Tarix təkrarlanacaqmı?
06.09.2024 [07:45]
1943-cü ilin Kursk uğrunda döyüşdən bu günə...
İki ildən çoxdur ki, davam edən Rusiya - Ukrayna müharibəsinin sonu görünmür. Hər ötən gün isə müharibə yeni faciələrə səbəb olur - tərəflərin canlı qüvvə və texnika itkisi artır, dağılan yaşayış məntəqələrinin coğrafiyası genişlənir. Əvvəllər yalnız Ukrayna ərazisində dinc sakinlər doğma ev eşiklərini tərk etmək məcburiyyətində qalırdılarsa, artıq Rusiya ərazisində də insanlar eyni problemlə üzləşirlər. Həmçinin müharibə uzandıqca yeni təhdidlər meydana çıxır.
Kurskda nə baş verir?
Müharibədə yeni səhifə - Kursk döyüşləri
Cari il avqustun 6-da Rusiya-Ukrayna müharibəsində yeni bir səhifə açıldı. Qeyd olunan tarixdə Ukrayna Silahlı Qüvvələrinin təxminən 1000 nəfərdən ibarət bölmələri Rusiyanın Kursk vilayətinə hücum ediblər. Mediada və sosial şəbəkələrdə yayılan ilkin məlumatlara görə, ukraynalılar elə həmin gün sərhəddən vilayətin mərkəzinə doğru 12 kilometrə qədər irəliləyərək, 10 yaşayış məntəqəsini ələ keçiriblər. Sonrakı günlərdə Ukrayna Kursk vilayətində irəliləməsini və yeni yaşayış məntəqələrini ələ keçirməsini davam etdirdi. “Ukrayna qüvvələri Kursk vilayətində 100 yaşayış məntəqəsinə nəzarət edir”. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski deyib. “Biz Rusiya qoşunlarına canlı qüvvə və texnika baxımından əhəmiyyətli zərbə vuraraq irəliləməyə davam edirik. Bu gün biz 1294 kvadrat kilometr ərazini və oradakı 100 yaşayış məntəqəsini nəzarətə götürmüşük”,-deyə Sırski bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı qeyd edib ki, ölkəsinin məqsədi təhlükəsiz zona yaratmaq, Sumı vilayətində obyektləri qorumaq və Rusiya Federasiyası ərazisindən Ukraynanın atəşə tutulmasını dayandırmaqdır. “Düşmən bizə müqavimət göstərməyə çalışır, qoşunlarını başqa istiqamətlərdən çıxarır. Bununla da onları zəiflədir və irəliləyən qrupumuz ətrafında müdafiə halqası yaratmağa, əks-hücum tədbirləri planlaşdırmağa çalışırıq”, - deyə Ukrayna hərbçisi vurğulayıb. General əlavə edib ki, Ukrayna ordusunun bundan sonrakı fəaliyyəti cəbhədəki əməliyyat şəraitindən asılı olacaq.
Ukrayna Prezidenti V.Zelenski Kursk əməliyyatı ilə ölkəsinin bufer zonaları yaratmaq imkanı əldə etdiyini bildirib. O vurğulayıb ki, əməliyyatlar ən yüksək formada davam edir: “Kursk əməliyyatındakı hərbçilərimiz öz vəzifələrini yerinə yetirir və planlaşdırıldığı kimi davam edir. Pokrovski və Toretsk istiqamətindəki çətinliklərə gəlincə, düşünürük ki, Kursk əməliyyatı da buna təsir edə bilər”.
Rusiyanın hərbi-siyasi rəhbərliyinin Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatına başlamasına münasibəti də gözlənildiyi kimi, kifayət qədər sərt olub. Avqustun 7-də Rusiya Prezidenti Vladimir Putin Kurskdakı vəziyyət ilə bağlı fövqəladə müşavirə keçirib. Dövlət başçısı rəsmi Kiyevi Kursk vilayətində mülki və yaşayış məntəqələrini raket atəşinə tutmaqda günahlandırıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” səhifəsində bildirib ki, “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhədindəki hərəkətlərindən dərs çıxarmaq və düşməni amansızcasına məğlub etmək lazımdır”.
