Donald Trampdan xəbərdarlıq...
06.09.2024 [08:00]
ABŞ-ı “Böyük böhran” gözləyirmi?
ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə əlaqədar siyasi mübarizə daha da güclənməkdədir. Mübarizə ölkənin hazırkı -vitse-prezidenti, demokratların namizədi Kamala Harris və keçmiş prezident, respublikaçıların namizədi olan Donald Tramp arasında gedir. Əvvəlcə, ABŞ Prezidenti Co Bayden seçkidə iştiraka qərarlı olsa da, debat zamanı Trampa uduzması, üstəlik respublikaçı namizədə qarşı sui-qəsd törədilməsi Baydenin fikrini dəyişməyə sövq etdi. O, estafeti Kamala Harrisə ötürdü.
Namizədlərin reytinqi bərabərdir
ABŞ-ın vitse-prezidenti Kamala Harris namizəd olduqdan sonra demokrat və respublikaçı namizədin reytinqi demək olar ki, bərabərləşib. Bugünlərdə ABŞ-da “The Wall Street Journal”ın keçirdiyi son sorğuda seçki mübarizəsinin liderini müəyyən etmək mümkün olmayıb. Seçicilər arasında aparılmış sorğuya əsasən, Harris 48 faiz, Tramp isə 47 faiz seçicinin rəğbətini qazanıb. Sorğuda Demokratların 90 faizi öz yeni namizədləri ilə bağlı həvəsli olduqlarını desələr də, Respublikaçılar arasında bu rəqəm 82 faizdir.
Sorğuda Kamala Harrisin mənfi və müsbət reytinqi bərabərdir. Rəyi soruşulanların 49 faizi onun barəsində müsbət, 49 faizi mənfi düşünür. İyul sorğusunda bu rəqəm müvafiq olaraq 46 faizə qarşı 52 faiz təşkil edirdi. Trampla bağlı isə müsbət düşünənlər 45 faiz, mənfi düşünənlər isə 53 faizdir. İyul ayında bu göstərici 47 faiz müsbət və 50 faiz mənfi təşkil edib.
Qeyd edək ki, sorğu 24-28 avqust tarixlərində telefon və onlayn şəkildə 1500 seçici arasında keçirilib.
Kamala Harris prezident seçilərsə...
Bu arada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatlar 1929-1939-cu illərdəki böyük depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşəcək: “Əgər o, prezident olarsa, 1929-cu il kimi depressiya olacaq. Onun nə edəcəyi barədə heç bir fikri yoxdur”. Tramp əlavə edib ki, həmçinin ölkə tarixdə ən böyük vergi artımı ilə üzləşəcək.
Bəs, Trampın bəhs etdiyi 1929-cu ilin böhranı hansı səbəblərdən baş vermişdi? Həqiqətən də ABŞ anoloji böhranı yaşaya bilərmi? Qeyd edək ki, tarixə “Böyük böhran” adı ilə düşmüş bu hadisə 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmişdi. Bu, ümumilikdə, dünya iqtisadi böhranı kimi xarakterizə olunur. “Böyük böhran” ABŞ-a, Kanadaya, Böyük Britaniyaya, Almaniyaya və Fransaya daha çox təsir etdi, amma başqa dövlətlərdə də hiss olundu. Bu böhrandan ən yüksək dərəcə sənaye şəhərləri zərər çəkdi.
Xatırladaq ki, Birinci Dünya müharibəsində iştirakçı dövlətlərlə yanaşı müharibəyə kənardan qatılan ABŞ, müharibədən sonrakı illərdə dünyada əhəmiyyətli bir prestij qazandı. Bu müddətdə ABŞ xüsusilə Avropa ölkələri və inkişaf etməkdə olan ölkələr üçün bir cazibə mərkəzi halına gəldi. Beləcə dünya iqtisadiyyatında əhəmiyyətli rol qazanmağa başlayan ABŞ-da müharibə müddətində əhəmiyyətli dərəcədə qızıl rezervi yığıldı və böyük sərmayə fondları bu ölkədə cəmlənməyə başladı. Səhm qiymətlərindəki həddindən artıq yüksəlmə səbəbilə, Federal Rezerv Bank spekulyativ artımı dayandırmaq üçün 1929-cu ilin yay aylarında faiz üçot dərəcəsini 7 faizdən 15 faizə yüksəltdi.
