Qondarma “Milli şura”nın fəaliyyəti qeyri-qanunidir
06.09.2024 [07:50]
Siyasi məqsədlərə xidmət edən “qurum” heç bir hüquqi əsasa söykənmir
Ənənəvi olaraq hər seçkidən sonra özünün absurd iddiaları və “bəyanatları” ilə yadda qalan bəzi amorf təşkilatlar yenə də öz ampluasındadır. Xarici korporativ maraqların ölkə daxilindəki “dəyənəyi” kimi çıxış edən bu “qüvvələr” yenə də eyni havanı çalır - qorxaraq geri çəkildiyi, özünün gücsüzlüyünün ortaya çıxacağından ehtiyatlanaraq qatılmadığı seçkilərə qara yaxmaq, bundan öz maraqları üçün istifadə etmək, yenidən diqqət mərkəzinə düşmək və ianələr almaq üçün fürsət axtarırlar. “Milli şura” adlanan qurum isə bu yöndə daha çox canfəşanlıq edir. Əcnəbi direktivlərə əsaslanaraq xarici auditoriyalarda özünə dəstək axtaran, heç bir hüquqi əsas olmadan iddialar irəli sürən “Milli şura”nın əslində, fəaliyyəti qeyri-qanunidir. İlk növbədə, bu gün “Milli şura”nı yaradanların demək olar ki, heç biri bu “qurumda” təmsil olunmur. İkinci bir tərəfdən, hansısa partiyaların və ya siyasi birliklərin “şurası” kimi fəaliyyət göstərməli olan “qurum” bir partiyanın yedəyinə çevrilib və həmin partiya da manipulyasiya edərək bu “addan” yalnız və yalnız pul qazanmaq üçün istifadə edir. “Milli şura”nın nəinki bəyanat verməyə, hətta fəaliyyət göstərməyə belə hüquqi, mənəvi haqqı çatmır.
Özləri deyib, özləri eşidirlər
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, “Milli şura” 2012-ci ildə yaranan zaman orada bəzi siyasi qruplar, partiyalar təmsil olunurdu: “Qısa müddət sonra bu partiyalar oradan ayrıldı, şuranı yaradanların mütləq əksəriyyəti oranı tərk etdi. Bu gün “Milli şura”da faktiki olaraq hər hansı bir siyasi qüvvə təmsil olunmur. Orada ayrı-ayrı şəxslərin təmsilçiliyindən söhbət gedir ki, onlar da ara-sıra epizodik, fraqmentlər olaraq ortaya çıxırlar. Hazırda bu qurum qeyri-ciddi təsir bağışlayır. Bu gün milli şura deyilən qurum və ya təsisat Azərbaycandakı siyasi proseslərə hər hansı bir təsir etmək imkanında və gücündə deyil. Söylədiyi fikirlər isə yalnız ənənəvi fikirlərdir. Özləri deyib, özləri eşidirlər”.
“Milli şura” da yoxdur
Ə.Nuriyev bildirib ki, “Milli şura” yaranan zaman mövcud olan format hazırda yoxdur. Bu mənada həm də demək olar ki, “Milli şura” da yoxdur. “Çünki “Milli şura” adətən, müxtəlif qüvvələrin bir araya gəlməsindən, bir arada olmasından formalaşır. Bunların “Milli şura” adlandırdıqları formatda nə bir siyasi qüvvə, nə də tanınmış siyasi xadim təmsil olunmur. Bir təşkilat və onun ətrafındakı bir neçə nəfər orada qərar tutublar. Onlara isə “Milli şura” demək olmaz. Olmayan bir şeyin adından bəyanatlar vermək yalnız və yalnız kiminsə mövcudluğunu yenidən gündəmə gətirmək üçündür”, - deyən Ə.Nuriyev əlavə edib ki, hüquqi baxımdan hər hansı şəxslər qrupu və ya təşkilatlar qrupu bir araya gəlib hər hansı bir qurumu təsis edirlərsə, həmin qurumun fəaliyyət göstərməsinin iki forması var: “Birincisi, hüquqi şəxs kimi fəaliyyət göstərməsidir. Belə olan halda mütləq qeydiyyatdan keçməlidir. Hüquqi şəxs olaraq hansı formatda fəaliyyət göstərəcək? Çünki siyasi partiyaların birliyi deylən bir qurumun yaradılmasını tənzimləyən hər hansı bir qanunverici akt yoxdur. Bu qurumlar yalnız seçkilər zamanı siyasi partiyaların bloklarının yaradılması ilə meydana gəlir. Onda digər qeyri-kommersiya təşkilatı kimi format qazana bilər ki, bu da QHT-nin bir növü kimi izah edilir. Bu zaman da müxtəlif təşkilatlar bu şuranın yaranmasında iştirak etməlidirlər. İndiki halda həmin şurada bu əlamətlər belə yoxdur. Onlar təsis olunma barədə də qanunvericiliyin tələbi ilə Ədliyyə nazirliyinə xəbər verməlidirlər”.
