Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA

Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA

06.09.2024 [16:35]

Sentyabrın 6-sı saat 14:30-a olan faktiki hava açıqlanıb.

Bu barədə Yeniazerbaycan.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 6-sı saat 14:30-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi Balakən, Quba, Xaçmaz, Qax, Zaqatalada arabir yağış yağıb.

Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Gəncədə 24 m/s, Naftalan, Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə küləyin maksimal sürəti Culfa, Şirvanda 18 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 32, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31