Yeni iqlim strategiyası hazırlanır
07.09.2024 [09:15]
Sənəd həm qlobal, həm də milli prioritetləri əks etdirəcək
İqlim hədəflərinə nail olmaq üçün qlobal miqyasda dövlətlərin üzləşdikləri çətinliklərdən biri hüquqi çərçivələrlə bağlıdır. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirməkdədir. Belə ki, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında “Az karbonlu inkişaf üzrə Milli Strategiya”, “Milli Adaptasiya Planı” və digər önəmli sənədlərin hazırlanmasına başlanılıb. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Prioritet olan İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlı 4-cü Prioritetin və “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlı 5-ci Prioritetlərin reallaşdırılması çərçivəsində hazırda 30 illik işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və SMART infrastrukturun formalaşması istiqamətində mühüm işlər həyata keçirilir.
Ətraf mühitin mühafizəsi ilə bağlı sərt iqlim cəzaları...
Azərbaycan milli iqlim qanunvericiliyini beynəlxalq ekoloji konvensiayaların tələblərinə uyğunlaşdırsa da, iqlim dəyişikliyi ilə mübarizənin daha təsirli olması üçün əlavə islahatlara ehtiyac duyur. Ələlxüsus da qanunvericilikdə iqlim dəyişikliyinə qarşı daha aydın və konkret mexanizmlərin tətbiqini təmin edəcək çevik icra proseüdurları nəzərdə tutulur. Bu, həm qlobal iqlim öhdəliklərimizin icrasında, həm də iqlim hüquqpozmalarının qarşısının alınmasında daha güclü hüquqi əsaslar yarada bilər. Bu məsələ Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusunda keçirilən beynəlxalq konfransda daha geniş konteksdə müzakirə olunub və iştirakçılar hüquqi çərçivənin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini veriblər.
COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, hüquqi təkmilləşdirmələrə uyğun olaraq, Azərbaycan hökuməti yeni iqlim strategiyasının hazırlanmasını qərara alıb və artıq bu istiqamətində işlərə start verilib.Yeni iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir.
Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək, aşağı karbonlu inkişafı hədəfləyəcək. Eyni zamanda, bu strateji çərçivə sənədi ekoloji hüquqpozmaların qarşısını almaq məqsədilə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ciddi nəzarət tədbirlərinin, hüquq-mühafizə, prokurorluq orqanları tərəfindən qanun pozucularına qarşı tətbiq edilən sərt cəzaların səmərəliliyinə də mühüm təsir göstərəcək.
Nazir bildirib ki, məqsəd yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək. Bu tədbirlər ölkəmizin beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək.
İqlim hədəflərinə çatmaq üçün dövlət-özəl maliyyəsinə və xarici sərmayələrə ehtiyac var
İqlim hədəflərinə çatmaq üçün əsas fundamental amillərdən biri də dayanıqlı maliyyə təminatıdır. Beynəlxalq səviyyədə iqlim dəyişmələrinin təsirindən yaranan fiskal risklərin idarə olunması başlıca yer tutur. Belə ki, iqlimlə mübarizə proqramları hədsiz dərəcədə böyükhəcmli maliyyələr tələb edir və bir çox ölkələr həmin hədəfləri müəyyən etməyinə baxmayaraq, maliyyə çatışmazlığı səbəbindən fiskal risklərlə üzləşir. İri maliyyə institutları, o cümlədən Beynəlxalq Valyuta Fondu (BVF) iqlim dəyişmələrinin təsirindən yaranan fiskal risklərin idarə olunması üçün ölkələrə öz tövsiyə və köməyini təklif edir. Azərbaycan da bu prosesdə iştirak etməklə gələcəkdə üzləşə biləcək risklərdən sığortalanmaq istəyir.
Maliyyə naziri Samir Şərifov bildirib ki, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma ilə bağlı tədbirlərin təmin olunması üçün vəsaitlər tələb olunur və hazırda bu işlərin diaqnostikası aparılır. Eyni zamanda, son iki ildə dövlət büdcəsində ayrıca bəndlərlə iqlim məsələlərinə həsr olunan maliyyə vəsaitlərinin ayrılmasına başlanılıb.
