Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paris Olimpiadasında gümüş medal qazanan taekvondoçu ilə görüş olub

Paris Olimpiadasında gümüş medal qazanan taekvondoçu ilə görüş olub

04.09.2024 [15:41]

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Qaşim Maqomedovla (58 kiloqram) görüşüb.

ATF-nin mətbuat xidmətindən Yeniazerbaycan.com-a verilən məlumata görə, federasiya rəhbəri Azərbaycanı Fransa paytaxtında uğurla təmsil etdiyi üçün taekvondoçunu təbrik edib və yeni uğurlar arzulayıb.

O, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə idmanın digər sahələri kimi, taekvondonun da geniş populyarlıq qazandığını vurğulayıb. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın uğur qazanan idmançıları xüsusi təbrik etməsi onları yüksək nəticələr göstərmələri üçün daha da həvəsləndirir.

K.Heydərov Qaşim Maqomedovun Olimpiadadakı çıxışını yüksək qiymətləndirərək, finaladək inamla irəlilədiyini, həlledici görüşdə zədəli halda belə, dayanqdan çəkilmədiyini, əzmkarlıq nümayiş etdirdiyini deyib. Kəmaləddin Heydərov finalda zədə problemi yaşanmayacağı halda taekvondoçunun Olimpiya çempionu olacağına da inam ifadə edib. Qaşim Maqomedovdan növbəti yarışlarda, xüsusilə 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarında uğur gözlədiyini bildirib.

Qaşim Maqomedov və məşqçilər korpusu göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, növbəti yarışlarda da Azərbaycan Bayrağını daim ucalarda dalğalandırmaq üçün bütün gücləri ilə çalışacaqlarını diqqətə çatdırıblar.

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31