Aİ Slovakiyanı niyə cəzalandırır?
11.09.2024 [09:12]
Brüssel rəsmi Bratislavanın müstəqil mövqeyini həzm edə bilmir
Avropa İttifaqı müstəqil siyasət yürütməyə çalışan və proseslərə fərqli yanaşan ölkələrə qarşı cəza tətbiq etmək niyyətindədir. İttifaqdaxili ölkələr arasında Brüsselin bəzi qərarları ilə razılaşmayan iki ölkə var. Onlar Macarıstan və Slovakiyadır. Hazırda Macarıstan Avropa İttifaqına sədrlik etsə də, Brüssel müxtəlif addımlarla bu ölkənin sədrliyini məhdudlaşdırmağa çalışır.
Absurd ittiham- Slovakiyada “demokratik normalar aşınır”?
Eyni zamanda, Avropa İttifaqı Slovakiyanı qəribə ittihamla - “demokratik normaların aşınmasına görə” cəzalandırmaq təklifi üzərində işləyir. “Bloomberg” agentliyi xəbər verir ki, bu addım blokun rəsmi Bratislavaya ayrılan vəsaiti saxlamasına səbəb ola bilər. Agentliyə məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, Avropa Komissiyası Slovakiyanın Baş naziri Robert Fitsonun Aİ fondları ilə bağlı bəzi korrupsiya işlərinə baxan xüsusi prokurorluğu ləğv etmək addımına cavab olaraq prosedurun başlanması barədə qərar hazırlayıb. Proses ilkin mərhələdədir və komissiya rəhbəri Ursula fon der Leyenin təsdiqini tələb edəcək.
Bratislava 12,8 milyard avrodan məhrum edilə bilər
Slovakiyadakı bütün dövlət investisiyalarının təxminən 80 faizi Aİ fondları tərəfindən maliyyələşdirilir. Hər hansı potensial maliyyə problemi həddindən artıq dövlət maliyyə kəsiri problemi ilə üzləşən ölkəyə böyük zərbə olacaq. Təkliflərdən biri Komissiyanın Aİ-yə pullarını risk altında gördüyü zaman maliyyələşdirməni dondurmağa imkan verən şərtilik mexanizmindən istifadə etməsidir. Mənbələrin bildirdiyinə görə, bu yolla Aİ blokun büdcəsində Slovakiyaya ayrılan 12,8 milyard avro (14,2 milyard dollar) birləşmə fondunun bir hissəsini özündə saxlaya biləcək.
Macarıstandan sonra cəzalandırılan ikinci ölkə
Agentliyin həmsöhbətlərindən biri bildirib ki, Komissiya həmçinin Slovakiyanın Aİ-nin pandemiyadan xilasetmə xərclərinin bir hissəsi kimi aldığı COVID-19 qrantlarında 2,7 milyard avronun hamısını və ya bir hissəsini geri götürmək imkanlarını araşdırır. Xüsusi Prokurorluq bu vəsaitlərin bölüşdürülməsinə nəzarət edən qurum idi. Slovakiya blokun Macarıstanın birləşmə fondlarından almalı olduğu 6,3 milyard avronu dondurmasından sonra Aİ-nin şərt mexanizminin tətbiq edildiyi ikinci ölkə olacaq.
Ümumiyyətlə, Avropada belə bir böhran getdikçə artmaqdadır. Sağlam düşüncəli liderlər mövcud problemlərin səbəblərini göstərməklə yanaşı, vəziyyətdən çıxış yolunun tapılmasını vacib hesab edirlər. Belə liderlər sırasında Macarıstanın Baş naziri Viktor Orban xüsusi vurğulanmalıdır. V.Orban Avropa İttifaqı məkanında yaranmış problemlərdə rəhbərliyin əsas səbəbkar olduğunu bəyan edir. Hələ Macarıstanın Avropa İttifaqına sədrliyi ərəfəsində Baş nazir Orban Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin tərəfdarı olduğunu bildirmışdi: “Brüssel avropalıların həyatını taleyin ümidinə buraxıb. Bir tərəfdən Brüsselin siyasəti, digər tərəfdən isə avropalıların maraqları və iradəsi arasında heç vaxt bu qədər uçurum yaranmayıb”. Orbanın fikrincə, Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin edilməsi zəruridir. Bu, yalnız məqsədyönlü tədbirlər nəticəsində baş verə bilər. “Brüsseldə bu dəyişikliklər olmalıdır ki, brüsellilər arasında heç olmazsa, bir neçə avropalı da olsun”, - deyə Orban fikrini şərh edib. O, habelə Avropanı yenidən “qüdrətli etməyə” səsləmişdi.