Qərb ölkələrində 1926-cı illərə qədər yeni görüşlər və sürətli texnoloji inkişaflarla avtomobil, tikinti və energetika kimi sektorlar başda olmaqla yaşanılan iqtisadi böyümə də birjalarda yüksəlişlərə əhəmiyyətli səbəb oldu. Ancaq inkişaf edən sənayelərdə yaşanan iqtisadi böyümə 1926-cı illərdən sonra yavaşlamağa başladı, 1929-cu illərdə də tənəzzül nöqtəsinə çatdı. Bu durğunluğun arxasından, dünyaya təsir edəcək olan iqtisadi böhran Nyu-York Birjasında çöküşlə özünü göstərməyə başladı. Birjada səhmlər zirvədəykən, hissə sahiblərinin satışa yönəlməsi, Nyu-York Birjasının çöküşünə səbəb oldu. Birjanın çöküşünü isə bankların çöküşü davam etdirdi. Avtomobil, tikinti və elektronika sektorlarındakı şirkətlərin müflisləşməsinin arxasınca 1929-cu ilin oktyabr ayının 21-də xarici sərmayəçilər səhmlərini əllərindən çıxarmağa başladılar. Nyu-York Birjasında əhəmiyyətli azalmanın yaşandığı 24 oktyabr 1929-cu il günü “Qara Cümə axşamı” deyə adlandırıldı. Növbəti həftənin ilk günü olan oktyabr ayının 28-də Dow Jones Sənaye Ortalaması 13 faiz itkiylə 260-a, 29 oktyabrda isə təxminən 12 faiz itkiylə 230-a düşdü.
1929-cu il böhranı ABŞ-a necə təsir etmişdi?
ABŞ-da 1929-cu ildə başlayan iqtisadi böhranının təsirləri istehsal və məşğulluq həcmində azalma, işsizliyin artması, başda kənd təsərrüfat məhsulları olmaq üzrə qiymətlərdə azalma, mənzil sektorunda durğunluq, ölkələrin xarici ticarətində böyük borclar, dünya ticarət həcmində azalma, bank sektorunda ciddi iflaslar, ticari kreditlərin azalması və xarici sərmayə axınlarının dayanması şəklində oldu.
Əmək probleminin araşdırılması üzrə Amerika Assossiasiyası işsiz qalan əhalinin 17 milyondan çox olduğunu bildirirdi. Təxminən 2,5 milyon əhali evsiz, sığınacaqsız qalmışdı. 135 min şirkət iflasa uğradı. 1929-1933 cü illərdə 900 minə yaxın fermer təsərrüfatı iflasa uğradı. 1920-ci illərin əvvəllərində ABŞ-da 30 minə yaxın bank var idi. 1932-ci ilin oktyabrında Nevada ştatı öz ərazisindəki bütün bankları bağladı. Miçiqan ştatı da iflasdan qurtulmaq üçün bütün bankları bağladı. Ardıcıl olaraq bir çox ştat bu addımı atdı. Bu böhran digər ölkələrə də ciddi təsir etdi və dünya iqtisadi böhranı kimi tarixə düşdü.
Trampın indiki xəbərdarlığı isə bayden hakimiyyəti dövründə dolların ciddi problemlərlə üzləşməsi ilə bağlıdır. Hətta Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, indiki ABŞ hakimiyyətinin siyasəti nəticəsində bir çox dünya ölkələri qarşılıqlı ticarətdə dollardan imtina edərək milli valyutalara üstünlük verirlər. Bütün hallarda, D.Trampın bədbin proqnozunun real olub-olmamasını yaxın gələcək göstərəcək.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
08 Dekabr 22:58
Xəbər lenti
08 Dekabr 22:16
Elm
08 Dekabr 21:54
Dünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43
COP29
08 Dekabr 20:17
İdman
08 Dekabr 19:54
Dünya
08 Dekabr 19:21
Dünya
08 Dekabr 18:52
Elm
08 Dekabr 18:27
Xəbər lenti
08 Dekabr 17:54
COP29
08 Dekabr 17:23
Hərbi
08 Dekabr 16:59
Dünya
08 Dekabr 16:21
Dünya
08 Dekabr 15:49
Dünya
08 Dekabr 15:18
Siyasət
08 Dekabr 14:55
Sosial
08 Dekabr 14:23
Siyasət
08 Dekabr 13:47
Xəbər lenti
08 Dekabr 13:29
Dünya
08 Dekabr 13:16
Dünya
08 Dekabr 12:54
Xəbər lenti
08 Dekabr 12:47
Dünya
08 Dekabr 12:45
Dünya
08 Dekabr 12:44
Dünya
08 Dekabr 12:42
Dünya
08 Dekabr 12:22
Dünya
08 Dekabr 11:41
Dünya
08 Dekabr 11:19
Dünya
08 Dekabr 10:58
Hadisə
08 Dekabr 10:36
Dünya
08 Dekabr 09:25
Dünya
08 Dekabr 08:32
İdman
07 Dekabr 23:38
Dünya
07 Dekabr 23:14
Siyasət
07 Dekabr 22:45
İdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35
Siyasət
07 Dekabr 11:17