Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Azəriqaz” bu rayonda mövcud qaz xətlərinin əsaslı təmirini aparır

“Azəriqaz” bu rayonda mövcud qaz xətlərinin əsaslı təmirini aparır

04.09.2024 [18:00]

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi paytaxtın Sabunçu rayonunda mövcud qaz xətlərinin əsaslı təmirini aparır.

Yeniazerbaycan.com “Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin Layihə Konstruktor Bürosu tərəfindən hazırlanan 29 sayda layihənin icrası qurumun Təmir-Tikinti İdarəsinə həvalə edilib.

Avqust ayından etibarən ümumi uzunluğu 22 465 metr nəzərdə tutulan qaz xəttinin yenidən qurulmasına başlanılıb ki, artıq 10 000 metrdən çox hissəsində işlər yekunlaşıb. Təqdim olunan 29 layihədən 10-da işlər artıq tam yekunlaşıb, 17 layihə üzrə işlər davam edir, 2 obyekt üzrə isə işlərə yaxın günlərdə start veriləcək.

“Azəriqaz” bildirir ki, sentyabr ayının sonuna qədər qaz xəttinin çəkilişinin tam yekunlaşaraq istismara təhvil verilməsi nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Zaman yetişib...

10 Dekabr 09:30  

İqtisadiyyat

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31