Robert Fitsoya qarşı sui-qəsd unudulmamalıdır
Slovakiyanın Baş naziri Robert Fitso da bu ilin may ayında Azərbaycana səfəri zamanı Avropa İttifaqını tənqid etmişdi. O, “Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir” demiş və Brüsselin başqa ölkələrə “ara-sıra təlimat verməyi xoşladığını” vurğulamışdı. Fitso Bakıda Aİ-nin siyasətini tənqid edəndən qısa vaxtdan sonra, elə may ayında sui-qəsdə uğradı. Slovakiyanın Baş nazirinə atılan gülləni bir çox ekspertlər fərqli və milli marağa hədəflənən siyasi mövqeyə atılan güllə kimi dəyərləndirdilər. Bu, Qərb, Aİ-də hegemonluq edən qüvvələr tərəfindən Slovakiya dövlətinə qarşı bir “xəbərdarlıq” idi. Yəni, Ukrayna-Rusiya müharibəsinə münasibətdə Aİ-nin qeyri-adekvat mövqeyinə etiraz edən Macarıstanın, özünün milli maraqlarına istinad edərək Aİ-nin apardığı siyasətə etiraz edən Slovakiya kimi ölkələr Qərbin əsas hədəfinə çevrilir. Etiraz olaraq səslənən fikirlər, ortaya qoyulan mövqelər, nümayiş etdirilən yanaşmalar isə son olaraq təhdidlərlə, hətta terror aktları ilə “cavablandırılır”.
Nə qədər paradoksal olsa da, gerçəkdə demokratiyanı boğan Aİ Slovakiyanı “demokratik normaların aşınmasına görə” cəzalandırmağı düşünür. Əslində isə, bu addım məhz Slovakiyanın demokratiyanın əsas elementlərindən biri olan fikir plüralizminə, sərbəst, müstəqil mövqe nümayiş etdirdiyinə atılır.
Aİ məkanında demokratiyanın təhdidlərlə üz-üzə qalmasını müxtəlif təşkilatlar da vurğulayıblar. Perspektiv üçün proqnozlar da nikbin deyil. Belə ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) iyun ayında açıqladığı son hesabatında bildirilir ki, yoxsulluq səviyyəsinin artması, demokratiyaya hücumlar, irqçilik və ksenofobiya, eləcə də miqrasiya problemləri 2024-cü ildə Avropa İttifaqında fundamental hüquqlar üçün əsas təhdidlərdir. Təşkilatın hesabatına əsasən, yaşayış xərclərinin, xüsusən də enerji qiymətlərinin artması ona gətirib çıxarıb ki, insanların 20 faizi (hər beş nəfərdən biri) səfalət içindədir. Bununla əlaqədar olaraq, Vyanada yerləşən agentlik üzv dövlətləri yoxsulluğun və elektrik enerjisinə xərclərin azaldılmasına dair tədbirlərin əhalinin ən aztəminatlı qruplarına şamil olunmasına çağırır. FRA gəlirlərin artmasına məhdudiyyətlərin mövcud olduğu, sosial gəlirin isə həddindən artıq yoxsulluq hallarına gətirib çıxaran 12 üzv dövlətdə sosial problemlərin yumşaldılmasına dair tədbirləri müəyyən edib.