MƏNSUR
Xəbər lenti
Hamısına baxXəbər lenti
09 Dekabr 23:47
Ədəbiyyat
09 Dekabr 23:29
Mədəniyyət
09 Dekabr 23:11
Elm
09 Dekabr 22:58
İdman
09 Dekabr 22:37
Dünya
09 Dekabr 22:15
Mədəniyyət
09 Dekabr 21:54
Dünya
09 Dekabr 21:37
Dünya
09 Dekabr 21:34
Hadisə
09 Dekabr 21:12
Siyasət
09 Dekabr 20:51
Sosial
09 Dekabr 20:34
Siyasət
09 Dekabr 20:18
Dünya
09 Dekabr 19:56
Mədəniyyət
09 Dekabr 19:33
Sosial
09 Dekabr 19:12
MEDİA
09 Dekabr 18:54
Siyasət
09 Dekabr 18:51
Xəbər lenti
09 Dekabr 18:49
Siyasət
09 Dekabr 18:30
Sosial
09 Dekabr 18:26
Siyasət
09 Dekabr 18:20
Dünya
09 Dekabr 17:29
İdman
09 Dekabr 17:27
Dünya
09 Dekabr 17:27
İqtisadiyyat
09 Dekabr 17:26
Elm
09 Dekabr 17:19
İdman
09 Dekabr 17:16
Siyasət
09 Dekabr 16:52
Elm
09 Dekabr 16:41
Sosial
09 Dekabr 16:24
Siyasət
09 Dekabr 16:20
Siyasət
09 Dekabr 16:18
Dünya
09 Dekabr 15:42
Dünya
09 Dekabr 15:33
Dünya
09 Dekabr 15:29
Siyasət
09 Dekabr 14:52
Xəbər lenti
09 Dekabr 14:38
Sosial
09 Dekabr 14:00
İqtisadiyyat
09 Dekabr 13:39
Sosial
09 Dekabr 13:38
Gündəm
09 Dekabr 13:37
Dünya
09 Dekabr 13:06
Sosial
09 Dekabr 12:48
Mədəniyyət
09 Dekabr 12:25
Sosial
09 Dekabr 12:23
Hərbi
09 Dekabr 11:53
YAP xəbərləri
09 Dekabr 11:40
Sosial
09 Dekabr 11:04
Elm
09 Dekabr 10:56
İdman
09 Dekabr 10:54
Dünya
09 Dekabr 10:48
Hadisə
09 Dekabr 10:48
Hadisə
09 Dekabr 10:38
İqtisadiyyat
09 Dekabr 10:35
Dünya
09 Dekabr 10:35
Sosial
09 Dekabr 10:33
Mədəniyyət
09 Dekabr 10:12
Hadisə
09 Dekabr 09:53
Dünya
09 Dekabr 09:31
İdman
09 Dekabr 09:19
Sosial
09 Dekabr 08:56
Dünya
09 Dekabr 08:17
Dünya
09 Dekabr 07:44
Dünya
08 Dekabr 23:49
Xəbər lenti
08 Dekabr 22:58
Xəbər lenti
08 Dekabr 22:16
Elm
08 Dekabr 21:54
Dünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43