Cavab tədbirləri olaraq Rusiya qısa müddətdə bölgədən mülki əhalini təxliyyə edib, həmçinin müqavimət üçün mövqelər yeni qüvvələrlə möhkəmləndirilib. Kursk əməliyyatının başladığı günün ertəsi - avqustun 7-dən Kursk ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunub.
İkinci cəbhə niyə açıldı?
Kursk döyüşləri barədə bəhs edərkən belə bir suala cavab vermək lazım gəlir: Ukraynanın Kurskda ikinci cəbhə açmaqda məqsədi nədir? Bu, strateji hədəfdir, yoxsa taktiki gediş? Rusiya və Ukraynanın qüvvələr balansını müqayisə etdikdə ikinci variant daha real görünür. Əslində, Ukrayna tərəfindən belə bir həmlənin olacağı istisna edilmirdi. Ancaq müharibənin ilkin mərhələsində rəsmi Kiyevin Rusiya ilə digər səhəd bölgələrində əks-hücum əməliyyatları həyata keçirməyə imkanları yox idi. Bu ölkəni dəstəkləyən Qərb dövlətləri tədarük etdikləri silahlarla Rusiya ərazilərinə atəş açmağa razılıq vermirdilər. Ancaq artıq belə bir razılıq əldə olunub. Bəzi Qərb dövlətləri Ukraynaya göndərdikləri silahlarla Rusiya ərazilərini hədəfə almaq qadağasını götürüblər. Beləliklə də, rəsmi Kiyevin müharibəni həm də Rusiya ərazisinə keçirmək imkanı yaranıb və bu imkandan istifadə olunan ilk məkan Kursk vilayətidir. Ukraynanın hərbi-siyasi rəhbərliyi Kursk əməliyyatlarına başlamaqla Rusiyanın Şərq cəbhəsində hücumlarının intensivliyini azaltmaq məqsədinə nail olmaq istəyir. Düşünülmüş plana əsasən rəsmi Moskva Kurskun müdafiəsi üçün qüvvələrin bir qismini Şərq cəbhəsindən buraya yönəldə bilərdi. Hələlik bunun baş vermədiyini izləyirik.
Eyni zamanda, Kursk əməliyyatının genişmiqyaslı hücumun başlanğıcı olacağını düçünmək də sadəlövhlük olardı. Bu istiqamətdə hücum xəttinin genişlənməsi, döyüşlərin Rusiya ərazilərinin dərinliklərinə daşınması nəzəri çəhətdən mümkün görünsə də, indiki halda Ukraynanın bunu reallaşdırması üçün fiziki imkanları yoxdur. Ordunun bir hissəsi Şərq cəbhəsindədir. Hücumun dəstəklənməsi, yeni mövqelərdə möhkəmlənmək üçün isə canlı qüvvə və hərbi texnika sarıdan daha güclü təminatlar lazımdır.
Ukrayna qoşunlarının öz ərazilərində əks-hücuma keçməsi çətinləşir
Kurskda baş verənlər Rusiyanın hərbi-siyasi imicinə mənfi təsir göstərsə də, bunu Ukraynanın mütləq qələbəsi kimi dəyərləndirmək də mümkün deyil. Təsadüfi deyildir ki, artıq əməliyyatın ilk günlərindəki hücum, yeni ərazilərin ələ keçirilməsi intensivliyi müşahidə edilmir. Verilən məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri son günlərdə ən yaxşı halda 2-5 kilometr məsafədə irəliləməyə müvəffəq olurlar. Böyük ölçüdə Rusiya Kursk vilayətində Ukrayna ordusuna qarşı müqaviməti təmin etməyə, hətta bəzi yaşayış məntəqələrini geri qaytarmağa nail olub.
