Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / XİN rəhbəri: Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb

XİN rəhbəri: Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb

02.09.2024 [13:20]

“Ermənistan Konstitusiyasında, eyni zamanda, bir sıra normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.

APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.

Nazir bildirib ki, bu, sülh prosesinə ən ciddi təhdiddir: “Eyni zamanda, Ermənistanın çox instensiv silahlandırılmasını mən qeyd etdim. Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu proses bölgədə sülh, sabitliyin yaradılmasına əngəl olur. Ermənistanın bu sahədə apardığı yanlış siyasət və bəzi ölkələrin də Ermənistana qızışdırıcı dəstək verməsi bölgədə təhlükə olaraq qalmaqdadır. Təbii ki, bütün bu proseslərə ölkəmiz tərəfindən nəzarət edilir, müşahidələr aparılır. Ermənistan səmimi şəkildə sülh prosesində maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir. Və biz burada ciddi dəyişikliklər gözləyirik”.

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31