Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / MDB PA-nın beynəlxalq müşahidəçilər qrupu koordinatorunun iştirakı ilə mətbuata açıqlama verilib

MDB PA-nın beynəlxalq müşahidəçilər qrupu koordinatorunun iştirakı ilə mətbuata açıqlama verilib

01.09.2024 [10:36]

Sentyabrın 1-də saat 08:00-da Bakı şəhərindəki 1 saylı seçki məntəqəsinin açılması zamanı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatorunun iştirakı ilə mətbuata açıqlama verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədə digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Məntəqə lazımi əyani vəsaitlərlə təmin olunub, burada səs verən seçicilərin siyahısı tərtib edilib. 18 yaşına çatmış və səsvermə hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.

Seçicilərin öz iradələrini azad və müstəqil ifadə etmələri üçün lazımi şərait yaradılıb.

MDB PA-nın monitorinq qrupunun koordinatoru, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və MDB PA Şurasının baş katibi Dmitri Kobitski Abbasqulu Ağa Bakıxanov prospekti 3 ünvanındakı Paşa Nəzərov adına orta məktəbdə yerləşən 17 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsində müşahidəyə başlayıblar.

Məntəqənin açılmasından sonra onların iştirakı ilə mətbuata yanaşma təşkil olunub.

Bu gün Bakıdakı 1 saylı seçki məntəqəsindən bir seçicinin 18 yaşı tamam olur və bununla əlaqədar MSK onun üçün xatirə hədiyyəsi hazırlayıb.

Səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31