Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türk dövlətlərinin ortaq brendləri yaradılacaq

Türk dövlətlərinin ortaq brendləri yaradılacaq

05.09.2024 [14:30]

Bu il noyabrın 7-9-da İstanbulda keçiriləcək Türk Ticarət Sərgisində türk dövlətlərinin ortaq brendləri yaradılacaq.

"Report" xəbər verir ki, bunu sərginin təqdimat konfransında təşkilatçı qurumun - Türk Dövlətləri Ticarət Yatırım İş Birliyinin nümayəndəsi Aygün Əliyeva bildirib.

"Bu sərgi hər il keçirilir. Əsas məqsəd türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, iş adamları arasında əməkdaşlığın genişləndirilməsidir. Sərgidə 20-dən çox sahədə məhsul və yeni texnologiyalar nümayiş etdiriləcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, sahibkarların problemləri, onların həlli üçün təklifləri və digər aktual məsələlər müzakirə olunacaq. Azərbaycanla türk dövlətləri arasında ticarət əlaqələrinin artmasına töhfə verməliyik. 178 milyon əhalisi və 1,9 trilyon ABŞ dolları dəyərində iqtisadi gücü (ümumi daxili məhsul) olan türk dövlətləri zəngin təbii sərvətləri və Orta Dəhliz adlanan strateji ticarət yolu üzərində yerləşməsi ilə böyük imkanlar təqdim edir. Özəl sektor nümayəndələri prosesdən kənarda qalmamalı və qarşılıqlı investisiyaları, əməkdaşlığı genişləndirməlidir",- deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Sülhə nə qaldı?

07 Dekabr 10:37

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31