Yox olan televiziyalar...
06.09.2024 [07:04]
Hərdən nənələrimizin, babalarımızın televizorla ilk tanış olduqları anları, valideynlərimizin cəmi bir televiziya kanalı varkən onu izləmək üçün keçirdikləri həyəcanı dinləyəndə qəribə hisslər yaşayıram. Zamanında insanlar televizoru bu qədər önəmsəmişkən, bizim nəsillərin televizora qarşı laqeydliyimiz incidir, nə gizlədim. Yox, bu, təkcə sürətlə inkişaf edən, dəyişən zamandan, bütün dünyanı ovcumuza sığdıran telefonun və internetin icadından asılı deyil. Buna səbəb həm də hər şey bu qədər inkişaf edərkən yerli televiziya kanallarımızın gün keçdikcə bəsitləşməsi, hətta iflasıdır. İldə neçə dəfə neçə internet kanalları, qəzet və saytlar yerli əhali arasında sorğu keçirir: “televizora baxırsınızmı, hansı yerli kanalları bəyənirsiniz?” Cavab nə olur? Birmənalı şəkildə, 70-80 faiz insan- xüsusən, gənclər televiziya kanallarını izləmirlər. Dərindən düşünəndə izləməyə nə var ki?
Xatırlayıram, 15-20 il öncə yerli kanallarımız bir-birindən maraqlı intellektual verilişlər, səviyyəli müzakirələr hazırlayır, demək olar ki, hər təbəqəyə, hər yaşa xitab edən proqramlarla tamaşaçı qarşısına çıxardılar. Hər axşam yayımlanan intellektual verilişləri necə həvəslə, həsədlə gözlədiyimiz indiki kimi yadımdadır. Lazımlı informasiya ilə bol verilişlər, şou-proqramların zövqlə hazırlanması, dəvət olunan sənətçilərin ürəyəyatımlı ifası, çəkişmələrin də bəlli səviyyələrdə aparılması indidən dönüb baxanda necə də əlçatmaz və çox uzaq keçmiş kimi gəlir. Halbuki, indi elm, texnika dəfələrlə çox inkişaf edib, bütün kanallar ən müasir təchizata malikdir. Bəs, onda indi insanları televizordan uzaq salan nədir?
Əlbəttə ki, səviyyə, daha doğrusu, səviyyəsizlik. Nə yazıq ki, indi kanallarımız reytinq xətrinə, bir-birinin bəhsinə ən səviyyəsiz, ən mənasız insanlar, mövzular və verilişlərlə zəbt edilib. Səsi, musiqidən anlayışı olmayan müğənnilər, danışığını bilməyən aparıcılar, ucuz şoular, biyabırçı zarafatlar günümüz ekranlarını işğal edib. Bu gün televiziya özünün öyrədicilik, düşündürücülük funksiyasını tamamilə unudub, yalnız əyləncəyə köklənib ki, onu da ən bəsit, ən iyrənc şəkildə təqdim etməkdən sanki zövq alırlar.
Qısa ömründə neçə dəfə nikah masasına oturduğunu unudanlar, kimsəyə örnək ola bilməyəcək qədər rəzil həyat yaşayanlar verilişlərdə ekspert olub, insanlara məsləhətlər verir, özlüyündə səhvi düzdən ayırır, yol göstərir. İnsanların yataq otağı, məhrəmi gündəm mövzusuna çevrilib, hər kəs bir-birini intim həyatından vurmağa çalışır. “Dörd divar” deyilən anlayışın yerini mavi ekran tutub. İndi heç dörd divar arasında belə danışılmayacaq qədər məhrəm olan mövzular çox rahatlıqla mavi ekranlarda müzakirə edilir, müasirlik, demokratiya adı ilə insanlara sırınır.
Azərbaycan estradasını, musiqisini öldürüb “halvasını yeyənlər” göstərəcək sənətləri olmadığından bədənlərinin şəkilləri, dırnaqlarının uzunluğu, estetik əməliyyatlarının sayı ilə öyünürlər. Kanallarımız da onlara böyük məmnuniyyətlə zaman ayırır, cəmiyyətdə məşhurlaşmaqları üçün hər cür imkanı yaradırlar. Səbəb nədir? Səbəb kanal rəhbərlərinin ekrana çıxardıqları hər bu cür “sənətçilərdən”, “eskpertlərdən” aldığı külli miqdarda pullar. Yəni hər yerdə olduğu kimi maddiyat...
