Azərbaycan və İtaliya strateji tərəfdaş kimi fəaliyyət göstərir
10.09.2024 [16:14]
Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. Azərbaycan Respublikası dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurmuşdur. Azərbaycanda xarici dövlətlərin 80-dən çox səfirlik və konsulluğu fəaliyyət göstərir.
Azərbaycanın bugünkü xarici siyasətinin bütün istiqamətləri hamıya məlumdur. Heç kəsə sirr deyil ki, dövlətimizin müəyyənləşdirdiyi siyasi kursun əsas tərkib hissələrindən olan xarici siyasətdə dövlət başçımız İlham Əliyev konkret mövqe nümayiş etdirir.
Bu siyasi kursun uğurlu nümunəsi olaraq biz Azərbaycan-İtalya münasibətlərin qeyd edə bilərik. Məhz Prezident İlham Əliyevin cari ilin 6 sentyabr tarixində İtalyaya işgüzar səfəri iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürüdür.
Dövlətimizin başçısı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı olduqca önəmli məqamlara toxunmuşdur. Ölkə Başçısının qeyd etdiyi kimi “İtaliya ölkəmizin vacib tərəfdaşlarından biridir. Xüsusilə də son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür”.
Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında müxtəlif sahələrə uyğun sənədlər imzalanmışdır. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.
Qeyd etmək lazımdır ki, İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Əlaqələrin hüquqi bazasını bundan sonra da inkişaf etdirmək vacib sayıldı. Hər iki ölkənin parlamenti qanunverici orqan olaraq bunu dəstəkləyir. Dostluq qruplarının fəaliyyət göstərməsi bir daha onu göstərir ki, dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə var. Görüşdə dostluq qrupları arasında əlaqələrin canlandırılmasının daha sıx təmasların qurulması üçün görüşlərin və qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının və deputatlar arasında şəxsi ünsiyyətin vacibliyi xüsusi vurğulandı.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Noyabr 23:41
Hərbi
03 Noyabr 23:34
Sosial
03 Noyabr 23:19
Dünya
03 Noyabr 22:49
İdman
03 Noyabr 22:38
Dünya
03 Noyabr 21:53
Sosial
03 Noyabr 21:22
Dünya
03 Noyabr 20:47
Dünya
03 Noyabr 20:19
Elm
03 Noyabr 19:58
COP29
03 Noyabr 19:26
Hadisə
03 Noyabr 18:54
Dünya
03 Noyabr 18:29
İqtisadiyyat
03 Noyabr 17:53
Sosial
03 Noyabr 17:22
İdman
03 Noyabr 16:57
Dünya
03 Noyabr 16:26
Dünya
03 Noyabr 15:49
Dünya
03 Noyabr 15:24
Maraqlı
03 Noyabr 14:53
Mədəniyyət
03 Noyabr 14:29
Dünya
03 Noyabr 14:21
Xəbər lenti
03 Noyabr 14:14
Hadisə
03 Noyabr 13:42
Elm
03 Noyabr 13:19
Elm
03 Noyabr 12:57
Dünya
03 Noyabr 12:35
Sosial
03 Noyabr 12:13
Dünya
03 Noyabr 11:56
Sosial
03 Noyabr 11:35
İdman
03 Noyabr 11:14
Dünya
03 Noyabr 10:47
Sosial
03 Noyabr 10:39
Dünya
03 Noyabr 10:17
Elm
03 Noyabr 09:55
COP29
02 Noyabr 23:37
İdman
02 Noyabr 23:16
COP29
02 Noyabr 22:41
Mədəniyyət
02 Noyabr 22:34
Mədəniyyət
02 Noyabr 22:16
Dünya
02 Noyabr 21:45
Sosial
02 Noyabr 21:23
Xəbər lenti
02 Noyabr 20:49
İdman
02 Noyabr 20:37
Sosial
02 Noyabr 19:56
Dünya
02 Noyabr 19:24
Elanlar
02 Noyabr 19:11
Sosial
02 Noyabr 18:43
İdman
02 Noyabr 18:23
Xəbər lenti
02 Noyabr 17:54
COP29
02 Noyabr 17:31
Dünya
02 Noyabr 17:09
Sosial
02 Noyabr 16:57
Dünya
02 Noyabr 16:42
Sosial
02 Noyabr 16:19
İdman
02 Noyabr 15:53
Mədəniyyət
02 Noyabr 15:31
Sosial
02 Noyabr 15:12
Dünya
02 Noyabr 14:48
COP29
02 Noyabr 14:27
Xəbər lenti
02 Noyabr 14:13
İdman
02 Noyabr 13:52
İqtisadiyyat
02 Noyabr 13:37
Mədəniyyət
02 Noyabr 13:18
Dünya
02 Noyabr 13:15
Ədəbiyyat
02 Noyabr 12:29
Ədəbiyyat
02 Noyabr 12:26
Dünya
02 Noyabr 12:20
Dünya
02 Noyabr 12:06
Dünya
02 Noyabr 11:55