Ən başlıca vəzifəmiz!
06.09.2024 [07:15]
Xalq və dövlət maraqlarının uğurlu vəhdəti...
Milli maraqlar hər bir dövlətin fəaliyyətində təməl daşlardan biri hesab edilir. Bu baxımdan istənilən dövlətin siyasətini ictimai maraqlar müəyyən edir. Məlumdur ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən həyata keçirilir.
Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. Çünki ictimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər. Buraya ictimai və dövlət maraqlarının müxtəlif aspektlərinə dair hüquqi bazanın təkmilləşdirilməsi, monitorinqi və digər məsələlər daxildir.
Milli maraqlar uğurla təmin edilib
“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin (BQRTM) sədri Rauf Zeyni mövzuya dair fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Onun sözlərinə görə, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsindən danışarkən, köklü modernləşməyə xüsusi diqqət edilməlidir. Eyni zamanda, demokratikləşmə sahəsində əldə olunan nailiyyətləri qeyd etməmək olmaz: “Bu gün islahatların gedişi barədə əhalinin və dünya ictimaiyyətinin geniş şəkildə məlumatlandırılması və onların həyata keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Transformasiyaların səmərəliliyinin açarı vətəndaşların dövlətin və cəmiyyətin inkişaf proseslərində fəal iştirakıdır. Son illər bu unikal mexanizm vasitəsilə müxtəlif istiqamətlər üzrə vətəndaşlardan çoxsaylı müraciət daxil olub və onlar müvafiq qaydada hökumət tərəfindən cavablandırılıb. Bunlar insan hüquq və azadlıqlarına riayət və hörmətə, ümumi təhlükəsizlik təhdidlərinə yeni yanaşmalara, milli qanunvericiliyə beynəlxalq standartların tətbiqinə gətirib çıxarıb. Eyni zamanda, o da mühümdür ki, ölkənin siyasi müstəqilliyinin formalaşması və inkişafı şəraitində obyektiv olaraq milli kimliyin formalaşması da uğurla həyata keçib. Bu zaman milli maraqlar məsələsi də uğurla təmin edilib”.
Dövlət maraqlarının müdafiəsində kompleks zəmin
BQRTM sədri qeyd edib ki, ölkə başçısı dayanıqlı tərəqqi məqsədlərinə nail olmaq, vətəndaş cəmiyyəti institutlarının inkişafını və söz azadlığının dəstəklənməsini prioritet olaraq müəyyən edib: “Prezident əhalinin rifah halının yüksəldilməsi, sosial sferanın, elmin və innovasiyanın təkmilləşdirilməsini də qarşıya məqsəd qoyub. Bunlar həm də Azərbaycanın demokratiya yolu ilə irəliləməsinə şərait yaradır. Eyni zamanda, bütün bunlar ictimai və dövlət maraqlarının müdafiəsinə kompleks zəmin yaradır. Azərbaycanda insan hüquqlarının müdafiəsi sülhün və təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi, davamlı inkişafın təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prioriteti hesab olunur. Burada məqsəd hər bir insanın əsas hüquq və azadlıqlarını, sağlamlığını və rifahını təmin edəcək ədalətli qlobal sistemi birgə formalaşdırmaqdır. Burada mühüm məqamlardan biri də odur ki, ölkəmizdə millətlərarası harmoniyanın və konfessiyalararası tolerantlığın daha da möhkəmləndirilməsi prinsipi real məzmuna malikdir. Məhkəmə hakimiyyətinin həqiqi müstəqilliyinin və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş genişmiqyaslı islahatların ardıcıl surətdə həyata keçirilməsi də cəmiyyəti daha güclü hala gətirir və beləliklə, onun marağını təmin edir”.
Maariflənmənin aparılması da vacibdir
R.Zeyninin sözlərinə görə, hər bir müasir dövlətdə olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyətinin əsasını müstəqil ictimai təşkilatlar təşkil edir: “Bu gün onlar əhaliyə sosial xidmət göstərir, ictimai maraqların təmin edilməsinə şərait yaradır, sosial əhəmiyyətli fəaliyyətlə məşğul olur, insan hüquqlarını qoruyur, yerli əhəmiyyətli məsələləri həll edir. Onlar ictimai nəzarət mexanizmləri vasitəsilə dövlət orqanlarının şəffaflığını və səmərəliliyini təmin etməyə kömək edir. Bununla yanaşı, respublikada QHT-lərin formalaşması və inkişafı üçün təşkilati, hüquqi və maddi şəraitin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Aparılan genişmiqyaslı islahatlar insanların dünyagörüşünü, həyat tərzini müsbətə doğru dəyişir.
Şübhəsiz ki, ictimai və dövlət maraqlarının qorunması istiqamətində maariflənmənin aparılması da vacib şərtdir. Əlbəttə ki, vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğatı olduqca önəmlidir və bu istiqamətdə ölkəmizdə görülən işlər başadüşülən, eləcə də təqdirəlayiqdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
08 Dekabr 22:16
Elm
08 Dekabr 21:54
Dünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43
COP29
08 Dekabr 20:17
İdman
08 Dekabr 19:54
Dünya
08 Dekabr 19:21
Dünya
08 Dekabr 18:52
Elm
08 Dekabr 18:27
Xəbər lenti
08 Dekabr 17:54
COP29
08 Dekabr 17:23
Hərbi
08 Dekabr 16:59
Dünya
08 Dekabr 16:21
Dünya
08 Dekabr 15:49
Dünya
08 Dekabr 15:18
Siyasət
08 Dekabr 14:55
Sosial
08 Dekabr 14:23
Siyasət
08 Dekabr 13:47
Xəbər lenti
08 Dekabr 13:29
Dünya
08 Dekabr 13:16
Dünya
08 Dekabr 12:54
Xəbər lenti
08 Dekabr 12:47
Dünya
08 Dekabr 12:45
Dünya
08 Dekabr 12:44
Dünya
08 Dekabr 12:42
Dünya
08 Dekabr 12:22
Dünya
08 Dekabr 11:41
Dünya
08 Dekabr 11:19
Dünya
08 Dekabr 10:58
Hadisə
08 Dekabr 10:36
Dünya
08 Dekabr 09:25
Dünya
08 Dekabr 08:32
İdman
07 Dekabr 23:38
Dünya
07 Dekabr 23:14
Siyasət
07 Dekabr 22:45
İdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35
Siyasət
07 Dekabr 11:17
Siyasət
07 Dekabr 10:37