Brüssel təhdid deyil, problemlərin həlli yolunu tutmalıdır
Agentlik, miqrasiya təzyiqini nəzərə alaraq, dənizdə axtarış-xilasetmə əməliyyatlarını gücləndirməyi (hesabata əsasən, 2023-cü ildə Aİ ölkələrinə üz tutan 4 mindən çox insan həlak olub) və gəldikdən sonra miqrantlarla ünsiyyət üçün daha təhlükəsiz şərait təmin etməyi tövsiyə edir. FRA eləcə də dövlətin dinc yığıncaqlar və fikirləri ifadə etmək azadlığı hüququna münasibətdə həddən artıq müdaxiləsini pisləyir və qeyd edir ki, bu, mülki məkana təhdiddir, belə vəziyyət ictimai işlərdə əhəmiyyətli iştirakın mövcud olmaması deməkdir və dezinformasiya ilə birləşdikdə bütün Avropa ölkələrində demokratiyaya xələl gətirir. “27 üzv dövlət, həmçinin vətəndaş cəmiyyətinin müdafiəsini gücləndirməli, antisemitizm və islamofobiyanın artması barədə xəbərdarlıq edərək, həyəcanlı tendensiya kimi təsnif etdikləri irqçilik və dözülməzliyin bütün formaları ilə mübarizə aparmalıdır”,-deyə hesabatda vurğulanıb.
Göründüyü kimi, Avropa İttifaqı məkanında bütün sferaları əhatə edən problemlər artmaqdadır. Aİ dünyanın müxtəlif regionlarında proseslərə müdaxilə etməkdənsə, eləcə də, Slovakiya kimi problemləri açıqlayan və onların həllini tələb edən ölkəyə təzyiqlər etməkdənsə, özünün daxili məsələlərinə daha çox diqqət ayırmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Noyabr 23:41
Hərbi
03 Noyabr 23:34
Sosial
03 Noyabr 23:19
Dünya
03 Noyabr 22:49
İdman
03 Noyabr 22:38
Dünya
03 Noyabr 21:53
Sosial
03 Noyabr 21:22
Dünya
03 Noyabr 20:47
Dünya
03 Noyabr 20:19
Elm
03 Noyabr 19:58
COP29
03 Noyabr 19:26
Hadisə
03 Noyabr 18:54
Dünya
03 Noyabr 18:29
İqtisadiyyat
03 Noyabr 17:53
Sosial
03 Noyabr 17:22
İdman
03 Noyabr 16:57
Dünya
03 Noyabr 16:26
Dünya
03 Noyabr 15:49
Dünya
03 Noyabr 15:24
Maraqlı
03 Noyabr 14:53
Mədəniyyət
03 Noyabr 14:29
Dünya
03 Noyabr 14:21
Xəbər lenti
03 Noyabr 14:14
Hadisə
03 Noyabr 13:42
Elm
03 Noyabr 13:19
Elm
03 Noyabr 12:57
Dünya
03 Noyabr 12:35
Sosial
03 Noyabr 12:13
Dünya
03 Noyabr 11:56
Sosial
03 Noyabr 11:35
İdman
03 Noyabr 11:14
Dünya
03 Noyabr 10:47
Sosial
03 Noyabr 10:39
Dünya
03 Noyabr 10:17
Elm
03 Noyabr 09:55
COP29
02 Noyabr 23:37
İdman
02 Noyabr 23:16
COP29
02 Noyabr 22:41
Mədəniyyət
02 Noyabr 22:34
Mədəniyyət
02 Noyabr 22:16
Dünya
02 Noyabr 21:45
Sosial
02 Noyabr 21:23
Xəbər lenti
02 Noyabr 20:49
İdman
02 Noyabr 20:37
Sosial
02 Noyabr 19:56
Dünya
02 Noyabr 19:24
Elanlar
02 Noyabr 19:11
Sosial
02 Noyabr 18:43
İdman
02 Noyabr 18:23
Xəbər lenti
02 Noyabr 17:54
COP29
02 Noyabr 17:31
Dünya
02 Noyabr 17:09
Sosial
02 Noyabr 16:57
Dünya
02 Noyabr 16:42
Sosial
02 Noyabr 16:19
İdman
02 Noyabr 15:53
Mədəniyyət
02 Noyabr 15:31
Sosial
02 Noyabr 15:12
Dünya
02 Noyabr 14:48
COP29
02 Noyabr 14:27
Xəbər lenti
02 Noyabr 14:13
İdman
02 Noyabr 13:52
İqtisadiyyat
02 Noyabr 13:37
Mədəniyyət
02 Noyabr 13:18
Dünya
02 Noyabr 13:15
Ədəbiyyat
02 Noyabr 12:29
Ədəbiyyat
02 Noyabr 12:26
Dünya
02 Noyabr 12:20
Dünya
02 Noyabr 12:06
Dünya
02 Noyabr 11:55