Sözsüz ki, iqlim maliyyəsi ehtiyaclarını qarşılamaq üçün ölkələrin yerli resursları kifayət etmir və əlavə maliyyə resursları tələb olunur. Bu, dünyada geniş tətbiq olunan çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılması, özəl kapitalın iqlim maliyyəsinə cəlb edilməsi və əsas mənbələrdən biri beynəlxalq maliyyə institutlarının sərmayələridir. Azərbaycanın bu istiqamətdə həm özəl kommersiya qurumları, həm də xarici maliyyə institutları ilə əməkdaşlığı artırmaq niyyətindədir. Bir müddət əvvəl Braziliyanın Rio-de-Janeyro şəhərində “Böyük İyirmilik” (“G20”) ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin toplantısında maliyyə təminatları ilə bağlı müzakirə zamanı da Samir Şərifov həmin mövzuya toxunub. O, qlobal iqlim dəyişikliyi üzrə davamlı maliyyə mənbələrinin təmin olunmasında beynəlxalq koalisiyanın birgə dəstəyinin mühüm rol oynadığını, artan iqlim böhranı ilə əlaqədar qlobal çağırışa cavab tədbirləri çərçivəsində təxirə salınmadan maliyyə təminatının yaradılmasının vacibliyini diqqətə çatdırıb. Xüsusilə də, beynəlxalq institutlar qlobal iqlim sazişindən irəli gələn öhdəlikləri üzərinə götürmələrinə baxmayaraq, inkişaf etməkdə olan ölkələrin maliyyə təminatı mexanizminin yaradılmasını yerinə yetirmir. Ona görə də, bu maliyyələşmə mexanizminin yenidən ərsəyə gətirilməsi mövzusunun Bakıda keçiriləcək COP29 Zirvə görüşü zamanı qaldırılması nəzərdə tutulur.
COP29 zamanı, həmçinin, Paris Sazişinin məqsədlərinə çatmaq üçün yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi və tərəflər arasında razılaşdırılması da istisna olunmur. Eyni zamanda, yaxın vaxtlarda Bakıda “G20”nin iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin müəyyənləşdirilməsi nəzərdə tutulur ki, bu da iqlim maliyyələşdirilməsində beynəlxalq əməkdaşlıq üçün yeni platforma ola bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 Dekabr 23:49
Xəbər lenti
08 Dekabr 22:58
Xəbər lenti
08 Dekabr 22:16
Elm
08 Dekabr 21:54
Dünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43
COP29
08 Dekabr 20:17
İdman
08 Dekabr 19:54
Dünya
08 Dekabr 19:21
Dünya
08 Dekabr 18:52
Elm
08 Dekabr 18:27
Xəbər lenti
08 Dekabr 17:54
COP29
08 Dekabr 17:23
Hərbi
08 Dekabr 16:59
Dünya
08 Dekabr 16:21
Dünya
08 Dekabr 15:49
Dünya
08 Dekabr 15:18
Siyasət
08 Dekabr 14:55
Sosial
08 Dekabr 14:23
Siyasət
08 Dekabr 13:47
Xəbər lenti
08 Dekabr 13:29
Dünya
08 Dekabr 13:16
Dünya
08 Dekabr 12:54
Xəbər lenti
08 Dekabr 12:47
Dünya
08 Dekabr 12:45
Dünya
08 Dekabr 12:44
Dünya
08 Dekabr 12:42
Dünya
08 Dekabr 12:22
Dünya
08 Dekabr 11:41
Dünya
08 Dekabr 11:19
Dünya
08 Dekabr 10:58
Hadisə
08 Dekabr 10:36
Dünya
08 Dekabr 09:25
Dünya
08 Dekabr 08:32
İdman
07 Dekabr 23:38
Dünya
07 Dekabr 23:14
Siyasət
07 Dekabr 22:45
İdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35