Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

04.09.2024 [19:00]

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin sentyabr ayına olan reytinq cədvəlini açıqlayıb.

Qurumdan Yeniazerbaycan.com-a verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (590 xal) birinci pillədəki yerini qoruyub.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci olub. Paris-2024-də qızıl medal qazanan cüdoçu Zelim Kotsoyev (470 xal) isə üçüncü pilləyə yüksəlib.

İdman gimnastı Nikita Simonov (400 xal) dördüncü, cüdoçu Elcan Hacıyev (320 xal) beşinci, atlet Anna Skidan (315 xal) altıncı, digər cüdoçulardan Balabəy Ağayev (310) yeddinci, Yaşar Nəcəfov (300 xal) səkkizinci, Leyla Əliyeva (290 xal) doqquzuncu, Zelim Tçkayev (280 xal) isə onuncudur.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31