Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ələt-Astara-İran avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Ələt-Astara-İran avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

05.09.2024 [14:15]

Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması planlaşdırılır.

Yeniazerbaycan.com xəbər verir ki, M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlı ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 06 sentyabr 2024-cü il tarixdən başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

24 ildən sonra...

10 Dekabr 08:59  

Ədəbiyyat

İdman

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31