Hazırda Ukraynada Kursk döyüşlərindəki üstünlüyün eyforiyası fonunda Şərq cəbhəsindəki uğursuzluqlar, burada Rusiyanın hücumların intensivliyini artırması ciddi narahatlıq və məyusluq doğurur. Verilən məlumatlara görə, Rusiya ordusu avqustda Ukrayna ərazisinin 477 kvadrat kilometrinə qədər irəliləyib. Bu da 2022-ci ilin oktyabrından bəri ən böyük aylıq artım olub. Bu barədə Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitiklərinin təhlilində deyilir. Son bir ayda Rusiya ordusu əsasən Donetsk vilayətinin şərq bölgələrində sutkada 15 kvadrat kilometr irəliləyib. Əsas qüvvələr Ukrayna qoşunlarının böyük təchizat mərkəzinin yerləşdiyi Pokrovsk şəhəri yaxınlığında cəmləşib. Ötən bazar günü rus qoşunları şəhərə yeddi kilometrdən də az bir məsafədə yaxınlaşıb.
Sonuncu dəfə Rusiya silahlı qüvvələri bir ay ərzində bu qədər ərazini 2022-ci ilin oktyabrında Ukraynanın Xarkov ətrafında böyük əks-hücumuna cavab olaraq ələ keçirmişdi. Analitiklər qeyd edirlər ki, hazırda Ukrayna qoşunlarının öz ərazilərində əks-hücuma keçməsi çətindir. Sentyabrın 1-nə olan məlumata görə, Rusiya Ukrayna ərazisinin 66 266 kvadrat kilometrinə nəzarət edir. Ukraynanın Kurskdakı uğurları təqdim olunan bu kimi faktlarla müqayisədə çox kiçikdir. Hazırda Ukrayna qoşunları Rusiya ərazisində cəmi 1150-1300 kvadrat kilometr əraziyə nəzarət edir.
Kurskda açılan cəbhə ikinci Dünya müharibəsində baş vermiş Kursk döyüşünü yada salır. Həmin döyüşlər müharibədə dönüş nöqtəsi oldu. Belə ki, 1943-cü ilin avqustunda keçmiş SSRİ-nin Silahlı Qüvvələri Almaniya qoşunlarını Kurskda məğlub etdikdən sonra Berlinə qədər sürətlə irəliləməyi bacarmışdı. Təxminən 80 ildən sonra Kursk avqust ayında yenidən döyüş meydanına çevrilib. Tarix təkrarlanacaqmı?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxElm
08 Dekabr 21:54
Dünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43
COP29
08 Dekabr 20:17
İdman
08 Dekabr 19:54
Dünya
08 Dekabr 19:21
Dünya
08 Dekabr 18:52
Elm
08 Dekabr 18:27
Xəbər lenti
08 Dekabr 17:54
COP29
08 Dekabr 17:23
Hərbi
08 Dekabr 16:59
Dünya
08 Dekabr 16:21
Dünya
08 Dekabr 15:49
Dünya
08 Dekabr 15:18
Siyasət
08 Dekabr 14:55
Sosial
08 Dekabr 14:23
Siyasət
08 Dekabr 13:47
Xəbər lenti
08 Dekabr 13:29
Dünya
08 Dekabr 13:16
Dünya
08 Dekabr 12:54
Xəbər lenti
08 Dekabr 12:47
Dünya
08 Dekabr 12:45
Dünya
08 Dekabr 12:44
Dünya
08 Dekabr 12:42
Dünya
08 Dekabr 12:22
Dünya
08 Dekabr 11:41
Dünya
08 Dekabr 11:19
Dünya
08 Dekabr 10:58
Hadisə
08 Dekabr 10:36
Dünya
08 Dekabr 09:25
Dünya
08 Dekabr 08:32
İdman
07 Dekabr 23:38
Dünya
07 Dekabr 23:14
Siyasət
07 Dekabr 22:45
İdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35
Siyasət
07 Dekabr 11:17
Siyasət
07 Dekabr 10:37
İqtisadiyyat
07 Dekabr 10:29