Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransanın təhsil işçiləri həmkarlar ittifaqları müəllimləri tətilə çağırıb

Fransanın təhsil işçiləri həmkarlar ittifaqları müəllimləri tətilə çağırıb

04.09.2024 [15:39]

Təhsil ocaqlarında ilk zəng çalınar-çalınmaz Fransada FSU-SNUipp, CGT təhsil və Cənub təhsil (FSU-SNUipp, CGT éducation, et Sud éducation) həmkarlar ittifaqları ölkədə tam siyasi qeyri-müəyyənlik fonunda müəllimləri sentyabrın 10-da tətil etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, rəsmi məlumatlara görə, Fransanın təhsil müəssislərində bu il 3185 yer vakant olaraq qalır. Kadr çatışmazlığını kompensasiya etmək üçün təhsil müəssisələri müqaviləli müəllimlərə müraciət etməli olacaqlar. Büdcənin kəsilməsi, qısamüddətli hədəfi olan siyasət, diqqətsizlik və maaşların aşağı olması kimi problemlər arasında müəllim heyəti getdikcə daha çox narahat olur. İstefa verən hökumətin gələcək baş nazirinin adı və digər nazir təyinatları ilə bağlı susqunluq ətrafdakı narahatlığı daha da artırır. FSU-SNUipp həmkarlar ittifaqının sözçüsü Gislen David tətilə çağırış edərək, tamamilə qeyri-müəyyən vəziyyətdə olduqlarını deyib. Bildirib ki, mövcud vəziyyəti müqaviləli işçilərə əsaslanan həll yolları ilə çözmək mümkün deyil. Giyan və Mayottdakı müəyyən təhsil ocaqlarında müəllimlərin 52 faizinin müqavilə əsasında işləməsi narahatedici vəziyyətdir. Versal və Kreteydəki təhsil ocaqlarında işçilərin 10 faizindən çoxunun müqavilə əsasında işləməsi peşənin cəlbedici olmadığını və iş şəraitinin pisləşdiyini əks etdirir.

Qeyd edilib ki, təhsil ocaqlarında vəzifələrin ləğvi, siniflərdə müəllim çatışmazlığını kompensasiya etmək üçün müqaviləli müəllimlərin işə götürülməsi bütün təhsil sistemini pozan domino effekti yaradır.

UNSA müəllimlər həmkarlar ittifaqının baş katibi Jil Lanqlua isə ixtisarlar və nazirlərin fasiləsiz dəyişməsi ilə yadda qalan ötən tədris ilindən sonra müəllim peşəsinin imicini yaxşılaşdırmaq üçün təcili tədbirlər görülməsinə ehtiyac olduğunu israrla bildirib.

Fransada müəllimlərin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCDE) digər üzv dövlətləri ilə müqayisədə 20 faiz az maaş aldığı vurğulanıb.

Həmçinin həmkarlar ittifaqları bildirirlər ki, dövlət borcu ilə bağlı aparılan qənaət siyasətinə görə təhsil ocaqlarının maliyyəsinin azaldılması onsuz da çətin olan vəziyyəti daha da kəskinləşdirəcək.

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31