Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

07.09.2024 [12:14]

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Vüsal Xəlilovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yeniazerbaycan.com-a verilən məlumata görə, V.Xəlilov zərərçəkənlərin etibarından sui-istifadə edərək onların iri və xırdabuynuzlu heyvanlarını ələ keçirib. Bu kimi dələduzluq əməlləri ilə o, 8 nəfərə 300 min manat maddi ziyan vurub. Saxlanılan şəxs zərərçəkmişlərdən aldığı heyvanları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Məhkəmənin qərarı ilə V.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31