Bunca xaosun, özbaşınalığın içərisində yenə də öz səviyyəsini qoruyan, cəmiyyətə və mədəniyyətimizə xidmət edən Azərbaycan Dövlət Televiziyası və “Mədəniyyət” kanalı var ki, nə yazıq, o da reytinqdə digərlərinə uduzur.
Bəs bunu edən, onlara reytinqi qazandıran kimlərdir? Xalq? Əsla! Azərbaycan xalqı bu səviyyəsizliyə, bəsitliyə yiyə duracaq intellektə, dəyərdə deyil. Çünki bizim köklü milli-mənəvi dəyərlərimiz və bu dəyərlərə bağlılığımız var. Bu reytinqi qazandıran müəyyən kütlədir ki, bütün bu çirkinliklər də məhz onun üçün hesablanıb. O kütlə ki, ona ağ versən ağı, qara versən qaranı qəbul edəcək. Axı niyə israrla qaranı verirlər?!
Şahanə Müşfiq
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Dekabr 09:45
Siyasət
10 Dekabr 09:37
Siyasət
10 Dekabr 09:30
İqtisadiyyat
10 Dekabr 09:26
İqtisadiyyat
10 Dekabr 09:19
İqtisadiyyat
10 Dekabr 09:15
MEDİA
10 Dekabr 09:12
Dünya
10 Dekabr 08:59
Analitik
10 Dekabr 08:57
Analitik
10 Dekabr 08:54
Analitik
10 Dekabr 08:51
Analitik
10 Dekabr 08:48
Ədəbiyyat
10 Dekabr 08:44
Dünya
10 Dekabr 08:42
Siyasət
10 Dekabr 08:36
İdman
10 Dekabr 08:33
Xəbər lenti
09 Dekabr 23:47
Ədəbiyyat
09 Dekabr 23:29
Mədəniyyət
09 Dekabr 23:11
Elm
09 Dekabr 22:58
İdman
09 Dekabr 22:37
Dünya
09 Dekabr 22:15
Mədəniyyət
09 Dekabr 21:54
Dünya
09 Dekabr 21:37
Dünya
09 Dekabr 21:34
Hadisə
09 Dekabr 21:12
Siyasət
09 Dekabr 20:51
Sosial
09 Dekabr 20:34
Siyasət
09 Dekabr 20:18
Dünya
09 Dekabr 19:56
Mədəniyyət
09 Dekabr 19:33
Sosial
09 Dekabr 19:12
MEDİA
09 Dekabr 18:54
Siyasət
09 Dekabr 18:51
Xəbər lenti
09 Dekabr 18:49
Siyasət
09 Dekabr 18:30
Sosial
09 Dekabr 18:26
Siyasət
09 Dekabr 18:20
Dünya
09 Dekabr 17:29
İdman
09 Dekabr 17:27
Dünya
09 Dekabr 17:27
İqtisadiyyat
09 Dekabr 17:26
Elm
09 Dekabr 17:19
İdman
09 Dekabr 17:16
Siyasət
09 Dekabr 16:52
Elm
09 Dekabr 16:41
Sosial
09 Dekabr 16:24
Siyasət
09 Dekabr 16:20
Siyasət
09 Dekabr 16:18
Dünya
09 Dekabr 15:42
Dünya
09 Dekabr 15:33
Dünya
09 Dekabr 15:29
Siyasət
09 Dekabr 14:52
Xəbər lenti
09 Dekabr 14:38
Sosial
09 Dekabr 14:00
İqtisadiyyat
09 Dekabr 13:39
Sosial
09 Dekabr 13:38
Gündəm
09 Dekabr 13:37
Dünya
09 Dekabr 13:06
Sosial
09 Dekabr 12:48
Mədəniyyət
09 Dekabr 12:25
Sosial
09 Dekabr 12:23
Hərbi
09 Dekabr 11:53
YAP xəbərləri
09 Dekabr 11:40
Sosial
09 Dekabr 11:04
Elm
09 Dekabr 10:56
İdman
09 Dekabr 10:54
Dünya
09 Dekabr 10:48
Hadisə
09 Dekabr 10:48
Hadisə
09 Dekabr 10:38