilərlə bağlı hazırki mühüm proseslərə nəinki mənəvi, siyasi-hüquqi aspektdə də baxmaq lazımdır. Bu, bütün ölkə ərazisində hakimiyyətin legitimliyini möhkəmləndirir. İndiki halda keçiriləcək Milli Məclis seçkilərinin əsas məqsədi yeni siyasi reallıqları təsdiqləmək, ölkəmizin, xalqımızın yeni siyasi mərhələyə keçidini təmin etməkdir”. 

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30