Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Pakistan yeni iqtisadi hədəfləri müəyyənləşdirir

Azərbaycan və Pakistan yeni iqtisadi hədəfləri müəyyənləşdirir

04.09.2024 [10:20]

Bakıda keçiriləcək biznes forumda imkanlar daha geniş formatda dəyərləndiriləcək.

Sentyabrın 16-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək. Bununla bağlı hər iki ölkənin müvafiq qurumları razılıq əldə edib. Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun bu ölkənin özəlləşdirmə üzrə federal naziri, İnvestisiya Şurasının üzvü Əbdül Alim Xanla görüşündə ikitərəfli əməkdaşlığın artırılması müzakirə olunub və tərəflər iqtisadi imkanları daha geniş formatda dəyərləndirmək üçün Bakıda biznes forumun keçirilməsini qərara alıblar. Biznes forum Pakistan və Azərbaycan arasında işgüzar fəallığın inkişafına kömək etmək məqsədi daşıyır. Tədbirdə iki ölkənin dövlət və özəl sektorunu təmsil edən sahibkarlıq subyektlərinin iştirakı ilə müxtəlif sahələrə investisiya qoyuluşları, eləcə də birgə layihələrin təşviqi məsələləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, Azərbaycan və Pakistan arasında son illərdə dövlət başçıları, hökumət üzvləri, iqtisadi qurumları və biznes nümayəndələri arasında səfərlər və görüşlər intensiv xarakter alıb və qarşılıqlı səfərlər ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni imkanları təşviq etməkdədir. İyulun 11-də Prezident İlham Əliyevin Pakistana səfəri isə münasibətlərin yeni tarixi zirvəyə yüksəlməsində güclü bünövrə yaradıb. İki ölkə arasında dərin qarşılıqlı inam və etimadın, iradənin olması əlaqələri bütün sahələrdə irəliyə aparmağa stimul verir. 

Azərbaycan Prezidentinin səfəri zamanı öləkələr arasında əməkdaşlığın müasir formatı və geniş gündəliyi müəyyənləşib ki, bu da çoxşaxəli iqtisadi təmasların yeni ruhunu əks etdirir. Tərəflərin əsas hədəflərindən biri investisiya imkanlarının çoxvizyonlu qiymətləndirilməsi və zəruri hesab edilən sahələrə sərmayə qoyuluşlarını artırmaqdır. Pakistanın İnvestisiya Şurasının üzvü Əbdül Xan bildirib ki, hər iki ölkənin biznes icması üçün ərzaq təhlükəsizliyi, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı və digər sahələrə sərmayə qpyuluşları maraq kəsb edir. Həmçinin Azərbaycanın Pakistandakı enerji sektorunda potensial sərmayədar kimi çıxış etməsi istisna olunmur, bu ölkənin mayeləşdirilmiş təbii qaz, karbamid, elektrik enerjisi və digər sahələrinin müasirləşdirilməsinə dərin ehtiyac var ki, bu da Azərbaycan üçün strateji investisiya prioritetlərinə daxildir. 

Ticari əlaqələrdə yeni güzəşt rejimləri tətbiq oluna bilər

Hazırda Pakistan-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi o qədər də yüksək deyil, 2023-ci ildə mal mübadiləsi təxminən 30 milyon dollardır, bu, hər iki ölkənin potensialının çox kiçik bir hissəsidir, mövcud gücü isə ən azı 5-10 dəfə artırmaq mümükndür. Bu məqsədlə tərəflər azaf gömrük rejiminin yaradılması, idxal və ixracda qarşılıqlı güzəşt tariflərinin tətbiqi, ticarəti asanlaşdırılması üçün elektron resursların imkanlarından faydalanmağı məqsəduyğun hesab edir. Azərbaycan bu istiqamətdə ilk addımı atıb və Pakistandan ixrac olunan düyü məhsuluna görə, gömrük rüsumunu aradan götürüb. Qeyd edək ki, Azərbaycana 25 ölkədən düyü idxal edir ki, məhsulun təxminən 5 faizi  Pakistanın payına düşür. Gömrük tətilindən sonra 2024-cü ilin ilk birinci yarısında Pakistandan düyü idxalı 2,7 dəfə artıb. 

Qarşılıqlı ticarətdə bu tipli güzəşt siyasətinin genişləndirilməsi istisna deyil və tərəflər preferensial ticarət formatı üzrə əməkdaşlığın qurulmasında da eyni mövqe nümayiş etdirir. Pakistanın Ticarət Nazirliyi ilə Azərbaycanın müvafiq iqtisadi qurumları tranzit və güzəştli ticarət sazişi üzrə danışıqları davam etdirir. Yeni ticari təşəbbüslərə əsasən, hər iki ölkə arasında idxal strukturunun hərtərəfli təhlil edilməsi və müvafiq qərarlar verilməsi, dərman vasitələrinin və ağıllı mobil telefonların ixracının artırılması, digər ticari ideyalar üzərində nəticəəsaslı addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi güzəştli ticarətlə bağlı imzalanmış sənəd güzəştli ticarət formatına dair niyyətlərin başlanğıcıdır.

Bundan əlavə, investisiyaların cəlb edilməsi və ixracın artırılması üçün strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, sahibkarlar arasından birbaşa əməkdaşlığının gücləndirilməsi də qarşıya vəzifə kimi qoyulub. İlkin ssenariəyə əsasən, Azərbaycanın bu ölkəyə yatıracağı sərmayələrin ilkin həcmi təxminən 2 milyard dollar olacaq. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş” bu sahədə ticari və investisiya dinamikasının yeni mərhələyə yüksəlməsində əsas hüquqi sənədlərdən biri olacaq.

İslamabad Türk dövlətləri ailəsində  mövqeyini möhkəmləndirməyə çalışır

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Pakistanın Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında 2 ay əvəl imzalanmış dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu özəlləşdirmə prosesində hər iki ölkənin səhmdarlar qrupunun yer alması, özəl layihələrə cəlb edilməsi baxımından fürsətlər açır. Həmçinin ölkələr arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da mədənçıxarma sənayesində birgə səylərin əlaqələndirilməsini, qiymətli metalların istismarında yaxın iştirakını nəzərdə tutur.

Pakistanın özəlləşdirmə üzrə federal naziri regiondakı çoxtərəfli iqtisadi formatların mühüm əhəmiyyətinə də diqqət çəkərək Türkiyə, Azərbaycan və Pakistan birgə iqtisadi proqramlarının perspektivlərini də yüksək dəyərləndirib. Nazirin fikrincə, 3 qardaş ölkənin yeni iqtisadi həmrəylik platforması, ümumilikdə, bütün regionun inkişafında mühüm rol oynaya bilər. Bundan başqa, türkdilli dövlətlərin birgə proqramlarım İslamabad üçün də maraq doğurduğundan nəqliyyat-tranzit və enerji latyihələrində təmsil olunmağı qərarlaşdırıb. Pakistan  Orta Dəhlizin əsas coğrafi hüdudlarında yer alır və Mərkəzi Asiya-Xəzər-Avropa nəqliyyat-kommunikasiya coğrafiyalarında mövqeyini artırmaq istəyir. Bu baxımdan Türk Dövlətləri Təşkilatında (TDT) yer almaqla Pakistan geoiqtisadi həmrəyli ailəsində yerini möhkəmləndirmək istəyir. 


ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31